Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqressiya
Aqressiya (lat. aggredi - "hücum etmək" deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; == Uşaqlarda aqressiyanın səbəbləri == 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir. 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir. Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır) === Orqanik səbəblər === Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. Uşağın müşahidə etdiyi aqressiv nümunə :Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
Resessiya
Resessiya (geologiya) - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntü top­lanmada fasilə
Suksessiya
Suksessiya (lat. succesio- varislik) — mühitin müəyyən hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. Suksessiya ilkin və ikincili olur. Qumluqları, qayalıqları tədricən bitki basması ilkin suksessiya, istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən salması ikincili suksessiyadır. Suksessiya prosesi inkişaf etdikcə növlərin miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır.Pozulan tarazlığın ekosistem tərəfindən bərpa prosesi mütəşəkkil surətdə müəyyən mərhələlərlə gedir. Ekosistemi tarazlıq halından bir çox üsullarla çıxarmaq olur. Bu adətən yanğın, quraqlıq və ya daşqınlar zamanı baş verir. Belə pozulmalar zamanı tarazlığı yeni ekosistem öz-özünü bərpa edir və bu proses müntəzəm xarakter daşıyır, müxtəlif vəziyyətlərdə təkrar olunur. Pozulan yerlərdə müəyyən növlər və ümumiyyətlə bütün ekosistem elə surətlə inkişaf edir ki, bu növlərin meydana çıxma qaydası oxşar pozulmalar və oxşar areallar üçün eyni olur. Eyni bir növün digər növlə əvəz olunmasının bu ardıcıllığı ekoloji suksessiyanın mahiyyətini göstərir.
Ekoloji suksessiya

Resessiya (geologiya)
Resessiya - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntütop­lanmada fasilə. Güclü dib axınlarına məruz qalan, dənizdibi sahələrdə müşahidə olunur. Bu zaman bütün çöküntülər, hətta dəniz dibi də yuyulmaya məruz qalır. Belə sahələrdə çöküntülərin toplanmasına şərait yaranmır. == Həmçinin bax == Dəniz Çöküntülər Dəniz dibi == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Resessiya (iqtisadiyyat)
Resessiya - işgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMMin səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi pro seslərlə müşayiət olunur.