Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mitsuhisa Taquçi
Mitsuhisa Taquçi (d. 14 fevral 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 59 oyun keçirib.
Tayşi Taquçi
Tayşi Taquçi (d. 16 mart 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Takume
Takume (fr. Takume) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Raroia atolundan 8 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 5 km², uzunluğu 20 km-dir. Daxilində laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Takume ilk dəfə 1820-ci ildə rus dənizçisi və səyyahı, tədqiqatçısı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı general Nikolay Repnin-Volkonskinin şərəfinə Volonski atollu adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Mapuçe dili
Mapuçe dili və ya Araukan dili — Araukanlar tərəfindən danışılan dil.
Qaqaçe gölü
Qaqaçe gölü — Vrangel adasında yerləşən ada. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Vrangel adası qoruğu sahəsində yerləşir. Göl adanın şimalında Tundra Akademiyasında yerləşir. Gölün şərqindən Sol Tundra çayı axır. Göl ərazisinə heç bir çay tökülmür və ya başlamır.
Takuci Yonemoto
Takuci Yonemoto (3 dekabr 1990, İtami, Hyoqo prefekturası) — yarımmüdafiəçi mövqeyində çıxış edən Yaponiya futbolçusu. Hazırda "Naqoya Qrampus" klubunda çıxış edir. == Milli komanda karyerası == 2007-ci ilin avqustunda Yonemoto 2007 FİFA U-17 Dünya Kuboku üçün Yaponiya U-17 milli komandasına çağrıldı. O, 2 oyunda iştirak etdi. Əsas milli komandada debütunu 6 yanvar 2010-cu ildə 2011 AFK Asiya Kuboku turnirinin seçmə mərhələsinin Yəmən millisinə qarşı oyunda etdi. 7 may 2015-ci ildə Yaponiyanın baş məşqçisi Vahid Halilhodjiç onu iki günlük təlim-məşq toplanışına çağırdı. 23 İyul 2015-ci ildə 2015 ŞAFÇ Şərqi Asiya Kuboku üçün yenidən milliyə dəvət aldı.
Owen Teague
Owen William Teague (8 dekabr 1998, Tampa, Florida) — amerikalı aktyor. == Həyatı == 8 dekabr 1998-ci ildə Florida ştatının Tampa şəhərində anadan olub. Valideynlərinin hər ikisi musiqiçi idi və 15 yaşına qədər skripka çalırdı. == Filmoqrafiya == === Film === 2013 : Contest 2014 : La Belle: the Ship That Changed History 2015 : Echoes of War 2015 : Walt Before Mickey 2015 : Wild in Blue 2016 : Cell 2017 : It 2018 : Every Day 2019 : I See You 2019 : Inherit the Viper 2019 : It Chapter Two 2019 : Mary 2020 : The Empty Man 2021 : Montana Story 2022 : Gone in the Night 2022 : To Leslie 2023 : Eileen 2023 : You Hurt My Feelings 2023 : Reptile 2024 : Kingdom of the Planet of the Apes === Televiziya === 2012 : Malibu Country 2013 : CollegeHumor Originals 2013 : NCIS: Los Angeles 2014 : Reckless 2015 : Bones 2015–2017 : Bloodline 2016 : Mercy Street 2017 : Black Mirror 2019 : Mrs.
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.
Nouvelle Vague
Nouvelle Vague — Mark Kollen və Olivye Libonun rəhbərliyi altında fransız musiqi kollektivi. 2003-cü ildə yaradılmış və bu günə qədər də fəaliyyət göstərir. Kollektivin adı söz oyunudur, onun fransız incəsənətində "new-wave" stilinə (daha dəqiq desək, fransız kinosunun "yeni dalğa"sına münasibətini) münasibətini əks etdirir. Qrupun mahnıları — məşhur pank-rokların, postpank və new-wave kompozisiyalarının bossa-nova stilində kaver-versiyasıdır. Özlərinin birinci albomu sayılan "Nouvelle Vague"-da qrup köhnə new-wave erasına məxsus mahnıları bossa-nova stilində ifa etmişdir. Mahnıların akustik əsası üçün rəqs ritmləri əlavə olunmuş, vokalistlər qismində isə müxtəlif ölkələrdən müğənnilər dəvət olunmuşdu ( 6 fransız qız,1 braziliyalı və 1 amerikalı qız). Depeche Mode, XTC, Modern English, Joy Division, The Undertones və digər kollektivlərin mahnılarının kaver versiyaları bu cür şəkildə yazılmışdır. Nouvelle Vague qrupunun müğənniləri ancaq özlərinin eşitmədiyi mahnıların orijinal versiyalarını ifa edirlər. Bununla müğənnilər səslənmənin təzəliyinə çalışırlar. Qrupun ikinci albomu Bande a Parta Buzzcocks, Never Order, Echo qurplarının kompozisiyaları daxildir.
Tavçe qravçe
Tavçe qravçe (mak. Тавче гравче) — tavada qızardılmış paxladan ibarət Şimali Makedoniya mətbəxinə aid yemək. Serb mətbəxində buna bənzər prebranas adlı yemək də var. == Haqqında == Yeməyin adı iki sözdən ibarətdir: "tavçe" — xüsusi gil qab; "qravçe" isə — paxla mənasını verir. Yeməyin "tavçedə qravçe" və "makedonsayağı paxla" kimi digər adları da var. Hazırlanması üçün tetovas növündən olan böyük ağ paxladan istifadə olunur. Tetovas paxlası ölkənin şimal-qərbində yerləşən Tetovo şəhərində yetişdirilir. Yeməyin tərkibinə ağ paxladan başqa girdə soğan, bitki yağı, qırmızı bolqar bibəri, həmçinin duz, istiot, cəfəri kimi müxtəlif ədviyyatlar da daxildir. Hazırlanmamışdan əvvəl paxla şişənə və yumşalana qədər suda saxlanılır, sonra hazır vəziyyətə çatanadək qaynadılır. Paxla hazırlanana yaxın üstünə yağda az qızarmış soğan və ədviyyatlar əlavə olunur.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Tuğçe Alper
Tuğçe Takbak və ya Tuğçe Alper (10 dekabr 1979) — Türk müğənni. == Həyatı == 10 dekabr 1979-cu ildə İstanbulda musiqiçi Fikrət Alperin qızı olaraq anadan olub. Erkən yaşlarından musiqiyə daha çox maraq göstərdi. Bir çox teleserial musiqisini oxudu. Müjdat Gezen İncəsənət Mərkəzindən məzun oldu. Orta məktəb şagirdi olduğu 1996-cı ildə Onno Tunçun xatirəsinə yazdığı kompozisiya ilə müsabiqədə qalib gələrək musiqi karyerasına qədəm qoydu. Bunu 1997-ci ildə Pop Şou Mahnı Yarışmasının qalibi izlədi. Tuğçe, "Keyfekeder" adlı ilk və tək solo albomunu atası, musiqiçi Fikrət Alperin dəstəyi ilə 2003-cü ilin noyabr ayında EMI-dən çıxardı. Albomdakı "Qəfəs" (Kafes) və "Gec Günahlardan Gəlin" (Geç Günahlardan Gel) adlı əsər üçün bir klip çəkildi. Tuğçe, musiqi təhsili xaricində, reklam və televiziya seriallarında səsləndirmə etdi.
Tuğçe San
Tuğçe San (1972, Türkiyə) — türk pop musiqisi müğənnisi.
Turdus assimilis daguae
Turdus assimilis daguae (lat. Turdus assimilis daguae) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Aqçe Kəhriz
Ağcakəhriz (fars. (Aqçe Kəhriz) اقچه كهريز‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Miləcird bəxşinin Miləcird dehistanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 11 ailədə 24 nəfəri kişilər və 21 nəfəri qadınlar olmaqla cəmi 45 nəfərdir. Kəndin əhalisini Azərbaycan türklər təşkil edir, Azərbaycan türkcəsində danışırlar və şiə müsəlmandırlar.