Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağlarotu
Ağlarotu (lat. Lythrum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Uzunsov, qarşı-qarşıya düzülmüş yarpaqları var. Çiçəkləri qırmızı, uzun sünbülvaridir. Meyvəsi qutucuqdan ibarətdir, açıq-qəhvəyi rəngli toxumları isə uzunsov-yumurta şəklindədir. İyun-iyul aylarında çiçəkləyir. == Azərbaycanda yayılması == Azərbaycanda 6 növü yayılıb. == İstifadəsi == Tibdə dərman məqsədilə bir növündən istifadə edilir. Bitki çiçək açan dövrdə toplanır, açıq havada qurudulur.
Ağacoğlu (Təbriz)
Ağacoğlu (fars. اغاج اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (62 ailə).
Söyüdyarpaq ağlarotu
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü. == Təbii yayılması == Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir. == Botaniki təsviri == Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır.
Gücotu
Gücotu (lat. Agrimonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aqattu adası
Aqattu adası (ing. Agattu Island, aleut. Angatux̂) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 773 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1525 km-dir. Attu təxminən 31 km uzunluğa və 18 km enə malikdir. Sahəsi 221,593 km²-dir. Aqattu vulkan mənşəlidir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 632 m-dir. Adada otlar, mamırlar və şibyələr bitir.
Tükcüklü gücotu
Tükcüklü gücotu (lat. Agrimonia pilosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü.