Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Dzosotın-Elisun
Dzosotın-Elisun, həmcinin Kurbantonqut və ya Qurbantyonqyot — Çinin sahəsinə görə ikinci böyük səhradır. Dzosotın-Elisun Cunqariyanın mərkəzində qərarlaşır. Dzosotın-Elisun monqol kökənli sozdür Qumlu səhranın sahəsi 45 000—50 000 km² təşkil edir. Ərazisinin 38 000 km² barxanlarla örtülüdür. Digər hissəsi isə gilli düzənliklərdən ibarət olub, takırlarla zəngindir. Barxanlar meridional istiqamətdə uzanlr və hündürlüyü 30 metrə çatır. Şimal hissəsədə isə hündürlük 100 metrdir. Ərazisində yovşan və saksaul biktiləri bitir. Takırların arasında yulğun bitsə də kolluqlar geniş ərazini əhatə etmir. Səhra dəvə və qoyunlar üçün otlaq rolu oynayır.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.