Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Forşlaq
Forşlaq (alm. Vorschlag‎ — əvvəlki zərbə). Bu melizm iki növ olur: uzun və qısa forşlaq. == Qısa forşlaq == Qısa forşlaq, qarmağı qısa xətlə cızılmış kiçik şəkildə səkkizlik notdan ibarətdir. İfa zamanı bu xırda not əsas notun vəzni hesabına daxil olur. Qısa forşlaq sadə və mürəkkəb olmaqla iki, üç, hətta dörd və beş kiçik notdan da əmələ gələ bilər. Son zamanlar elə qısa forşlaqlar da yazılır ki, onlar əvvəlki notun hesabına ifa olunur. == Uzun forşlaq == Uzun forşlaq – Melodiyanın hər hansı əsas səsindən sekunda məsafəsində yuxarıda və ya aşağıda yerləşən köməkçi səslərdən ibarət olur. Uzun forşlaq əsas səsin əvvəlində kiçik not şəklində yazılır və əsas səs ölçüsünün yarısına bərabər olur. Uzun forşlaqı göstərən notun yan xətti həmişə yuxarı şəkildə cizgisiz olaraq yazılır.
Formal
Formal – 1)rəsmi, qanuni formaya uyğun olan. Məsələn, formal sübut, formal təsir; 2)yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Format
Format (alm. format‎, fr. format, lat. forma) - Verilənlərin kompüterin yaddaşında, verilənlər bazasında, monitor ekranında və ya xarici daşıyıcıda yazılması və göstərilməsi qaydalarının məcmusudur. Verilənlər sahələrinin siyahısını, onların xarakteristikalarını, daxil edilən verilənlərin məzmununu və onların yerləşdirilməsini müəyyən edir.O, emal edilən, maqnit daşıyıcısına və ya optik daşıyıcıya yazılan, displeydə əks etdirilən və ya kağızda çap edilən informasiya obyektinin müəyyən strukturudur. Format yazıda (o cümlədən faylda, verilənlər bazasında və s.) informasiya obyektlərinin göstərilməsini simvolik şəkildə təsvir edən dil elementidir. İkilik informasiyanın kodlaşdırılması üçün istifadə olunur (məsələn, mətn faylı). Format – 1)poliqrafiyada hazır çap məhsulunun, yaxud çap kağızının ölçüləri; 2)fotoqrafiyada obyektivin təsvir sahəsi daxilinə çəkilmiş düzbucaqlı və ya kvadrat; 3)kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; 4)əndazə; 5)mətbəə məhsulunun kəsiləndən sonra fiziki ölçüləri; 6)kitabın, səhifənin, kağız vərəqin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Məsələn, böyük format, kiçik format. Kiçik formatda fotoşəkil; 7)mətbuatda nabor səhifəsinin uzunluğu və hündürlüyü, sətrin uzunluğu.
Forsaj
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. İlk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı. Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə, Forsaj 10 isə 2023-cü ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Forsaj: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
Forssk.
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Vorsma
Vorsma — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. == Həmçinin bax == Format Formulyar Forma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Corc Foreman
Corc Foreman (10 yanvar 1949, Marşall[d], Texas) — istefaya çıxmış ABŞ professional boksçusu, iki dəfəlik Dünya Ağır Çempionu, Olimpiya qızıl medalisti. Ring jurnalı tərəfindən bütün zamanların ən böyük 25 döyüşçüsündən biri seçildi. Mexikoda keçirilən 1968-cı il Yay Olimpiadalarında ağır çəkidə qızıl medal qazanmışdır. Peşəkar kariyesinde cəmi 81 dəfə yarışmış, 76 döyüşü udmuşdur, bunlardan 68-i nakault ilə nəticələnmişdir. 5 dəfə məğlub olmuşdur. Corc Foreman indi uğurlu iş adamıdır.
Fersman adası
Fersman adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Heys adasının şimal-şərq quaracağından 800 m şimalda yerləşir. Ermak boğazı akvatoriyasına daxildir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Yayda buzdan azad olur. Adada yerləşən maksimal hündürlük 46 metrdir. Digər əraziləri daşlı sahələrlə örtülüdür. Ada SSRİ geokimyaçısı Aleksadr Fresmanın şərəfinə adlandırılmışdır..
II Farsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Farsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Forbak (rayon)
Forbak (fr. Forbach) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Forbak. Rayon əhalisi 2006-cı ildə 171 779 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 306 nəf / km². Rayon sahəsi — 561 km².
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. == Tarixi == Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. == Formal dillər üzərində əməliyyatlar == === Dil, onun əlifbası və söz === Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Formal qrammatika
Formal qrammatika — dedikdə elə qaydalar sistemi başa düşülür ki, onun vasitəsilə verilmiş formal dilin(yalnız bu dilin) düzgün sözləri qura bilir. Qrammatika vasitəsilə qurulan formal dilin sözlər çoxluğu sonlu, sonsuz, və ya boş çoxluq ola bilər. Qrammatika sözlər çoxluğunu ixtiyari qaydada qura, yaxud müəyyənləşdirə bilər. Beləliklə, qrammatika sözlərin daxili quruluşunun qanunlarını açıqlayır ki, bunlara sintaksis deyilir. Formal qrammatika— müəyyən sintaksis nəzəriyyə çərçivəsində qurulan qrammatik riyazi modeldir. == Formal qrammatikanın növləri == Alqoritmik nöqteyi-nəzərdən formal qrammatikaların aşağıdakı növləri var: Tanıyan qrammatikalar: Bu qrammatikalar bir növ elə qurğudur ki, bunun girişinə daxil olan söz verilmiş dilə aiddirsə, "hə", aid deyilsə- "yox" çap olunur. Sadalayan qrammatikalar: Bu qrammatikalar verilmiş dilin bütün sözlərini bir-bir çap etməklə(sadalamaqla) iş görür. Aydındır ki, dilin sözlərinin sayı sonsuz olarsa, qrammatika heç zaman dayanmayacaq. Ancaq qrammatikanı məcburi o zaman dayandırmaq olar ki, lazım olan söz çap olunmuşdur. Doğuran qrammatikalar: Bunlar elə "qurğu"dur ki, dilin lazımlı sözlərini qurur.
Miloş Forman
Miloş Forman (çex. Miloš Forman; əsl adı: Yan Tomaş Forman, çex. Jan Tomáš Forman; 18 fevral 1932, Çaslav, Çexoslovakiya) — Çexiya və ABŞ kinorejissoru və ssenaristi. Tomas Yan Forman 1932-ci il fevralın 18-də Çexoslovakiyanın Çaslav şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Çexoslovakiyanin işğalı zamanı valideynlərini Osvensiumda itirmişdir. Praqa incəsənət akademiyasının kino fakültəsinin məzunudur. 50-ci illərin ortalarında həm ssenarist kimi işləmiş, həm də məşhur "Laterna Maqika"da ilk proqramların hazırlanmasında iştirak etmişdir. 1963-cü ildə "Müsabiqə" adlı sənədli filmi ilə kino sənətində debut etmişdir. Rejissor filmdə gənclərin caza maraq atmosferini yaratmağa və peşəkar jüli qarşısında öz bacarıqlarını nümayiş etdirən bu musiqi sevənlərin müsabiqədəki acınacaqlı səhnəsini təsvir etməyə çalışmışdır. 1964-cü ildə Forman "Qara Pyotr" adlı ilk tammetrajlı filmini çəkir ki, bu filmin başqa adı "Pyotr və Pabla" idi.
Persi Forman
Persi Evqeniy Forman (21 iyun 1902 – 25 avqust 1988) — cinayət işləri üzrə amerikalı hüquq-müdafiəçisi (Xyuston, Texas ştatı) Texas Hüquq məktəbini 1927-ci ildə bitirmişdir. Persi qeyri-mütəşəkkil olduğuna, pis geyindiyinə və baha qiymət oxuduğuna görə bədnam şöhrət qazanmışdır. Lakın o, taktika ustası idi. 1500 ölüm cəzası ilə nəticələnməli olan işlərindən cəmi 53 uduzmuş və onlardan cəmi biri yerinə yetirilmişdir. Formanın müştərilərindən biri Ceyms Erl Rey olmuşdur (Martin Luter Kinqin güllələnməsində təqsirli bilinmişdir) və Forman ona günhı boynuna götürməyi məsləhət vermişdir. Ola bilsin ki, Forman o vaxt onun həyatını xilas etmişdir. Lakın Rey onu sonradan işdən çıxartmışdır (vəkil kimi), və Formanı "Fırıldaqçı Persi" adlandırırdı.
Qrafik format
Qrafik fayl formatlari-Görüntünü ötürmək və ya fayl şəklində saxlamaq üçün müəyyən formatlar yaradılmışdır. BMP, PCX, PNG, TİFF, GİF və ən populyar JPEG. BMP(ing."Bit MaP-bit xəritəsi")-Microsoft şirkətinin Windows əməliyyat sistemi üçün əsas formatdır. Çünki bu sistemin daxili formatına daha çox uyğun gəlir. Burada massivin indeksi -palitranın rənginin nömrəsi onun məzmunu isə-rəngi üç əsas komponentin parlaqlıq dərəcəsinə görə təsvir edən üç ədəddir. R/G/B(red/green blue) PCX — ZSoft firması tərəfindən hazırlanan və Microsoft şirkətinin MS-DOS əməliyyatlar sistemindəki PC Paintbrush proqramı üçün istifadə edilən standartdır. Lakin PSX formatı Bmp qədər populyar ola bilmədi. Xüsusi qrafik redaktorlar-Corel Draw Ulead Photo express Adobe Photoshop bu formatı dəstəkləyir. GIF(ing. Graphics İnterchange Format-qrafik mübadilə formatı) ilkin olaraq CompuServe şəbəkəsi üçün nəzərdə tutulmuşdu. GİF-də qrafik informasiya bir-birinin ardınca gələn bloklardan ibarətdir.
Forsaj (film)
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. İlk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı. Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə, Forsaj 10 isə 2023-cü ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Forsaj: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
Forsaj 10
Forsaj 10 (ing. Fast X) — rejissoru Lui Leterye olan və 2023-cü ildə çıxan Amerika döyüş filmi. Bu, Forsaj franşizasında onuncu əsas film və on birinci bədii filmdir, Forsaj 9 (2021) filminin davamıdır. Filmdə Vin Dizel, Ceyson Stethem, Mişel Rodriqes, Tayriz Qibson, Kris "Ludakris" Bridges, Con Sina, Cordana Brevster, Natali Emmanuel, Sunq Kanq, Skut İstvud, Maykl Roker, Helen Mirren, Şarliz Teron, Kardi B, Ceyson Momoa, Daniela Melcior, Bri Larson, Alan Ritçson və Rita Moreno yer alır. 2014-cü ilin noyabrında, Forsaj 7 (2015) filmindən sonra seriyada ən azı daha üç filmin olacağı, iki hissəli finalın 2020-ci ilin oktyabr ayından planlaşdırılacağı təsdiqləndi. 2020-ci ilin oktyabrında məlum oldu ki, "The Fast Saga" kimi tanınan əsas serial onuncu və on birinci hissə ilə yekunlaşacaq, Lin rejissorluğa qayıdıb əsas aktyor heyətini əlavə edəcək. Filmin rəsmi adı 2022-ci ilin aprelində əsas çəkilişlər başlayanda məlum oldu. Lin həmin ayın sonunda rejissorluqdan istefa verdi, bildirildiyinə görə, yaradıcılıq fərqlərinə görə prodüser olaraq qalacaq. Bir ay sonra onun yerinə Leteryer işə götürüldü. Təxminən 300 milyon dollarlıq istehsal büdcəsi ilə bu, indiyə qədər çəkilmiş ən bahalı beşinci filmdir.
Forsaj 2
Forsaj 2 — 2003-cü ildə çəkilmiş ABŞ filmi. == Mövzu == Polisdən azad edilən Brayn Okanner bir yarışda tutulur və keçmiş rəhbərləri tərəfindən iki seçim qarşısında qoyulur. Onların keçmiş rəisi, işini görsə, Braynın keçmiş sənədlərini siləcəyinə söz verir. Bu vəzifə Mayami əsilli idxal-ixracatçı Karter Verone adlı birinin dövriyyəyə soxmağa çalışdığı saxta pulla cinayət başında tutulmasıdır. Brayn missiyada onu müşayiət və kömək edəcək tərəfdaşını qəbul etməkdən boyun qaçırır, ancaq uşaqlıq dostlarından biri Roman Pirs ilə görüşür və onun da keçmiş sənədlərinin təmizlənməsi müqabilində Pirs ilə əməkdaşlıq edir. Veroneyi sıxışdıraraq hədəfinə çatmağa çalışan Konner, həmçinin gizli agent Monika Fuentes ilə də əməkdaşlıq edir.
Forsaj 4
Forsaj 4 (ing. Fast and Furious) — 2009-cu ildə çəkilmiş ABŞ filmi.
Forsaj 5
Forsaj 5 və ya Forsaj 5: Rio soyğunu (ing. Fast Five) — Kris Morqan tərəfin ssenariləşdirilmiş, rejissor Castin Lin tərəfindən çəkilmiş döyüş janrlı ABŞ film. Filmdə Pol Volker və Vin Dizel rol almış, ilk dəfə 20 aprel 2011-ci ildə Avstraliyada nümayiş olunmuşdur. ABŞ-də, 29 aprel 2011-ci ildə nümayiş etdirilmişdir. Film Brayn Okanner (Paul Volker), Dominik Toretto (Vin Dizel) və Mia Torettonun (Cordana Brevster) 100 milyon dollar oğurlamaq üçün quldurluq planı qurmaqları ilə başlayır. Bundan dərhal sonra iş adamı Hernan Reyes (Coaquim de Almeida) və DEA agenti Luk Hobbs (Dueyn Conson) onları həbs etmək üçün iş başına keçirlər. == Mövzu == Keçmiş polis Brayn Okanner və Domun bacısı Mia Toretto Domu həbsdən qaçıraraq onu azadlığına qovuşdurduqdan sonra, polislərdən də yayınırlar, sərhədi keçirlər və Rio-de-Janeyroda peyda olurlar. Azadlıqlarını geri qaytarmaq üçün son bir daha görməli olan tərəfdaşlar, elit yarışçılardan formalaşdırdıqları seçilmiş komandalarını bir araya gətirməli olurlar. Onlar bilirdilər ki, onların ölməsini istəyən qanunsuz iş adamından yaxa qurtarmağın yeganə yolu onunla qarşılaşmaqdır. Ancaq bu iş adamı onların izinə düşmüş yeganə insan deyildi.
Forsaj 6
Forsaj 6 — 2013-cü ildə çəkilmiş ABŞ filmi. == Mövzu == Dom və Brayn nüfuzlu biznesmenin imperatorluğunu darmadağın etdikdən bəri qaçaq yaşamaq məcburiyyətindədirlər. Polis Hobbs 12 ölkədə muzdlu sürücülərdən ibarət olan peşəkar bir qruplaşmanı təqib etməkdədir. Güclü qrupu məğlub etməyin tək yolu isə yarışlarda qalib gəlməkdir. Bu səbəblə Hobbs, Domdan ən güclü komandaları Londonda yığmasını istəyir. Beləliklə, Dom və Brayn evlərinə geri qayıtmaq və ailələrinə qovuşmaq üçün əla şans əldə etmiş olurlar.
Forsaj 7
Forsaj 7 (ing. Furious 7) — rejissor Ceyms Vanın çəkdiyi, əsas rollarda Vin Dizel, Pol Uoker, Ceyson Steytem və Dueyn Consonun oynadığı döyüş filmi və detektiv janrında olan ABŞ filmi. Forsaj franşizasının yeddinci filmi. Eyni vaxtda iki sikvelin — "Forsaj 6" və "Forsaj 3: Tokio drifti" sikvellərinin davamıdır.