Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sutorina
Sutorina (mont. Суторина, Monteneqroca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[sûtɔrina]]]) — Monteneqroda kənd. Herseq-Novi icmasının tərkibində eyniadlı bələdiyyəni təşkil edir. XIV əsrdən bəri davamlı olaraq Bosniya və Herseqovinanın bir hissəsi olmuşdur. 1936–1947-ci illərdə Yuqoslaviya əraziyə nəzarəti Monteneqroya təhvil vermişdir. 26 avqust 2015-ci ildə Vyanada Monteneqro ilə Bosniya və Herseqovina arasında sərhədlər haqqında saziş imzalanmışdır. Sazişə əsasən, Sutorina ərazisi Monteneqroda qalır. Sənədi Monteneqronun daxili işlər naziri Raşko Konyeviç ilə Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin rəhbəri İqor Çrnadak imzalamışdılar. Mərasimdə Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Draqan Çoviç və Avstriya Prezidenti Haynz Fişer iştirak edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Tuno, N. и др. .
Samarina (kənd)
Samarina (yun. Σαμαρίνα, arum. Samarina) —Yunanıstanın şimal-qərbində kənd. Dəniz səviyyəsindən 1,220 metr hündürlükdə, Afinadan 333 kilometr şimal-qərbdə, Salonikidən 174 kilometr cənub-qərbdə, Kozanidən 69 kilometr cənub-qərbdə və Qrevenadan 36 kilometr qərbdə yerləşir. Qərbi Makedoniya periferiyasındakı Qrevena periferik vahidindəki Qrevena icmasına (dim) daxildir. 2011-ci il siyahıyaalınmasına əsasən, kənddə 378 nəfər yaşayır. Sahəsi 25,292 kvadrat kilometrdir. == Əhali == Əhalinin əsas hissəsini arumınlar təşkil edir. Əhali dinamikası belədir: Yayda turistlərin hesabına əhali 5,000 nəfərə qədər artır.
Sutorina mübahisəsi
Sutorina mübahisəsi — Monteneqro ilə Bosniya və Herseqovina arasında Sutorina ərazisi üzərində suverenliklə bağlı sərhəd mübahisəsi. 1878-ci il Berlin konqresindən bəri Sutorina ərazisi Avstriya-Macarıstan və daha sonra Yuqoslaviya krallığının tərkibində Bosniya və Herseqovinanın bir hissəsi idi, lakin 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra Yuqoslaviya SFR tərkibində Monteneqro SR-yə birləşdirilmişdir. Yuqoslaviyanın parçalanmasından sonra əraziyə nəzarət Monteneqro tərəfindən saxlanılmışdır, lakin bəzi bosniyalı rəsmilər ərazinin ötürülməsinin qeyri-qanuni olduğunu iddia edərək, Monteneqronun ərazi üzərindəki suverenliyini mübahisə mövzusuna çevirmişdir. 2015-ci ildə iki ölkə ərazi üzərində suverenliyin Monteneqroya verilməsi barədə razılığa gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blake, Gerald Henry; Topalović, Duško. Clive H. Schofield; Mladen Klemenčić (redaktorlar). The maritime boundaries of the Adriatic Sea. IBRU. 1996. 42–43. ISBN 9781897643228.
Darina Qromova
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontaкte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. == Həyatı və ölümü == Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Russkaya Starina (jurnal)
Russkaya Starina (rus. Русская старина) — tarix jurnalı. Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi. == İstinadlar == == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Sarina (Mortal Kombat)
Sarina (ing. Sareena) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kuan Çiyə xidmət edən üç qatildən biridir. Kuan Çi Sab-Zironu öldürmək üçün Sarinanı ardınca göndərir. Sab-Ziro ilə rastlaşan zaman onunla döyüşür və məğlub olur. Lakin Sab-ziro onu öldürmür və Sarina onunla dost olur. Bir müddətdən sonra peyda olan Şinnok Sarina öldürür və ruhunu yeraltı dünyaya göndərir. Sarina ruhu buradan azad olduqdan sonra Sab-Ziro-kiçik qardaşa qoşulur və Şao Kannın döyüşçülərinə qarşı vuruşur. Bleyz üzərində qələbədən sonra Sarina "Buz gücü"nü əldə edir. Kuan Çi ilə qarşılaşan zaman onu buza döndərir və Sab-Ziro ilə birlikdə Lin Kueyin qərargahında gizlədir.