Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acipenser
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Acipenser baerii
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser brevirostrum
Kütburun nərə (lat. Acipenser brevirostrum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser dabryanus
Koreya nərəsi (lat. Acipenser dabryanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser fulvescens
Göl nərəsi (lat. Acipenser fulvescens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser gueldenstaedtii
Rus nərəsi (lat. Acipenser gueldenstaedtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Xəzər dənizində nərə üç müstəqil populyasiya əmələ gətirir: a) Şimali Xəzər və ya Volqa; b) İran; v) Kür nərəsi. Onlar bir-birindən xarici görünüşünə, həyat tərzinə və bir çox bioloji xüsusiyyətlərinə görə fərqlənir. Kür nərəsi Volqa nərəsinə nisbətən iri olub, bədəni boz rəngdədir. Volqa nərəsinin bədəni sarımtıl rəngdədir. Xəzərin Azərbaycan sektorunda əsasən Kür nərəsinə təsadüf edilir. Kür nərəsi əsasən Cənubi Xəzərdə Orta Xəzərdə və az miqdarda Şimali Xəzərdə təsadüf olunur. İran nərəsi əsasən Xəzərin cənub-şərq hissəsində yaşayır. Azərbaycan sularında az təsadüf edilir.
Acipenser medirostris
Yaşıl nərə (lat. Acipenser medirostris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser mikadoi
Saxalin nərəsi (lat. Acipenser mikadoi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser multiscutatus
Yapon nərəsi (lat. Acipenser multiscutatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser naccarii
Adriatik nərəsi (lat. Acipenser naccarii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser nudiventris
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. == Yayılması == Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır. == Morfoloji əlamətləri == Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.
Acipenser oxyrinchus
İtiburun nərə (lat. Acipenser oxyrinchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser persicus
İran nərəsi (lat. Acipenser persicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. == Yayılması == İran nərəsi əsasən Xəzər dənizinin orta və güney bölgələrində yayılmışdır. Nadir hallarda Xəzər dənizinin quzey və Qara dənizin şərq bölgələrində görülür. Kürü tökmək üçün Volqa, Ural, Səfidrud, Kür, İnquri, Rioni və digər çaylara daxil olur.
Acipenser ruthenus
Çökə (lat. Acipenser ruthenus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 125 sm, kütləsi isə 16 kq-a qədər olur. == Yayılması == Daim Volqada yaşayan çay balığıdır. Şirin su balığıdır, Xəzər, Qara və Baltik dənizlərinə tökülən çaylarda yaşayır. Orta Xəzərin qərb sahilində rast gəlinir. Buradan təsadüfən Terek çayına girə bilir. Sibirdə Ob, Yenisey, İrtış çaylarında yayılıb, kanallar vasitəsilə Şimali Dviia çayına, Ladoqa və Oneqa göllərinə də gedir. Şirin su balığı olsada; Xəzər dənizinin Azərbaycan sahillərində tək-tək təsadüf edilir. Əsasən Yalama-Nabranda tək-tük fərdlər tutulur.
Acipenser schrenckii
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser sinensis
Çin nərəsi (lat. Acipenser sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser stellatus
Uzunburun (lat. Acipenser stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Uzunburun Xəzər, Qara və Azov dənizlərində yaşayır. Nərəkimilər içərisində uzunburun ölçülərinə görə ən kiçiyidir. Xəzər dənizində onun iki populyasiyasi mövcuddur: Cənubi-Xəzər və Şimali-Xəzər populyasiyaları. Xəzərin Azərbaycan sektorunda əksəriyyət təşkil edən Cənubi-Xəzər populyasiyası çoxalmaq üçün Kür çayına girir. Kür populyasiyası Şimali-Xəzər populyasiyasından gec cinsi yetişkənliyi, zəif böyümə tempi və az törəyib artması ilə fərqlənir. Uzunburun balığın mühüm təsərrüfat əhəmiyyəti var. Ümumi nərə ovunda o sayının çoxluğuna görə birinci yerdədir. Azərbaycanda uzunburun ehtiyatı əsasən süni yolla nərə balıqartırma zavodlarında bərpa olunur, qismən isə təbii yolla Kür (Varvara su anbarı aşağıda) və Araz (Qaradonlu kəndində, Bəhramtəpədən aşağı hissədə) çoxalır.
Acipenser sturio
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Acipenser transmontanus
Ağ nərə (lat. Acipenser transmontanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Şimali AMerikanın qərb sahillərində Aleut adalarından Mərkəzi Kaliforniyaya kimi rast gəlinir. Şimali Amerikada nərəkimilərdən ağ balıq və kaluqadan sonra 3-cü böyük şirin su balığıdır. Bədəninin maksimal uzunluğu 6,1 m, maksimal kütləsi isə 816 kq-a çatır.
Acipenser nudiventris derjavini
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.