Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marsin Stolarski
Marsin Stolarski (4 yanvar 1996) — Polşanı təmsil edən üzgüçü. Marsin Stolarski Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marsin Stolarski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.06 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Stoliçka adası
Stoliçka adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada cənub-qərbdən şimal-şərqə uzanır. Hamar səthə malikdir. Bir hissədən dənizə enişi vardır. Morjların yatağıdır. Bu səbəbdən ağ ayıları özünə cəlb edir. Ada sahillərinin suyu dayaz və şəffadır. Ada avstriyalı bioloq və səyyah Ferdinand Stlokişin şərəfinə adlandırılmışdır. Adanın maksimal hündürlüyü — 81 m.
Stoyanka Mutafova
Stoyanka Mutafova (tam adı: Stoyanka Mutafova, bolq. Стояна-Мария Константинова Мутафова; 2 fevral 1922, Sofiya, Bolqarıstan krallığı[…] – 6 dekabr 2019) — Bolqarıstan aktrisası. Karyerası ərzində 53 tamaşada və 25 filmdə rol almışdır. Tamaşaların birindəki roluna görə Xanım Təbii Fəlakət və Bolqarıstan Komediyasının Kraliçası ləqəblərini almış Stoyanka ən uzunmüddətli peşəkar karyerası olan aktrisa kimi Ginnesin Rekordlar Kitabına rəsmi namizəddir. 2016-cı ildə 94 yaşında ABŞ, Kanada, Niderland, İsveçrə, Böyük Britaniya və Almaniyanın iri şəhərlərində teatr zallarını gəzmişdi. == Həyatı == Sofiyada anadan olmuş Stoyanka Sofiya Universitetinin klassik filologiya ixtisasından məzun olmuşdur. Daha sonra Bolqarıstanda və Praqada səhnəyə çıxmışdır. 1949-cu ildın 1956-cı ilədək "İvan Vazov" milli teatrında çoxsaylı tamaşalarda iştirak etmişdir. O, Aleko Konstantinov teatrının əsasını qoymuş və 1957-91-ci illərdə burada fəaliyyət göstərmişdir. 2005-ci ildə Astronavtlar tamaşasında Georgi Kaloyançev ilə eyni səhnəni paylaşmışdır.