DƏRDƏCƏR

Dilimizdə südəcər, dərdəcər kimi sözlər mövcuddur. Qaynaqlarda əcər müstəqil söz kimi verilib və “yemək” anlamında izah olunub. Güman etmək olar ki, əcər sözü içmək (və ya aşmaq) feili ilə bağlı yaranıb: südiçər (südaşar) sözü südəcər şəklinə düşüb. Aşar kəlməsi qədimdə “yemək” mənasında işlədilib, sözü ilə bağlıdır. Deməli, südəcər “südlə qidalanan” deməkdir, dərdəcər isə “dərd yeyən” deməkdir. Hazırda mürəkkəb quruluşunu itirərək, düzəltmə söz kimi şərh olunur. Müasir dilimizdə dərdəcər kəlməsi dərdli, “xəstə” mənalarını əks etdirir. Sözün bir yozumu da belə olar bilər: dərdüzər (dərd üzüb deyirik) kəlməsi təhriflə bağlı dərdəcər formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DƏRDƏ DÜŞMƏK
DƏRDMƏND

Digər lüğətlərdə