Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. == Simptomları == Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər.Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. == Təsnifatı == === Yoluxucu rinit === kəskin rinit. Kəskin yoluxucu rinit ən çox uşaq yaşlarında baş verir.
Artemisia finita
Artemisia finita (lat. Artemisia finita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Finiks (Arizona)
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Kanar finiki
== Təbii yayılması == Kanar adalarıdr.Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır. == Botaniki təsviri == Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir , uzunluğu 30- 200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir.Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür.Toxumla çoxaldılır. == Ekologiyası == Rütubətsevəndir.Quraqlıqda yarpaqların ucları qonurlaşır. == Azərbaycanda yayılması == Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron , Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır. == İstifadəsi == Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir.Tərkibində 70%-ə qədər şəkər vardır.Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür. == Məlumat mənbələri == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Barmaqvari finik
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Barmaqvarı finik
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Bennettitlər (sinif)
Bennettitlər (lat. Bennettitopsida) — riniofitlər şöbəsinə aid bitki sinfi.
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Qatırquyruğu (sinif)
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi.Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Riniya (sinif)
Salplar (sinif)
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Saqovniklər (sinif)
Saqovniklər (lat. Cycadopsida) — bitkilər aləminin cycadophyta şöbəsinə aid bitki sinfi.
Sosial sinif
Sosial sinif cəmiyyətlər və mədəniyyətlər daxilində fərdlər və ya qruplar arasındakı iyerarxik fərqə (və ya təbəqələşməyə) aiddir. Ümumiyyətlə fərdlər sinifdəki iqtisadi mövqelərinə və stratifikasiya sistemindəki oxşar siyasi və iqtisadi maraqlarına görə qruplaşdırılırlar. Cəmiyyətlərin əksəriyyəti, xüsusən də milli dövlətlər sosial təsnifat xüsusiyyəti göstərir. Ancaq sinif universal bir fenomen deyildir. Bir çox ovçu-yığıcı cəmiyyətlərdə sosial sinif yoxdur, əksər hallarda daimi rəhbərləri olmur və icma üzvlərinin iyerarxik güc strukturlarına bölünməsindən çəkinirlər. == Mövzuya dair nəşrlər == Archer, Louise et al. Higher Education and Social Class: Issues of Exclusion and Inclusion (RoutledgeFalmer, 2003) (ISBN 0-415-27644-6) Aronowitz, Stanley, How Class Works: Power and Social Movement, Yale University Press, 2003. ISBN 0-300-10504-5 Barbrook, Richard. The Class of the New (paperback). London: OpenMute.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. == Sinonimləri == Coniferophyta ConiferaeToxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. == Ədəbiyyat == История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Sinif 83
Sinif 83 filmi (ing. Class of 83) — Rejissor Atul Sabarval tərəfindən ekranlaşdırılacaq 2020 Netflix internet serialıdır. Serial Unudulmuş ordu serialından sonra Xanın istehsal etdiyi ikinci filmdir.Serial şərəflə və əxlaqla yaşamağa mane olanlarla mübarizə aparan Polis Akademiyası müəllimi Bobbi haqqında danışır. Sinif 83 filmi Qan serialından sonra Şahrux və Qauri Xanın yaratdığı Red Chillies Entertainment ilə Netflix arasında olan ikinci əməkdaşlıq bəhrəsidir. Serialın çəkilişləri 2019-cu ilin mayında başlayıb.
Hababam sinifi salam
Hababam sinifi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi. == Mövzusu == Hababam sinifinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələdə davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.
Hababam sinifi əsgərlikdə
Hababam sinifi əsgərlikdə (türk. Hababam Sınıfı Askerde) — 2004-cü il istehsalı, Türkiyə komediya filmi.
Sinif (taksonomik kateqoriya)
Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. == Sinifüstü == Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur.
Uçan sinif (roman)
Uçan sinif - Almaniya yazıçısı Erix Kestner tərəfindən 1933-cü ildə yazılmış roman. Roman 45 dəfə nəşr olunmuşdur. == Hekayə == Bu romanın qəhrəmanları ədəbiyyat xəstəsi Conni Trotz, məktəbin ən yaxşı şagirdi Martin Taler, qarnı həmişə ac olan Matias Selbman və kiçik uşaq olan Uli von Simmerndir. Bu şagirdlər Yohan Siqismund məktəbində oxuyurlar. Uşaqlar bir gün Milad bayramı üçün teatr oyunu təşkil etməyə qərar verirlər. Amma bu zaman rəqib məktəb uşaqlardan birini qaçırır. Yohan məktəbi onlara qarşı döyüşməyi fikirləşir. == Obrazlar == Conatan Trotz - "Uçan sinif" oyununun yazarı. Atası tərəfindən tərk edilmişdir. Atası ondan qurtulmaq üçün onu çoxdan ölmüş babası və nənəsinin yanına göndərir.
Hababam sinifi (film, 1974)
Hababam sinifi (türk. Hababam sınıfı) — rejissor Ərtəm Əyilməz tərəfindən 1975-ci ildə ekranlaşdırılmış film. Komediya və musiqili film janrlarında olan film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rollarda Kamal Sunal, Münir Özqul, Tarık Akan, Xalid Ağcatəpə, Ədilə Naşit çıxış edirlər. == Məzmun == Özəl liseyə yeni gələn müdir müavini və tarix müəllimi Mahmud bəy (Keçəl Mahmud) bir neçə il sinifdə qalan 6 A (Hababam sinifi) sinfinə nizam intizam qaydaları öyrədir. Ancaq şagirdlərin dəcəlləyinə görə çoxlu problemlər yaşanır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Ərtəm Əyilməz Rüfət İlqazın 1957-ci ildə yazdığı əsəri ekranlaşdırmışdır. 1973-cu ildə film üçün aktyorlar axtarılmışdır. Filmdə Zəki Alasya və Mətin Ağpınar da rol alacaqdı.
Hababam sinifi yay oyunları
Hababam sinifi yay oyunları — 2020 Türk istehsalı güldürü filmidir. Hababam sinifinin ən son filmidir. Çəkimləri Şimali Kipr Türk Respublikasında tamamlanan və yeni tip COVID-19 xəstəliyinə görə təxirə salınan film 20 noyabr 2020-ci ildə vizyona girmişdir. Rejissorluğunu Doğa Can Anafartanın götürdüyü filmin baş rolları Altan Ərkəkli, Toyqan Avanoğlu və Yusuf Çim olub.
Sinif 83 (film, 2020)
Sinif 83 filmi (ing. Class of 83) — Rejissor Atul Sabarval tərəfindən ekranlaşdırılacaq 2020 Netflix internet serialıdır. Serial Unudulmuş ordu serialından sonra Xanın istehsal etdiyi ikinci filmdir.Serial şərəflə və əxlaqla yaşamağa mane olanlarla mübarizə aparan Polis Akademiyası müəllimi Bobbi haqqında danışır. Sinif 83 filmi Qan serialından sonra Şahrux və Qauri Xanın yaratdığı Red Chillies Entertainment ilə Netflix arasında olan ikinci əməkdaşlıq bəhrəsidir. Serialın çəkilişləri 2019-cu ilin mayında başlayıb.
Sinif 83 (serial, 2020)