Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boqos silsiləsi
Boqos silsiləsi (bir sıra mənbələrdə Boqoz kimi qeyd olunur) — Dağıstan Respublikası ərazisində yerləşən dağ silsiləsi. Böyük Qafqaz sistemində Boqos dağ silsiləsinin bir hissəsidir, Baş Qafqaz silsiləsinə perpendikulyardır. == Yerləşməsi == Boqosski silsiləsi Baş Qafqaz silsiləsinin cənub-qərbindən şimal-şərqə doğru və Meçiqala dağından (hündürlüyü 3116) Xapurda aşırımına qədər uzanır. Silsilənin uzunluğu təxminən 72 km-dir. Silsilə Avar və Andi Koysusu çay hövzələrini ayırır. Boqos silsiləsi Dağıstanın altı inzibati vahidindən: Tsunta rayonu, Tlərata rayonu, Tsumada rayonu, Axvax rayonu, Şamil rayonu, Bejtin rayonlarından keçir. Boqos silsiləsinddən keçir: Xema silsiləsi (3809 m-ə qədər) və Kad (4111 m-ə qədər) - şimal-qərbdə. Cənub-şərqdə Keran silsiləsi (3375 m-ə qədər), Tlim (3769 m-ə qədər), Rosoda (3662 m-ə qədər) və Qamçıl (3573 m-ə qədər) silsilələri. == Geologiyası == Boqos massivi Böyük Qafqaz meqantiklinoriumunun şimal-şərq hissəsində yerləşir. Silsilənin strukturunda qalın gil şist və qumdaşı təbəqələri üstünlük təşkil edir.