Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Persea persea
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Litsea
Litsea (lat. Litsea) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Litsea:The Plant List saytında takson barədə məlumat.
Marsea
Conyza (lat. Conyza) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Persea
Avokado (lat. Persea) – dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Sarsena
Sarsena (fr. Sarcenas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38472. Kommunanın 1999-cu il üçün əhalisi 141 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 10 km şimalda yerləşir.
Simsia
Simsia (lat. Simsia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Sirkən
Sirkən (lat. Atriplex) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Atriplex amnicola Atriplex argentea Atriplex bunburyana Atriplex californica Atriplex canescens Mərkəzi Asiya sirkəni (Atriplex centralasiatica Iljin) Atriplex cinerea Atriplex confertifolia Atriplex cordulata Atriplex coronata Atriplex coulteri Atriplex depressa Atriplex elegans Yabanı sirkən (Atriplex fera (L.) Bunge) Atriplex fruticulosa Şoranlıq sirkəni (Atriplex halimus L.) Atriplex hortensis Atriplex hymenelytra Atriplex joaquiniana Atriplex lentiformis Atriplex leucophylla Atriplex lindleyi Atriplex littoralis Atriplex nummularia Atriplex pacifica Atriplex paludosa Atriplex paludosa subsp. baudinii Atriplex parishii Atriplex parryi Atriplex patula Atriplex phyllostegia Atriplex plebeja Atriplex polycarpa Atriplex pusilla Atriplex rosea Atriplex semibaccata Atriplex serenana Atriplex spinifera Atriplex suberecta Atriplex subspicata Atriplex truncata Atriplex tularensis Atriplex vesicaria Atriplex vesicaria subsp. variabilis Atriplex watsonii == Sinonimləri == Armola (Kirschl.) Montandon Blackiella Aellen Halimus Wallr. Haloxanthium Ulbr. Morrisiella Aellen Neopreissia Ulbr. Obione Gaertn. Pachypharynx Aellen Senniella Aellen Theleophyton (Hook.f.) Moq.
Spiraea
Topulqa (lat. Spiraea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
SİRİZA
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Sırsıra
Sırsıra — hamar buz layı şəklində döşənmə yollarda və s. görünən yağıntılara deyilir. Sırsıra qırova nisbətən daha ağır olduğundan ağaclara daha çox zərər verir.
Şimşək
İldırım — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır. == Mənbə == Coğrafiya ensiklopediyası (I cild).
Şirkət
Şirkət və ya Firma - iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədi ilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. == Ümumi məlumat == Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. == Hazırlanma qaydası == == Sirkə təbabətdə == Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası.Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar. İlk Səlcuq hökmdarları əsirlik rəmzi kimi qulağa həlqə taxmaq üsulunu bilirdilər.
Xirsa
Xirsa (gürc. ხირსა) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Yaxınlığındakı Tibaani kəndinin əvvəlki adı da Xirsa olmuşdur və Xirsa monastırı həmin kəndin ərazisindədir.
Spilanthes grisea var. grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Amazon (Şirkət)
Amazon.com (tələffüzü: ing. /ˈæməzɒn/ və ya /ˈæməzən/) ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır. == Ad == Şirkətin ilk adı Cadabra olsa da, bu söz "cadaver" (cəsəd) sözünə oxşadığı üçün bir neçə ay sonra şirkətin adı Amazon olaraq dəyişdirilmişdir. == Alqı-satqı == Alqı-Satqı prosesi çox sadədir. Sadəcə Amazon.com ünvanına daxil olub istədyiniz məhsulu seçirsiniz. Əgər aldığınız məhsulun dəyəri €75 avronu keçərsə vergi verməyəcəksiniz.
Anonim şirkət
S.A. və ya SA, müəyyən ölkələrdə, çox vaxt rəsmi dil olaraq Roman dillərindən birinə sahib olan və mülki hüquqdan istifadə edən bir ictimai şirkət növünü müəyyənləşdirən termindir. Dilindən asılı olaraq, anonim şirkət, səhmdar cəmiyyət, anonim ortaqlıq, səhm şirkət, Böyük Britaniyanın Şirkətlər Haqqındakı Qanununa əsasən xalqa açıq ictimai şirkətə və Amerika Birləşmiş Ştatlarının Korporativ Qanununda göstərilmiş ictimai şirkət deməkdir. Tərəfdaşlıq və Məhdud Məsuliyyətli Cəmiyyətlərdən fərqlənir. Əvvəlcə səhmdarlar tam anonim ola bilər və səhmlərinə əlavə edilmiş kuponları verməklə divident əldə edə bilərlər. Başqa sözlə sənədi əlində saxlayan şəxsə divident ödənilir. Səhmlər özəl olaraq təhvil verilə bilər və buna görə şirkət rəhbərliyi səhmlərin kimə məxsus olduğunu bilməyə bilər.