Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. Şimali Koreya Şimali Koreya coğrafiyası North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Sason
Sason — Batman ilinin bir ilçesidir. Sason, dağların arasında qurulmuş köhnə bir məskunlaşma vahididir. Mahal mərkəzi Helkıs Dağı ətəklərinə qurulmuşdur. İlçe'nin girişində şəfalı içməyə vardır. Sason dağların bir yanı Kozluk üzərindən Bitlisən çıxarkən digər yanı Muş düzənliyinə çıxar. 3000 m'ye yaxın yükseltisiyle Mereto Dağı Diyarbakır hövzəsindən dəqiq bir şəkildə görülməkdə olub, bölgənin ən yüksək dağıdır. Erməni olan "Sasun" və "Sanasunk" adları 3-cü əsrdən etibarən erməni, Rum-Bizans, Sürəni və Ərəb qaynaqlarında yazılmışdır. Tarixi Sasun bölgəsi bugünkü sahəsinə əlavə olaraq Mutki və Kozluk (Hazzo) rayonlarında də əhatə edir. Bölgənin tarixi xalqı ermənilər olmaqla birlikdə Kürd və Ərəb ünsürlərə da ən qədim dövrdən etibarən rast gəlinməkdədir. Erməni xalq ədəbiyyatının ən məşhur əsəri olan Sasuntsi Tavit (Türkçesi Sasun'lu Tavit ) dastanı, 10.
Yason
Yason (Yazo`n, İaso`n yun. Ἰάσων) — yunan mifologiyasında əfsanəvi qəhrəmandır. İliada və Odissey dastan poemasına görə Yason İolk çarı Eson və Polimedin oğlu, Kolidon ovunun iştirakçısı və "Arqo" gəmisində Kolxidə "qızıl qoyun dərisi" dalınca yola düşən arqonavtların başçısı olmuşdur. Bu tapşırığı ona atasının ögəy qardaşı Peliy onu məhv etmək üçün vermişdir. Salmoneya çarının qızı Tiro atasının ölümündən sonra əmisə çar Krefeyin İolkdakı sarayına köçür. Qızcığaz böyüdükdən sonra cay tanrısı Enipeyaə vurulmuş olur. Bu məhəbbətinin qrşılığını görməyən Tiro hər gün çay sahilinə gələrək göz yaşları tökərmiş. Bir dəfə bu baş verərkən tanrı Poseydon qıza vurularaq, Enipeya cildinə girərək onun könlünü almış olur. Sonra Poseydon öz cildinə qayıdaraq qıza bu əlaqəni sirr olaraq saxlamağı tapşırır. Poseydondan ekiz uşağa qalan Tiro sarayı tərk edərək çay qırağında ekizləri dünyaya gətirərək, onları bir zənbilə qoyub çayla axıdır.
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Jason Dolley
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Jason Lee
Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970, Orinc[d], Kaliforniya) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır. Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir. Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir. == Həyatı == Ceyson Li 25 aprel 1970-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub. Onun atası Qreq Li avtomobil satışı üzrə menecer, anası Kerol Li isə evdar qadın olmuşdur.
Mason lojası
Mason lojası — Masonların toplaşdıqları və fəaliyyət göstərdikləri yerlərə verilən ad. Hər bir mason lojası daha yüksək qurum olan Böyük Loja tərəfindən nəzarət edilir və mason lojaları əsasən lokal səviyyədə idarə olunur. Yerli mason lojaları Baş loja tərəfindən qəbul edilən qanunlar və nizamnamələr əsasında fəaliyyət göstərməkdədirlər.
Burkina-Faso
Burkina Faso — Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir. Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.
Burkina Faso
Burkina Faso — Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir. Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.
Pentacalia mason-halei
Pentacalia mason-halei (lat. Pentacalia mason-halei) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Sason üsyanı (dəqiqləşdirmə)
Birinci Sason üsyanı — Osmanlı imperiyası ərazisində 1894-cü ildə baş vermiş olan erməni üsyanı
İkinci Sason üsyanı
İkinci Sason üsyanı və ya 1904-cü il Sason üsyanı, 1904-cü ildə Sasonda Osmanlı imperiyasına qarşı erməni komitəsinin üzvləri tərəfindən həyata keçirilmiş olan üsyandır. Erməni komitəsinin üzvlərinin təşəbbüsü ilə başladılmış olan Birinci Sason üsyanı nəticə vermədikdən sonra, 1897-ci ildə erməni komitəsinin üzvləri ilə birlikdə qəbul edilmiş olan qərara əsasən Sasonda ikinci üsyan başladılmışdır. İrandan bu regiona Van yolu ilə gəlmiş olandaşnak komitəsinin üzvləri 1897-ci il iyul ayının 25-də keçdikləri yolun üstündə olan Məzrik tayfasına hücum təşkil etmiş, lakin bu hücumda müvəffəqiyyət qazana bilmədiklərindən qaçaraq Sasona gəlmişdirlər. Daşnak komitəsinin üzvləri region gəldikdən sonra Osmanlı imperiyası tərəfindən Sasonda yaradılması nəzərdə tutulmuş olan hərbi kazarmaların yaradılmasının qarşısını almaq məqsədi ilə 1901-ci ildə yerli erməni xalqını təşkilatlandıraraq bu hərbi kazarmalara qarşı etiraz aksiyaları keçirmişdirlər. Sasonda uzun bir müddət ərzində davam etmiş olan hadisələr 1903-cü ildə üsyana çevrilmişdir. Uzun etirazlardan və hadisələrdən sonra Sason erməni komitəsinin üzvləri 1901-ci il noyabr ayının 21-də Muşa yaxın bir ərazidə yerləşən Varak monastırında gizlənərək regionda yaşayan çoxlu sayda qadın və uşaqları girov götürmüşdürlər. Bundan sonra Muşlular vəziyyəti gizli bir şəkildə hökumətə bildirmiş və erməni komitəsinin üzvləri Osmanlı qoşunları tərəfindən blokadaya alınmışdırlar. 1902-ci ilin yanvar ayında isə müsəlmanlar kimi geyinərək Muş və ətraflarında xeyli sayda ermənini qətlə yetirmiş və bununla da regionda kürd - erməni qarşıdurmalarını yenidən qızışdırmaq istəmişdirlər. Həmin illərdə Pasinlər, Kiğı və Hınıs qəzalarında da bir neçə erməniyə hücumlar təşkil etmiş, daha sonra isə Sasona qaçmışdırlar. 1903-cü ilin sonunda erməni komitə üzvlərinin komandiri olan Andranik Ozanyan yeni piyada və atlı komitə qüvvələrinin köməkliyi ilə güclənmək üçün Qafqazdan kömək istəmiş və bu istəyi reallaşdıqdan sonra Sason dağlarındakı fəaliyyətlərini artırmışdır.
Con Mason (dramaturq)
Con Mason (ing. John Mason; XVI əsr və ya XVII əsr, İngiltərə – XVII əsr) — ingilis dramaturqu. O, daha çox "Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi" faciəsi ilə tanınır, hansı ki ilk dəfə 1610-cu ildə yayımlanmıştır. Masonun həyatı haqqında çox az məlumat mövcuddur. XVIII əsrdə yaşamış bir yazıçı Masonun 1606-cı ildə Kembric şəhərində yerləşən Müqəddəs Katerina Kollecindən məzun olmuş ola biləcəyini qeyd etmişdir. O, Uaytfrayars teatrının yarısına sahib idi.
Birinci Sason üsyanı
Birinci Sason üsyanı, 1894-cü il Sason üsyanı və ya Talori üsyanı (erm. Սասնո առաջին ապստամբութիւն) 1894-cü ildə Sasonda baş vermiş erməni üsyanının adıdır. Sason bu gün Batman vilayətinin bir mahalı olub, Diyarbəkirlə Muş arasında yerləşən dağlıq bir ərazidir. Üsyan bir çox əsərdə “Sason üsyanı” kimi xatırlansa da, bəzi mənbələrdə ona “Talori üsyanı” deyilir. Bəzi mənbələrdə üsyanın Talori üsyanı adlandırılmasının səbəbi üsyanın başlanğıcının Sasondakı Talori vadisində olmasıdır. Talori vadisi isə Sason və Muş arasında dağlarla əhatə olunmuş geniş bir vadidir. Həmçinin sözügedən vadi Silvandan olan Bekran tayfasının yay aylarında yayla kimi istifadə etdiyi yaşayış məntəqəsidir. 1875-ci ildə bu ərazidə cəmi üç erməni kəndi mövcud olduğu halda, zaman keçdikcə bu kəndlərin sayı artaraq on dördə çatmış və bu regionda erməni əhalisinin sayında sürətli artım müşahidə olunmuşdur. Sürətlə artan erməni əhalisi bekranlıların ərazini tərk etmələrini istəyir və yerli tayfaların və monastır keşişlərinin dəstəyini də əldə edərək onlardan şikayətlənirdilər.Əslində bu ərazidə, uzun müddət ərzində, ermənilərlə kürdlər arasında qarşıdurma mövcud olmuşdur. Ermənilər öz təhlükəsizliklərini təmin etmək üçün hər il kürdlərə vermiş olduqları ənənəvi xəracı kürd tayfa başçılarına vermək istəmir və beləliklə də onlar kürd tayfalarına müqavimət göstərirdilər.
Burkina-Faso himni
Une Seule Nuit (başqa adları L'Hymne de la victoire və ya Ditanyè) — Burkina Faso dövlət himni.
Burkina-Faso şəhərləri
Burkina Fasoda şəhər və yaşayış məntəqələrinin siyahısı.
Burkina Faso bayrağı
Burkina Faso bayrağı — Burkina Faso dövlətinin rəsmi bayrağıdır. 4 avqust 1984-cü ildə hərbi çevrilişdən sonra qəbul edilmişdir. Quruluşu biri qırmızı, digəri yaşıl olmaqla iki horizantal xətdən və onların arasında sarı beşguşəli ulduzdan ibarətdir. Rənglərin mənası — qırmızı inqilabı, yaşıl ölkənin maddi sərvətlərini təmsil edir. Sarı beşguşəli ulduz da inqilabi rəmzdir.
Azərbaycan–Burkina-Faso münasibətləri
Azərbaycan–Burkina-Faso münasibətləri — Azərbaycan Respublikası ilə Burkina-Faso arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin may ayının 28-də qurulmuşdur.
Burkina-Faso şəhərlərinin siyahısı
Burkina Fasoda şəhər və yaşayış məntəqələrinin siyahısı.
Burkina-Faso hakimiyyət çevrilişi (2014)
Burkina-Faso hakimiyyət çevrilişi (fr. Révolution de 2014 au Burkina Faso) - Burkina-Fasonun VI prezidenti Blez Kompaorenin hakimiyyətdən salınması ilə nəticələnən hərbi çevriliş. Hadisələr 2014-cü ilin oktyabr ayından etibarən başlamış və Blez Kompaorenin hakimiyyət müddətini uzatmaq üçün konstitusiyaya mövcud dəyişiklilər edəcəyini elan etdikdən sonra daha da şiddətlənmişdir. == Arxa Plan == Fransanın keçmiş müstəmləkəsi olan Burkina-Faso 1960-cı ildə Fransadan ayrılıb öz müstəqilliyini elan etdikdən sonra ilk prezidentini seçmişdir. Hakimiyyətə gələn Maures Yameogo ölkənin ilk prezidenti seçilir. Mauresin ardından hakimiyyətə qısa müddətli gələn prezidentlər ölkənin sosial-iqtisadi rifahının gücləndirilməsində ciddi iş görə bilmirlər. 1983-cü ilin 4 avqust tarixində Burkina-Fasonun V prezidenti kimi hakimiyyətə gələn Toma Sankara keçirdiyi islahatlarla əhalisinin 85% yaxının yoxsulluq şəraitində yaşayan ölkənin sosial rifahının yaxşılaşdırılmasına qisməndə olsa nail olur. Qeyr-adi davranışları və addımları ilə bütün dünyanın marağına səbəb olan V prezident 1987-ci ilin 15 oktyabr tarixində Blez Kompaoreyə tabe qüvvələr tərəfindən öldürülür. 37 yaşında paytaxt Uaqaduquda öldürülən Toma Sankaranın arından elə həmin gün Blez Kompaore özünü Burkina-Fasonun yeni VI prezidenti olduğunu elan edir. 1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Afşin
Əfşin Xıdr ibn-Kavus, Afşin Heydər Kavus oğlu (ingiliscə: Afshin Haydar bin Kavus; VIII əsr, Usruşana – 841, Səmərra, Səlahəddin mühafəzəsi) — Abbasi Ərəb xilafətinin mənbələrə görə iranlı İsrövşənə şahzadəsi. == Həyatı == Tarixçi Yəqubiyə əsasən, xəlifə əl-Məhdinin zamanında (775-85) Afşinin adı Transoksiana və Orta Asya çöllərində xilafətə xidmət edən yerli türk- və iran-əsilli sərkərdələrin arasında verilir Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə traktatının bir yerində Cahiz türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar. == Hərbi fəaliyyəti == V.V.Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər idi. O zaman Usruşana hakimi Afşin Kavus idi, onun Heydər, Fəzl, Xaş və Rəşid adlı dörd oğlu var idi. Ailə ixtilafı üzündən Heydər Bağdada xəlifə Məmunun yanına qaçmalı oldu, o da Kavusun köməyi ilə Usruşananı istila etməyə müvəffəq oldu və 822-ci ildən onu Xifafətin tərkibinə daxil etdi. Kavusun özü həmin ildə xəlifənin qulluğuna girdi və islam dinini qəbul etdi. Onun hərbi sərkərdə olaraq birinci ciddi hərəkatı 831-ci ildəki səfəridir ki, bu zaman Misirdə Adus əl-Fəxrinin üsyanını yatırtmışdı. 835-ci il 3 iyunda Mötəsim Heydər ibn Kavusu Cibal əyalətinə hakim təyin etdi və Xilafət qoşunlarının baş komandanlığını ona tapşırıb Babəkə qarşı müharibəyə göndərdi. O, Mavəraünnəhrdə olan şəhərində əsir tutulmuşdu və rəvayətə görə mani dininə etiqad edirdi və Xorasanı, Mavəraünnəhri ələ keçirmək istəyirdi. Lakin Afşinin bu məqsədinə qarşı Xorasan hakimi Abdullah ibn-Tahir və atasının əmisi oğlu Bağdad əmiri İshaq-ibn-İbrahim ibn-Müsəl çıxırdılar.
Akson
Akson (yun. axis, azərb. çıxıntı‎) – neyronun 2 çıxıntısından biridir. Hüceyrənin cismindən çıxan impulslar bu çıxıntı vasıtəsilə gəlir. Uzun, adətən, az şaxələnən çıxıntılardır. Uzunluğu 1 m-ə çatır. Hər bir sinir hüceyrəsinin 1 aksonu vardır.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Bison
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Avson
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur. O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.
Bison bison montanae
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.