Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağacanlı
Ağacanlı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Qarasu rayonuna aid edilirdi. Bu rayon ləğv edildikdən sonra Azərbaycan SSR-in Əli-Bayramlı rayonu tərkibinə daxil olmuş, 1939-cu ildə isə Qazıməmməd rayonu tərkibinə verilmişdir. 4 dekabr 1959-cu ildə Qazi-Məhəmməd rayonu ləğv edilmiş, kənd Əli-Bayramlı rayonunun tərkibinə verilmişdir. 1961-ci ilin İnzibati bölgüsünə əsasən, Ağacanlı kəndi Azərbaycan SSR Ali-Bayramlı rayonunun Kalinovski kənd sovetinə daxil idi. 1963-cü ildə əli Bayramlı rayonu ləğv edilmiş, Kalinovski kənd şurası isə Sabirabad rayonunun tərkibinə verilmişdir. 24 aprel 1990-cı ildə kənd yeni formalaşan Hacıqabul rayonunun tərkibinə verilmişdir. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və Meyniman inzibati ərazi dairəsi daxilində Hacıqabul Rayon Ağacanlı bələdiyyəsi yaradılmışdır. 2009-cu ildə Ağacanlı bələdiyyəsi ləğv edilmiş, kənd isə Ələtli bələdiyyəsi tərkibinə daxil olmuşdur. == Toponimikası == Ağacanlı oyk., düz.