Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədəlli
Bədəlli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin əsl adı Şahbədəllidir. Sovet dövründə toponimin birinci komponenti atılmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Şirvanın dağlıq zonasında, Qobustanda yaşamış ərəbqədim tayfasının üç qolundan biri olan şahbədəlli tirəsinə mənsub ailələr tərəfindən salınmış və onların adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində Bədilli kəndi qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Pirsaatçayın sol sahilindən 6 km. aralı, Mərəzə yaylasında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 634 nəfər əhali yaşayır.
Həsənli
Bələdiyyələr Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Tovuz rayonunda bələdiyyə.Kəndlər Həsənli — Azərbaycanın Masallı rayonunda kənd. Həsənli — Azərbaycanın Sabirabad rayonunda kənd. Həsənli — Azərbaycanın Tovuz rayonunda kənd. Həsənlitəpə yaşayış yeri — İranda arxeoloji abidə-qədim şəhər yeri Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Həsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Veysəlli
Veysəlli (Göyçay)
Fəsəli
Fəsəli - Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı. == Lazım olan məmulatlar == Əla növ buğda unu - 780q, maya - 20q, şəkər tozu - 55q, quyruq yağı - 110q, (və ya quyruq cızdağı). Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, duz - 5q. Una maya, su və duz qatılıb xəmir yoğrulur. == Hazırlanma qaydası == Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Seseli
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Əsədli
Əsədli — Azərbaycanda daha çox işlədilən soyad. Samir Əsədli — Azərbaycanda gənclər hərəkatının fəallarından, gənc siyasi liderlərdən biri.Kəndlər Əsədli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Əsədli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Şelli
Şelli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Şelli kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Barat Quliyev - filologiya elmləri namizədi, dosent == İstinadlar == == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.
Alı Həsənli
Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı — 21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. == Hərbi xidməti == Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Amblyseius newelli
Amid Həsənli
Amid İsaq oğlu Həsənli (21 yanvar 1996, Saatlı rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Həsənli 1996-cı il yanvarın 21-də Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Həsənli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aşağı Veysəlli
Aşağı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Etimologiyası == Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır. == Tarixi == SSRİ dövründə kənd ərazisində "Şəfəq" kolxozu təşkil edilmişdir. Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"-ın üstündə yerləşmişdir, erməni müsalman davası başladıqda, Təxminən 1830-1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"-in üstündə olan Köyək dağının ətəyinə qayıdraq məskən salmağa başlamışlar.Həmin vaxt Veysəlli camahatı köyək dağının sol hissəsində olan "Kor bulaqdErməni biçinçilərinin başlamış ixtişaşı nəticəsində, yenidən köçərək Qızıl qayanın yaxınlığına dədə-baba qış yatağına qayıtmışlar, ara sakitləşdikdən sonra təxminən 1855-ci ildə Veysəlli obasının bir qismi yenidən qayıdaraq Sultanalı bulağından aşağıda dəyirmanın aşağısı olan “Toola düzü”-ndə məskunlaşmışlar.Təxminən 1870-ci ildə yenidən Erməni Rus işğalı olmuşdur, Veysəlli obası yenə qış yatağı olan qızıl qaya ətəyinə köçmüşdür.1883-cü ilin əvvəllərində yenidən Qızıl qaya ilə köyək dağının arasında yerləşən Qara qayanın ətəyinə qayıtmışlar və burada ata yurdları olan Tikanlıq “Güney çartaz” ərazinin bir adını güney oba öz obalarına qoymuşlar, həmin dövrlərdə Veysəlli obasında su olmadığından övladı olmayan Türk əsilli bir kişi Veysəlli obaya qobu qırağı yerdə bulağ çəkdirmişdir adına isə el arasında “Qara bulaq”qoymuşlar. Veysəlli tayfasının ata baba yurdunun yaxınlığıda soltanalı bulağı və obanın qəbirstanlığı isə soltanalı bulağının üst tərəfində nəzarətsiz qalmışdır ermənilər həmin ərazini zəbt etmişlər.Veysəli obasının bir hissəsidə ağbaşlı dağının ətəyində qaya bulağın aşağısına qayıdaraq məskən salmışlar. Veysəlli obasının əsil yurdunda isə Köyək dağı ilə ağbaşlı dağı arası olan hissədə irandan gətirilmiş erməni biçinçiləri öz obalarını salaraq tikanlıq ərazini (Çartaz) adlandıraraq erməni biçinçilər məskan salmışdır obalarının birinində adını İsvahançıq (balaca isvahan) qoymuşlar. Qarabulaq dairəsinin adını dəyişərək Rus nümayəndəsi olan Karyagin qoymuşlar, beləliklə Qarabağın gözü olan qarabulaq dairəsi yaddan çıxarılmağa başlamışdır. Beləliklə 1887-ci illərdə türk obası olan Veysəlliyə erməni-rus hücumu olmuşdur və yüzlərə oba camaatı canını fəda verərək qətlə yetirilmişdir ancaq obaları Veysəllini tərk etməmişlər. Veysəlli obasında Tahirlilər tayfası,Bəyimlər tayfası, Nurular tayfası, Bağırlılar tayfası,Hüsənlilər tayfası Sadıxlılar tayfası Hümbətalılar tayfası Ələskərlilər tayfasııdan ibarət olmuşdur.
Baccharis tenella
Baccharis tenella (lat. Baccharis tenella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Biliklərin təşkili
Bədəlli bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Calycadenia tenella
Osmadenia (lat. Osmadenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Osmadenia tenella Nutt.Sinonim Calycadenia tenella (Nutt.) Torr.
Capsella tenella
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cardamine tenella
Kələkötür ürəkotu (lat. Cardamine hirsuta) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabis heterophylla G.Forst. ex DC. Cardamine africana subsp. borbonica (Bojer) O.E. Schulz Cardamine angulata Regel [Illegitimate] Cardamine borbonica Bojer Cardamine fagetina Schur Cardamine hirsuta var. apetala Soó Cardamine hirsuta f. apetala Soó Cardamine hirsuta var. exigua O.E.Schulz Cardamine hirsuta var. formosana Hayata Cardamine hirsuta f. glabra Schweinf.
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. == Həyatı == Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur.1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır.1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrası üzrə professor vəzifəsini tutmuşdur. 1994-cü ildən 2011-ci ilə qədər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru olmuşdur.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. == Mədəniyyəti == Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Diphyes tenella
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum ovalifolium növü Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.