Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktinometriya
Aktinometriya — geofizikanın bir bölməsi; atmosferdə, hidrosferdə və Yer səthindəki şüalanmaları öyrənir. Dar mənada, aktinometriya meteorologiyada Yerin radiasiyasını ölçmə üsullarının məcmusudur. Yerdə və atmosferdə baş verən hadisələrin enerji mənbəyi Günəşdir. Aktinometriyanın əsas vəzifəsi Yer səthində və atmosferdə Günəş radiasiyasının, atmosferin radiasiya balansının ölçülməsi və tədqiqi, atmosfer, hidrosfer və Yer səthində şüa enerjisinin dəyişilməsini ölçən cihaz və üsulların işlənib hazırlanmasıdır. Aktinometriya atmosfer optikası, spektroskopiya, heliofizika, atmosferin yüksək təbəqələrinin fizikası və alçaq (yerüstü) təbəqələrin fizikası ilə əlaqədardır. Aktinometriyadakı təcrübi və nəzəri işlərin nəticələri iqlimşünaslıq, kənd təsərrüfatı, sənaye, tibb, memarlıq, nəqliyyat, aerologiya və meteorologiyada tətbiq edilir. Yerin süni peyklərinin buraxılması ilə əlaqədar aktinometriya xüsusilə böyük imkanlar əldə etmişdir. == Mənbə == Актинометрија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Ekonometriya
Ekonometrika (ekonometriya) — iqtisadi proseslərin və göstəricilərin statistik və riyazi üsullarla, son zamanlar isə kompüter elmləri ilə təhlilini və şərh olunmasını təmin edən elm sahəsidir. İndiki dövrdə daha güclü kompüter və proqram təminatlarının varlığıyla ekonometrik analizlərin gücünü artmışdır. Ekonometriya iki – "ekonomiya" (iqtisadiyyat) və "metrika" (ölçmə) sözlərindən yaranıb. Məşhur Norveç alimi, Nobel mükafatı laureatı Raqnar Friş tərəfindən elmə daxil edilmişdir. Ekonometriya elmi XX əsrin əvvəllərində xətti proqramlaşdırma məsələsinin, sahələrarası balans modelinin yaranması və onların real iqtisadi proseslərə tətbiqi ilə yaranmışdır. Ekonometriya termininin əvəzinə bəzən "ekonometrika" termini də işlədilir.Onun predmeti iqtisadi təzahürlərin və proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla öyrənməkdən ibarətdir. Bu, iqtisadiyyat elminin yeni istiqamətidir. Ekonometrika riyazi iqtisadiyyatdan real, iqtisadi proseslərə ehtimal nəzəriyyəsi və statistik üsulların tətbiqi ilə fərqlənir. Etimolojik olaraq "iqtisadi ölçüm" mənasını verir. Riyazi iqtisad, statistika və iqtisadi nəzəriyyənin birləşməsindən meydana gələr.