Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sant-Elmo
Sant-Elmo qalası ( it. Castel Sant'Elmo) — Neapolda keçmiş müqəddər Martin monastrı yaxınlığındakı hündür Vomero təpəsində yerləşən orta əsrlərə aid qala. Qalanın adı X əsrə aid qədim (günümüzə gəlib çatmamış) Sant-Erazmo kilsəsinədən gəlir, kilsənin adının mənşəyi isə Antioxiyalı müqəddəs Erazmın adına gedib çıxır. Onun adı dövrlər keçdikcə italyan dilinə uyğunlaşmış və "Elmo" formasına almışdır. Qalanın inşasına 1329-cu ildə Anjuy kralı Robertin dövründə başlanılmış və onun ölüm ilində - 1343-cü ildə tamamlandırılmışdır. Kralın ispan qubernatoru Pedro Alvares de Toledo qalanı 1537-1546-cı illərdə bərpa etmişdi. Qala altı valı olan ulduzabənzər formada tikilib. 1647-ci ildə İspaniyada üsyan zamanı İspaniyanın vitse kralı Arkos hersoqu Rodriqo Ponse de Leon Mazanyellonun himayədarlığı ilə bu qalada gizlənmişdi ki, üsyançıların repressiyalarından qaça bilsin. 1717-ci ildə çareviç Aleksey Petroviç qalaya atasının təqiblərindən gizlənmək üçün üz tutmuşdu. Sant-Elmo həmçinin 1799-cu ildə Neapolitan respublikasının simvolu idi.
Sant Albans
Sant Albans (ing. St Albans) — İngiltərədə şəhər.
Şant TV
«Şant» (erm. «Շանթ») — Ermənistan özəl telekanalı. Telekanal Artur Yezekyan tərəfindən 1994-cü ildə Gümrü şəhərində təsis edilmişdir. Növbəti il Armen Minas qurucu heyətə qoşulmuşdur. Telekanal Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır, ancaq süni peyk vasitəsilə xarici ölkələrdə də yayımlanır. «Şant» telekanalı 2008-ci ilin dekabr ayında süni peyk vasitəsilə yayım etməyə başlamışdır. Telekanalda məlumatlandırıcı, satirik, idman, musiqi və siyasi verilişlər yayımlanır. «Şant» hal-hazırda Ermənistanın ən çox izlənən telekanallarından biridir. == Tarixi == «Şant» telekanalı 21 iyun 1994-cü ildə Şirak mərzində xəbər xidməti olaraq yayıma başlamışdır. Telekanal 1995-ci ilin may ayında gündə 6 saatlıq yayıma başlamışdır.
Albano Sant Alessandro
Albano Sant Alessandro (it. Albano Sant'Alessandro) — İtaliyada kommunadır. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 7170 nəfərdir (2008), əhalinin sıxlığı 1280 nəfər / km²-dir. Sahəsi 5 km² ərazini əhatə edir. Poçt kodu — 24061. Telefon kodu — 035. Müqəddəslər Kornelius və Kiprian (San Cipriano) yaşayış məntəqəsinin himayədarı sayılır. Onların xatirəsi 16 sentyabrda qeyd olunur.
Kuartu Sant'Elena
Kuartu Sant'Elena (it. Quartu Sant'Elena) — Sardiniyada şəhər.
Sant'Angelo Lodigiano
Sant-Ancelo Lodicano (it. Sant'Angelo Lodigiano) — İtaliyanın Lombardiya regionunda şəhər. Əhalisi 13.313 nəfərdir. Milan şəhərindən 30 km cənub-cənub-qərb istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Mario Bekkaria – siyasətçi.
Sant-Ancelo-Muksaro
Sant-Ancelo-Muksaro (it. Sant'Angelo Muxaro, [sanˈtanʤelo muʃˈʃaro] ) — İtaliyada, Siciliyanın Aqricento əyalətində kommuna. Müasir arxeoloqlara görə, Tunc dövründə burada sikanların paytaxtı olan əfsanəvi Kamik şəhəri yerləşirdi. Qəsəbənin himayədarı müqəddəs Angel Karmelitdir.
Sant-Ancelo Lodicano
Sant-Ancelo Lodicano (it. Sant'Angelo Lodigiano) — İtaliyanın Lombardiya regionunda şəhər. Əhalisi 13.313 nəfərdir. Milan şəhərindən 30 km cənub-cənub-qərb istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Mario Bekkaria – siyasətçi.
Katsano Sant’Andrea
Katsano Sant’Andrea (it. Cazzano Sant'Andrea) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 70 kilometr (43 mil) şimal-şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1402 nəfər (2008), əhalinin sıxlığı 701 nəfər/km². Sahəsi 2 km² ərazini tutur. Poçt kodu — 24026. Telefon kodu — 035.
Katsano Sant'Andrea
Katsano Sant’Andrea (it. Cazzano Sant'Andrea) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 70 kilometr (43 mil) şimal-şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1402 nəfər (2008), əhalinin sıxlığı 701 nəfər/km². Sahəsi 2 km² ərazini tutur. Poçt kodu — 24026. Telefon kodu — 035.
Sant'İvo alla Sapienza
Sant'İvo alla Sapienza kilsəsi (it. Chiesa di Sant’Ivo alla Sapienza) — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur. == Tarix == Sant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564-1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idi. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin - Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir. Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir.
Sant’Apollinare Nuovo bazilikası
Yeni Müqəddəs Apollinare Bazilikası (Sant'Apollinare Nuovo), Teoderik tərəfindən 500-cü illərdə inşa edilmiş, uzunluğu 35 metr və eni 21 metr olan son dövr antik bazilikadır. Binanı maraqlı edən xüsusiyyətlərdən biri də Konstantinopoldan gətirilən Prokonnesos mərmərindən hazırlanmış sütunlar və binadakı misilsiz mozaikalardır. == Memarlığı == Apsesdəki pəncərələrdəki bir yazı kilsəni VI əsrin birinci rübünə aid edir. İndiki bina əsasən Teoderik tərəfindən tikilmiş binanın planını izləyir, lakin yerinin səviyyəsi XVI əsrdə ilkin səviyyəsindən təxminən 1,5 metr yüksəkliyə qaldırılmışdır. 539-cu ildə İmperator I Yustinian tərəfindən komandan təyin edilmiş Belisariusun rəhbərliyi altındakı Bizans ordusunun Ravenna şəhərini fəth etməsindən sonra ariyaçılıq təzyiqə məruz qaldı. Buna görə, yarandığı dövrdə İsa Məsihə həsr olunmuş bir aryani kafedralı kimi xidmət edən kilsə, Bizans fəthindən sonra anti-aryanist Toroslu Müqəddəs Martiniyə ithaf edilmişdir. Nəhayət, 856-cı ildə Müqəddəs Apollinarenin yadigarlarının Sant'Apollinare Classedən buraya köçürülməsi ilə, bu dəfə kilsə Ravennalı Müqəddəs Apollinareyə ithaf edilmiş və hələ də kilsə bu adla adlandırılır. Sadə bir bazilikada olan Müqəddəs Apollinare Nuovo narteks, sağında va solunda iki yan nefi olan bir əsas nef və tək apsisə malikdir. Binada dəyişdirilmiş məmulat olaraq istifadə edilən Korinf sütun başlıqları görülə bilər. Əsasən Theoderic'in saray kilsəsi olaraq fəaliyyət göstərən bina, dini ayinlərə ev sahibliyi etdiyi kimi digər siyasi məqsədlər üçün də xidmət edilmişdir.
Kvant
Kvant mexanikası fizikada təbiətin fiziki xassələrinin atomlar və atomaltı hissəciklər miqyasında təsvirini təmin edən fundamental nəzəriyyədir . O, kvant kimyası , kvant sahə nəzəriyyəsi , kvant texnologiyası və kvant informasiya elmi də daxil olmaqla bütün kvant fizikasının əsasını təşkil edir . Klassik fizika , kvant mexanikasının yaranmasından əvvəl mövcud olan nəzəriyyələr toplusu, təbiətin bir çox aspektlərini adi (makroskopik) miqyasda təsvir edir, lakin onları kiçik (atom və atom altı) miqyasda təsvir etmək üçün kifayət deyil . Klassik fizikada əksər nəzəriyyələr geniş (makroskopik) miqyasda etibarlı bir yaxınlaşma kimi kvant mexanikasından əldə edilə bilər. Kvant mexanikası klassik fizikadan onunla fərqlənir ki , bağlı sistemin enerji , impuls , bucaq impulsu və digər kəmiyyətləri diskret qiymətlərlə məhdudlaşır (kvantlaşdırma), cisimlər həm hissəciklərin , həm də dalğaların xüsusiyyətlərinə malikdir (dalğa-hissəcik ikiliyi) və məhdudiyyətlər var. İlkin şərtlərin tam dəsti (qeyri- müəyyənlik prinsipi) nəzərə alınmaqla, fiziki kəmiyyətin dəyərinin ölçülməzdən əvvəl nə qədər dəqiq proqnozlaşdırıla biləcəyinə . Kvant mexanikası 1900-cü ildə Maks Plankın qara cisim radiasiya probleminin həlli və Albert Eynşteynin 1905-ci ildəki məqaləsindəki enerji və tezlik arasındakı uyğunluq kimi klassik fizika ilə uzlaşa bilməyən müşahidələri izah etmək üçün tədricən nəzəriyyələrdən yarandı . Fotoelektrik effekti izah etdi . İndi " köhnə kvant nəzəriyyəsi " kimi tanınan mikroskopik hadisələri anlamaq üçün bu ilk cəhdlər 1920-ci illərin ortalarında Nils Bor ,Ervin Şredinger , Verner Heyzenberq , Maks Born tərəfindən kvant mexanikasının tam inkişafına səbəb oldu və qeyriləri. Müasir nəzəriyyə müxtəlif xüsusi hazırlanmış riyazi formalizmlərdə formalaşdırılır .
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Santr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Seans
Seans (film, 1988)
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Smart
Smart 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
Şratt
Şratt — relyefin karst formalarından biri. Eynilə karr kimidir.
Abant
Abant - V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı . Ermənicə yazılışda əvvəlinə “h“ səsinin əlavəsi ilə Habant kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi r-nunda olan bu çayın adı indi də qalmaqdadır - Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy r-nu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Abant (personaj)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Avant Browser
Avant Browser — Internet Explorer əsaslı bir web brauzer.
Ayant Telamonid
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Culiya Qrant
Culiya Qrant (ing. Julia Grant; 26 yanvar 1826, Sent-Luis, Missuri – 14 dekabr 1902, Vaşinqton) - ABŞ-nin Prezidenti Uliss Qrantın həyat yoldaşıdır.