Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014)
Qisas almadan ölmə. Keçmişdən məktublar — 2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi. == Məzmun == XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub. Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib.Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir.Filmin bəstəkarı Elmar Feldir. == Mükafatları == 2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür.“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb. == Təqdimatı == 2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin premyerası olub.Rollarda: Ramiz Əzizbəyli == İstinadlar == == Mənbə == Наталия Бабинцева. Общий дом. Журнал "Баку".
Çamadan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.