Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spagetti ağacı mistifikasiyası
Spagetti ağacı mistifikasiyası (ing. Spaghetti-tree hoax) – 1957-ci ildə BBC tərəfindən Ümumdünya gülüş günündə yayımlanan 3 dəqiqəlik xəbər və onun səbəb olduğu hadisə. BBC kanalının "Panorama" adlı verilişində İsveçrənin cənubunda yaşayan bir ailənin guya "spagetti ağacı"ndan spagetti topladığını əks etdirən video yayımlanmışdır. Həmin dövrdə Birləşmiş Krallıqda spagetti populyar olmadığı üçün insanların çoxu spagettinin un və sudan ibarət olduğunu bilmirdi və bu xəbərdən sonra bir çox britaniyalı öz spagetti ağaclarını yetişdirmək üçün BBC kanalı ilə əlaqə saxlamışdır. İllər sonra CNN bu hadisəni "hansısa nüfuzlu xəbər qurumu tərəfindən həyata keçirilmiş ən böyük mistifikasiya" adlandırmışdır. Video-xəbər 1957-ci ilin 1 Aprel günü üçün zarafat məqsədilə hazırlanmışdır. Videoda İsveçrənin cənubunda yerləşən Tiçino kantonunda yaşayan bir ailənin mülayim keçən bir qış mövsümündən sonra "spagetti ağacı"ndan spagetti toplaması əks olunmuşdur. Xəbərdə ideal uzunluqda spagettiləri əldə etmək üçün görülməli olan işlər də müzakirə olunmuşdu. Əslində isə bəzi səhnələr Hartfordşirdə yerləşən Pasta Foods fabrikində (indi bağlıdır) və İsveçrənin Kasraqnola qəsəbəsindəki hoteldə lentə alınmışdı. "Panorama" verilişinin müxbiri Çarlz de Yaeqer bu ideyanı Avstriyada oxuyarkən yaşadığı təcrübəni xatırladıqdan sonra fikirləşmişdir.
Spagetti əjdahası kilsəsi
Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi (ing. The Church of the Flying Spaghetti Monster) — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət. Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur. Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər. 2005-ci ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Təriqətin əsas atributu aşsüzəndir. Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.
Uçan Spagetti Əjdahası

Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı
Mavritaniyadakı Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı 1996-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmışdır. Sözügedən şəhərlər XI əsrdə, Böyük Səhradan keçən Trans-Saxara ticarət karvanlarının dayanacaq yer olaraq qurulmuşdur. Bir zamanlar çiçəklənən Saxara mədəniyyət mərkəzləri olan bu şəhərlər bu gün təkcə ticarət yollarının köklü şəkildə dəyişməsi səbəbindən deyil, hər şeydən əvvəl səhranın getdikcə irəliləyən qumları səbəbindən bir çox çətinliklərlə yaşayır.