Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. == Sözün mənşəyi == Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Təlmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. === Atalar sözləri === Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Ceyson Stetem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — ingilis üzgüçü, aktyor və döyüşçü. Bir çox filmdə çəkilmişdir. "Qabağıalınmazlar", "Müharibə" filmlərində rol almışdır. Ceyson Maykl Steytem 1967-ci il 26 iyul tarixində Londonda dünyaya göz açıb. Atası müğənni, anası rəqqasə olsa da, valideynlərinin daimi iş yeri olmayıb. Təsadüfı qazancla dolanan valideynlər övladlarını hələ kiçik yaşlarından istənilən yolla pul qazanmağa məcbur edirdilər. Ceysonun 9 yaşı olanda həmyaşıdları arasında peşəkar oğru, dələduz kimi tanınırdı. Küçəyə yalnız oğurluq məqsədi ilə çıxan, oğurladıqlarını məharətlə satan, evə əliboş qayıtmayan Ceyson üçün bu adi hal, həyat tərzi idi. Bütün bunlara rəğmən, Ceyson dərslərini də pis oxumurdu.
Ceyson Stethem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — ingilis üzgüçü, aktyor və döyüşçü. Bir çox filmdə çəkilmişdir. "Qabağıalınmazlar", "Müharibə" filmlərində rol almışdır. Ceyson Maykl Steytem 1967-ci il 26 iyul tarixində Londonda dünyaya göz açıb. Atası müğənni, anası rəqqasə olsa da, valideynlərinin daimi iş yeri olmayıb. Təsadüfı qazancla dolanan valideynlər övladlarını hələ kiçik yaşlarından istənilən yolla pul qazanmağa məcbur edirdilər. Ceysonun 9 yaşı olanda həmyaşıdları arasında peşəkar oğru, dələduz kimi tanınırdı. Küçəyə yalnız oğurluq məqsədi ilə çıxan, oğurladıqlarını məharətlə satan, evə əliboş qayıtmayan Ceyson üçün bu adi hal, həyat tərzi idi. Bütün bunlara rəğmən, Ceyson dərslərini də pis oxumurdu.
Marta Qrehem
Marta Qrehem (ing. Martha Grehem, d. 11 may, 1894 — 1 aprel, 1991) — amerikan rəqqas, xoreoqraf və baletmeyster. == Həyatı == Marta Qrehem dini ailədən idi və rəqsin günah sayılmasına baxmayaraq, bir gün ailəsi məşhur rəqqas Rut Sen-Deninin konsertinə getmək üçün icazə verdi. Bundan əlavə, ailəsinin sərt mövqeyinə baxmayaraq, Martanın valideynləri kollec təhsilinə qarşı olmadılar. Vassar Kolleci, yalnız təhsilin keyfiyyəti ilə deyil, idman ənənələri və sufrajizmə simpatiya ilə üçün də tanınırdı. Rut Sen-Denisin performansını görən Marta rəqqas olmaq istəyirdi. 1913-cü ildə Los Ancelesdəki rəqs məktəbinə girməyə icazə verildi; sonra Denisoun məktəbində, onun tərəfdaşı Ted Şaun ilə birlikdə İspaniyada təhsil aldı. Qrehemin şagirdlik dövrünü keçdiyi illərdə rəqs əsasən əyləncə kimi qəbul edildi - bu, vodevil, kostyum çıxışları, sosial topların ayrılmaz bir hissəsidir. Sənətin statusu yalnız Amerikada Avropanın bir hiyləsi hesab olunan bir rəqs balı idi.
Qrehem-Bell
Qrehem-Bell — Frans-İosif Torpağı arxipelaqının ucqar şərqində, Barens dənizində, Avropanın şimalında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 1,7 min km² təşkil edir. Ada 1899-cu ildə amerikalı meteoroloq İvlin Briqqs Bolduin tərəfindən kəşf edilmiş və Aleksandr Qreyam Bellin şərəfinə adlandırılmışdır. Ən hündür nöqtəsi 509 metrdir. Ən iri gölləri — Melkoe, Şimal gölü. Ən ucqar nöqtələri— Aerosyomki burnu, qərb — Semerıx burnu, şərq Olni burnu, şimal Kolzat burnu, cənub Leyter burnu. Qərbində Matuseviç köfəzi, şərqində isə İlistaya buxtası yerləşir. Ən yaxın adaları — Perlamutovıy və Tryoxluçevoy. Qərbində yerləşən Vilçek Torpağından Morqan boğazı ilə ayrılır.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhmAdi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Abay (şəhər)
Abay (qaz. Абай; 1961-ci ilə qədər — qəsəbə Çurubay-Nura və ya Çurbay-Nura (qaz. Шерубай-Нұра)) — Qazaxıstanın Karağandı vilayətindəki şəhər. 1949-cu ildə Karağandı kömür hövzəsinin qərb hissələrinin inkişafı ilə əlaqədar olaraq bir işçi qəsəbəsi olaraq meydana gəldi. 2002-ci ildən — Abay bölgəsinin mərkəzi. Şəhər Karabas dəmir yolu stansiyasından 8 km, Qaragandadan 30 km cənub-qərbdə yerləşir. Karağandı — Jezkazqan — Qızılyolod magistral yolu şəhərdən keçir, şəhərdən yaxşılaşdırılmış yollarla əlaqələndirilir. Şaxtinski, Saranya. Karabas kəndinin yaxınlığında, Abayın yanında, Jartas su kəməri var. Abay şəhəri Abay Kunanbayevin adını daşıyır.
Abaza (şəhər)
Abaza — Rusiyanın Xakasiya Respublikasında şəhər. == Adı == Şəhərin adı Abakan zavodu ifadəsinin qisqartmasından gəlir. == Coğrafi məkan == Şəhər Abakan çayının yuxarı axarında, dağarası hövzəsində, Abakan şəhərindən 179 km aralıda yerləşir. Şimal-qərbdə Kirs silsiləsinin meşəli yamacları, cənub və cənub-şərqdə isə Sevinc silsiləsi yüksəlir. Dəmiryolu xəttini Krasnoyarsk dəmiryolunun Askiz stansiyası ilə Novokuznetsk — Abakan xətti ilə birləşdirir, regional magistral yolu 95K-002 Abakan - Ak-Dovurak bu şəhərdən keçir. == Tarix == Abaza qəsəbəsi 1856-cı ildə Abakan dəmir filizi yatağının işlənməsi ilə əlaqədar yaranmışdır. 1867-ci ildə burda Ural taciri Kolçugin tərəfindən poladtökmə zavodu quruldu. Zavod 1926-cı ilə qədər işləmişdir. 1926-cı ildən 1957-ci ilə qədər sahə istismar edilməmişdir. 1957-ci ildən etibarən filiz mədəni bərpa edilir.
Akita (şəhər)
Akita (yap. 秋田市) — Yaponiyanın Tohoku regionunun Akita prefekturasının eyniadlı paytaxtı.
Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Akkol (şəhər)
Akkol (qaz. Ақкө́л, tərcümədə — ağ göl; Alekseyevka 1887—1997-ci illərdə) — Qazaxıstanda şəhər, Akmola vilayətinin Akkol rayonunun mərkəzi. Akkol gölünün sahilində, A1 Astana - Şuçinsk şossesi boyunca Astanadan 100 km şimalda. Petropavlovsk - Astana xəttindəki dəmir yolu stansiyası. 2005-ci ildə Akkol şəhərində ilk Qazaxıstan yerüstü kosmik aparat idarəetmə kompleksi istifadəyə verildi. == Tarixi == Rayon sakinlərindən üçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür; onlardan biri - Peter Mixayloviç İsakov - Alekseyevkada anadan olub. 21 may 1991-ci ildə İsakovun yaşadığı evdə xatirə lövhəsi açıldı; bu ev bu günə qədər yaşamayıb. Müharibədən sonrakı illərdə Alekseyevkada mənzil tikintisi yaxşılaşdı və sənaye istehsalı genişləndi. 1945-ci ildə Novoishimskaya və Komsomolskaya MTM bazasında, 79 nəfərin çalışdığı şəhərdəki ilk sənaye müəssisəsi - Komsomolsk mexaniki təmir zavodu təşkil edildi. Alekseyevka, 1954-cü ildə bakirə və əkin sahələrinin işlənməsi illərində daha da inkişaf etmişdir.
Aksu (şəhər)
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū)— Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. == Qəsəbə və kəndlər == Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. == Tarixi == Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City.502-550-ci illər arasında Hunlar, 552-648-ci illər arasında Göytürklər, 648-649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 - təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032-1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227-1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370-1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. === Yarkənd xanlığı dönəmi === Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. == İqtisadiyyat == Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır. == Ədəbiyyat == Hill, John E. 2003.
Aldan (şəhər)
Aldan (saxa Алдан) — Rusiyada, Saxa Respublikasında şəhər. Aldan rayonunun mərkəzidir. Böyük Never dəmiryol stansiyasından 648 kilometr şimalda, avtomagistral üstündədir. Qızıl və mika istehsal edilir. Maşın təmiri zavodu, elektrik stansiyası, politexnikum, tibbi məktəbi var. 1924-cü ildə yaradılmışdır. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Алдан // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Amyen (şəhər)
Amyen (fr. Amiens) — Fransanın şimalında Somma çayı kənarında bir şəhərdir. Şəhər əsas tarixi hissəsi Pikardiya regionuna aiddir. Əhalisi 132479 nəfərdir (2014). == Tarixi == Şəhərin yaranması paleolit dövrünə aid olması haqqında məlumat vardır. 859-cu ildə normanlar tərəfindən işğal olunub. 1185-ci ildə burada karl üçün iqamətgah tikilir. O dövrlərdə Niderlandın ərazisi olan Amyen 1597-ci ildə Fransanın tərkibinə keçir. == İqtisadiyyatı == Şəhər ölkənin əsas toxuculuq mərkəzidir. Hal-hazırda maşınqayırma, yüngül və yeyinti sənayesidə inkişaf etmişdir.
Aomori (şəhər)
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Aqtöbe (şəhər)
Aqtöbe / Ağtəpə (qaz. Ақтөбе; rus. Актобе́) — Qazaxıstanın eyni adlı vilayətinin paytaxtı. == Adı == Aqtöbe toponimi ağ təpə deməkdir.
Aquaskalyentes (şəhər)
Aquaskalyentes (isp. Aguascalientes) — Meksikanın mərkəzi hissəsində şəhər. Aquaskalyentes ştatının inzibati mərkəzi olan şəhər dəmiryol qovşağıdır. Aquaskalyentes kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir. Toxuculuq, yeyinti sənayesi inkişaf etmişdir. Aquaskalyentes yaxınlıqlarında balneoloji kuror var. == İstinadlar == == Əlavə ədəbiyyat == Aguas Calientes // Catholic Encyclopedia. New York. 1907. Reau Campbell, Aguas Calientes // Campbell's New Revised Complete Guide and Descriptive Book of Mexico, Chicago: Rogers & Smith Co., 1909, OCLC 1667015 Aguascalientes // Encyclopædia Britannica (11th), New York, 1910, OCLC 14782424 – Internet Archive vasitəsilə W.H. Koebel, redaktorMexico: Chief Towns: Aguascalientes // Anglo-South American Handbook, 1, New York: Macmillan, 1921, hdl:2027/mdp.39015027978728 Ernst B. Filsinger, Mexico: Aguascalientes // Commercial Travelers' Guide to Latin America, Washington, DC: Government Printing Office, 1922 North Central Highlands: Aguascalientes // Mexico, Lonely Planet, 1998 (fulltext via OpenLibrary) John Fisher, The Bajio: Aguascalientes // Mexico, Rough Guides (4th), London, 1999, səh.
Arad (şəhər)
Arad (rum. Arad; mac. Arad; serb. Арад/Arad) - Rumıniyada Arad judetsinin paytaxt şəhəridir. Bölgə tarixi olaraq Krisana regionunda yerləşir və 20-ci əsrdə Banat bölgəsinin qonşuluğuna qədər genişləmişdi. Arad Qərbi Rumıniyada Timişora və Oradeyadan sonra üçüncü və 159 704 nəfərlik əhalisi ilə Rumıniyanın on ikinci ən böyük şəhəridir.
Ararat (şəhər)
Ararat — Ermənistanda şəhər.
Ariel (şəhər)
Ariel (ivr. ‏אריאל‏‎) — İsraildə şəhər, 1978-ci ildə əsası qoyulub. İordan çayının qərb sahilində Samariyada yerləşir. Şəhər statusunu 1998-ci ildə alıb, İudeya və Samariya dairəsinin ən böyük şəhərlərindəndir. 2010-cu il məlumatına görə, əhalisi 17700 nəfərdir, o cümlədən MDB ölkələrindən 7 min nəfər də orada yaşayır.
Astara (şəhər)
Astara rayonu — Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Avallon (şəhər)
Avallon (fr. Avallon) — Fransanın Yonna departamentində yerləşən köhnə burqund şəhəri. == Tarixi == Antik Aballo poçt stansiyası olaraq yaranıb. Qəbirli küçələr və daş fasadlar şəhəri olan Avallonun qədim Fransız şəhəri ətrafındakı qranit qaya üzərində yerləşir, Morvanın Burqundiya silsiləsinin şimal yamaclarında yerləşir. Avallon, Kuzen çayının sağ sahilində, Burqundiya Yonna departamentində yerləşir. Avallon şəhərində Voban, Klod de Bovuar və Lui-Nikolya Davu kimi şəxsiyyətlərin doğulduğunu nəzərə alaraq, şəhər "üç marşal şəhəri" adlandırılır.
Avarn (şəhər)
Avarn (q.yun. Ἀβαρνίς), həmçinin Avarni və Aparn (q.yun. Ἀπαρνίς) — qədim Misiyada, eyniadlı burunda yerləşən sahil şəhəri. Ksenofont bu yerdən bəhs edərkən qeyd etmişdir ki, Konon Lisandr ilə nişanlanarkən Sparta donanmasının gəmilərini oğurlamış, öz donanmasını yenidən təşkil etmiş və I Evaqorasa sığınmaq üçün qaçmışdı, eyni zamanda Paralı döyüşlərdən xəbər gətirmək üçün Afinaya göndərmişdir.Onun ərazisi ilkin olaraq Asiya Türkiyəsi, Çardak yaxınlığında yerləşir.
Aydın (şəhər)
Aydın (əvvəlki adı: Gözəlhasar/türk. Güzelhisar; qədim adı Trall/q.yun. Τράλλεις) — Türkiyənin cənub-qərbində şəhər. Aydın ilinin inzibati mərkəzi. Avtomobil yolları qovşağıdır. Yeyin sənayesi müəssisələri var. Meyvə ixrac edilir. Aydın ilində mis, dəmir və mərgmüş filizləri, liqnit yataqları var.
Ağ Şəhər
Bakı Ağ Şəhər — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2006–2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycanda həyata keçirilən ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir.Layihə, 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (Qara Şəhərin) bərpa və inkişafı, həmçinin, Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur ki, bu da investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Bakı Ağ Şəhər layihəsinin Baş Planı 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur. Bu rayonlardan hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait mövcud olacaqdır. Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti "Atkins" (Böyük Britaniya) çıxış etmişdir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur "Fosters + Partners" memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış "F+A Architects" arxitektura bürosu cəlb edilmişdir. == Tarixi == Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə etmişdir. İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər 19-cu əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, "qara qızılın" emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdır. Hazırda, Bakı buxtasının mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi üçün indiyə kimi görünməmiş perspektiv yaranmışdır. Paytaxtın mərkəzinin şərq hissəsində, dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 1650 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması və investisiyalar üçün ən cəlbedici imkanlardan birinə çevrilməsi şansı yaranmışdır.