Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biri. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.