Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadıq Şəndil
Sadıq Şəndil (d. 1913, İstanbul - ö. 28 İyul 1986, İstanbul) — Türkiyə yazıçısı və ssenaristi. Peşəkar sənət həyatına 1953-cü ildə ssenari yazmaqla başlayan Sadiq Şendil, Türk kinosuna 200 yaxın filmi ssenarisi yazaraq böyük bir iştirak etmişdir. Türk teatr və kino tarixinin əhəmiyyətli əsərlərini çıxaran Şendil, 8 əsər yazmış, məşhur serial-film ssenarilərinə da imza atmışdır. Sənətçi, xüsusilə Kamal Sunal filmləri və Hababam Sınıfı ardıcıllığıyla tanınır. Sadiq Şendil, bir dövr Müjdat Gezen'le birlikdə "Güldürü İstehsal Mərkəzi" 'ndə çalışdı. Məşhur İldə Bir Gün mahnısının sözlərini yazan Şendil `ssenariləri, ağırlıqlı olaraq Ertem Eğilmez və Sırrı Gültekin tərəfindən filmə alındı​​. == Mükafatları == 7. Antalya Film Şənliyi, 1970, Ən Yaxşı Ssenari, Ürəyimin Əfəndisi 7.
Həndi Əliyev
Həndi Elbrus oğlu Əliyev (19 iyun 1992, Gəncə – 14 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həndi Əliyev 19 iyun 1992-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 1999-cu ildə Gəncə şəhər 31 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdur. == Hərbi xidməti == 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. 5 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlamışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Həndi Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 13 oktyabr 2020-ci ildə Suqovuşanda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həndi Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həndi Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həndi Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Earendil
Earéndil ya da dənizçi Earendil (kv. Eärendil; /ɛaˈrɛndil/ | ing. Eärendil the Mariner) — C. R. R. Tolkinin legendariumunda personaj, bəşər övladının ən böyük dənizçisi. "Silmarillion" əsərində daha geniş təsvir edilir. "Üzüklərin hökmdarında" da adı çəkilir. Earendil professor Tolkinin legendariumunda ilk peyda olan personajlardan biri olub. İlk dəfə 1916-cı ildə Tolkin tərəfindən "İtirilmiş Hekayələr Kitabının" "Qondolinin süqutu" bölməsində təsvir edilmişdir. == Bioqrafiyası == Earendil Birinci Dövrün 503-cü ilində Qondolində Hador nəslindən olan insan Tuorun və Turqonun qızı şahzadə elf İdril Kelebrindalin ailəsində anadan olub. Uşaqlıqda Earendil Qondolinin lordları Salqant və Ektelionla çox yaxşı münasibətdə olub. Earendil hələ on yaşında olanda Qondolinin kralı Turqonun bacısı Aredel Ar-Feiniel və Qara Elf Eolun oğlu Maeqlini Morqot əsir etdi.
Georq Fridrix Hendel
Qeorq Fridrix Handel (alm. Georg Friedrich Händel‎, 1685–1759) – dahi alman bəstəkarı, barokko musiqi janrının ən nümayəndələrindən biri. Həyatının böyük əksəriyyətini İngiltərədə yaşamışdır. = Həyatı = Handel 1685-ci ilin 23 fevralında Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur. Yeddi yaşından musiqi ilə intensiv şəkildə məşğul olmağa, doqquz yaşından isə bəstəkarlıq fəaliyyətinə başlamışdır. İlk operaları olan "Ameliya" və "Neron" əsərlərini 1705-ci ildə yazmışdır. 1707–1710-cu illərdə bəstəkar İtaliyaya səfər etmiş və burada musiqi təhsili almışdır. Bu illərdə o italyan operasının mahir bilicisi adını qazanır. 1710-cu ildə Handel sonralar İngiltərə kralı olacaq Hannover kurfüristi Georqun sarayında kapelmeyster təyin olunur. Elə həmin il Londona yollanan Handel iki il sonra yenidən, lakin qısa müddətə Almaniyaya qayıdır.