Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tapiola metrostansiyası
Tapiola (fin Tapiola) və ya isveçcə Haqalund (isv. Hagalund) — Helsinki metropoliteninin 18 noyabr 2017-ci il tarixində açılışı olmuş 8 stansiyasından biri. Stansiya Espoo şəhərinin Tapiola rayonunda yerləşir. Stansiya Aalto və Urheylupuisto metrostansiyaları arasında yerləşir. Aaltoya kimi olan məsafə 1.7 km, Urheylupuistoya kimi olan məsafə isə 1.3 km-dir. Bu stansiyanın gündəlik sərnişinlərinin sayının 30 min nəfərədək olması gözlənilir. Dərinliyi — 30 m-ə yaxındır.
Anderson Taliska
Anderson Taliska və ya Taliska (1 fevral 1994, Feyra-de-Santana, Braziliya) — Dûrî el-Muhtarifin es-Suudî təmsilçilərindən olan "Əl-Nəsr" klubunun hücumçusudur. Bəzən yarımmüdafiəçi kimi də çıxış edir.
Dieqo Karioka
Dieqo Karioka — (6 fevral 1998) Azərbaycan Premyer Liqasında çıxış edən Sumqayıtda icarə əsasında çıxış edir.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
İnesu Emiko Takeoka
İnesu Emiko Takeoka (1 may 1971 və ya 5 yanvar 1971, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 3 qol vurub.
İqnasio Tapia
İqnasio Tapia Bustamante (22 fevral 1999-cu ildə anadan olub) — Çili Primyera Diviziya təmsilçilərindən olan Uaçipato klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. == Milli karyerası == Tapia ilk dəfə Çili millisinə 2017-ci ilin iyun ayında Burkina-Faso millisi ilə yoldaşlıq oyunu üçün çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Çili rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Quadalupe Kampanur Tapiya
Quadalupe Kampanur Tapiya (1985 – 16 yanvar 2018) — İnsan hüquqlarının fəal müdafiəsi və ekoloji problemlərin həlli uğrunda mübarizə zamanı məşhurlaşan meksikalı fəal. == Bioqrafiya == Quadalupe Kampanur Tapiya 1986-cı ildə Meksikanın cənub-qərbində, Sakit okean sahilində yerləşən Meksikanın Miçoakan ştatında yerləşən Çeran şəhərində anadan olub. Quadalupe Kampanur Tapiyanın əsli yerli meksikalıdır. O, yerli xalqların hüquqlarını və ətraf mühiti müdafiə edir, meşələrin qırılmasına qarşı çıxır. O, 2018-ci ilin yanvarında qeyri-müəyyən şəraitdə vəfat edib. Quadalupe Kampanur Tapiyanın cəsədi Meksikanın Çerano inzibati vahidliyindən 30 kilometr aralıda yol kənarında tapılıb. 2018-ci ildə BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması agentliyi olan BMT-nin Qadınları tərəfindən İlin Qadını seçilmişdir.