Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sudoçe gölü
Sudoçe, Sudoçe körfəzi (özb. Sudochye ko‘li/Судочье кўли, qaraq. Sudochye ko‘li/Судочье көли) — Özbəkistanın tərkib hissəsini təşkil edən Qaraqalpaqıstanın Muynak rayonu ərazisində yerləşən göl. Amudərya çayının deltasında, dol sahilə yaxın ərazidə yerləşir. Suyun səviyyədinin azalması ilə əlaqədar olaraq bir-biri ilə əlaqələnən göllər sisteminə çevrilmişdir. Sudoçe gölü nə zamansa böyük bir ərazini əhatə edirdi. O deltanın ən böyük gölü idi. Göl dayazlığı ilə seçilirdi. Üstəlik demək olar ki, Aybuüir çökəkliyini tam örtürdü. Gölün mövcuddluğu Aleksey İvanoviç Butakovun tərtib etdiyi (1848-1849) dəniz xəritədində göstərilirdi.