Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skoliya quadripunktata
Scolia quadripunctata (lat. Scolia quadripunctata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin scoliidae fəsiləsinin scolia cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bədəni 9–10 mm uzunluqda olub, qara rəngli və tüklüdür. 4 ədəd, nadir hallarda 2 ədəd sarı nöqtəsi olur. == Həyat tərzi == S.quadripunctata F. səhər saatlarında, 20–21°C temperaturda, Campsoscolia interrupta F. isə səhər vaxtı 27–28°C temperaturda uçmağa başlayır. Skolilərin maksimal fəallığı 28–40°C temperaturlarda qeydə alınır.Abşeron yarımadasının yaşıllıqlarından, o cümlədən bəzək bitkiləri əkilən sahələrdən yığılan materiallara və müşahidələrə əsasən, Abşeronda rast gəldiyimiz zarqanadlılar dəstəsinin scolidae fəsiləsindən olan bu parazit, sahibin sayının aşağı düşməsində demək olar ki, parazitlər içərisində perspektivli parazitlərdən biri hesab olunmuşdur. Ona görə də bu növün bioekoloji xüsusiyyətləri bir qədər geniş öyrənilmişdir. Dekorativ ağac və kol bitkilərinin kök hissəsində torpaqdan yığılan böcək sürfələrindən çıxan və entomoloji torba ilə yığılan materiallara əsasən, parazitlərin təbiətdə uçuşu iyun- iyul aylarında baş verir və 30–35 gün çəkir. Laboratoriya şəraitində lövhəbığların 0,5 litrlik şüşə qabda yerləşdirilən 5 ədəd sürfəsi yanına buraxılan parazitlər cütləşməyə və 5–6 saatdan sonra isə yumurta qoymağa başlayırlar. Müşahidələrə əsasən, dişi fərdlər, sahib sürfələrinin qidalandığı hissəyə toplanırlar və şüşə qabda olan torpaqdan istifadə edərək, bığcıqları vasitəsilə sürfələrin torpağın hansı hissəsində olduğunu hiss edir və həmin yerə girərək iynəsi vasitəsilə sahibi sancıb paralic vəziyyətinə salırlar.