Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktuator
Aktuator — avtomatik idarəetmə sistemlərinin funksional elementi; obyektə daxil olan enerji və ya maddə axınını dəyişdirməyə imkan verən mexanizm. Aktuatorun işləməsi üçün o idarəetmə siqnalı və enerji mənbəyi ilə təmin olunmalıdır. İdarəetmə siqnalı nisbətən aşağı enerjiyə malik olur. Enerji əldə etmək üçün, adətən, elektrik cərəyanından, hidravlik və ya pnevmatik təzyiqdən istifadə edilir. Aktuator idarəetmə siqnalını qəbul etdikdə, mənbənin enerjisini mexaniki enerjiyə çevirərək cavab verir. Aktuator idarəetmə sisteminin mütəhərrik mexanizmi olub, tələb olunan əməliyyatı və ya tapşırığı yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. İdarəetmə sistemi kimi sadə idarəetmə sistemi (sabit mexaniki və ya elektron sistem ), proqram əsaslı idarəetmə (məsələn, printer sürücüsü, robotik idarəetmə sistemi), insan idarəetməsi və ya hər hansı digər giriş ola bilər. == Tarix == Pnevmatik və hidravlik aktuasiya sistemlərinin tarixi təqribən İkinci Dünya Müharibəsi (1938) dövrünə gedib çıxır. Aktuator ilk dəfə mühərrik və əyləc sistemləri haqqındakı biliklərindən istifadə edərək, avtomobildə əyləclərin minimal aşınma və köhnəlmə ilə maksimal gücün tətbiq olunmasını təmin etmək üçün yeni həll yolunu tapan Xhiter Anckeleman tərəfindən yaradılmışdır. == Aktuatorların növləri == === Yumşaq aktuator === Mexaniki hərəkət, istilik və elektrik kimi stimulyatorlara cavab olaraq öz formasını dəyişən aktuatorlara yumşaq aktuatorlar deyilir.
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz ,oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Aktuar
Aktuari (türk. aktüerya, ing. actuary, alm. aktuar‎, rus. актуа́рий) — ehtimal metodları tətbiq edən ixtisasçıdır. Aktuari biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi və kooperativ riskləri qiymətləndirən, əsaslanmış sığorta və təqaüd sxemlərini maliyyə cəhətdən inkişaf etdirən sahədir. == Ümumi məlumat == Müasir anlamda "aktuari" ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır. Aktuari sözü ilk dəfə Roma imperiyası zamanında işlədilib. Bu söz latıncada "actuarius" sözündən götürülüb. İlk dəfə aktuardan eramızın 220-ci ilində Roma imperiyasında istifadə edilib.
AKTUAR HESABLAMALAR
== Aktuar hesabat == Sığorta növləri üzrə sığorta tariflərinin, sığorta ehtiyatlarının yaradılması üsullarının riyazi və statistik tədqiqatı. A.H. metodologiyası ehtimal nəzəriyyəsi, böyük rəqəmlər nəzəriyyəsi, riyazi statistikanın demoqrafik tədqiqatlarda istifadəsinə əsaslanır. == Aktuari == Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı. Sığortaçının işçilərindən biri riyaziyyatçı kimi tanınır. Lakin o, riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır.
Maktutor riyaziyyat tarixi arxivi
Maktutor riyaziyyat tarixi arxivi (ing. MacTutor History of Mathematics archive) — bir çox riyaziyyatçının tərcümeyi-halı, eləcə də riyaziyyat tarixinə dair məlumatların yer aldığı veb-sayt. Arxiv Şotlandiyanın Sent-Endryus Universitetinin saytında yerləşir və Con O'Konnor və Edmund Robertson tərəfindən dəstəklənir.Riyaziyyatçıların tərcümeyi-halı, məlumat bazası əlifba sırası və xronoloji göstəricilər üzrə axtarış aparmağa imkan verir. 1997-ci ilin mart ayına olan məlumat bazasında 1162 tərcümeyi-hal və 626 portret var idi. Xronoloji göstərici 29 qrupa (2003-cü ilə görə) bölünüb və Misir papirusu Ahmesdən tutmuş 1940-cı ildən sonra doğulmuş və yaşayan riyaziyyatçılara, o cümlədən 76 qadın riyaziyyatçıya qədər olan zaman intervalını əhatə edir. Hər bir məqalədə (mümkün qədər) doğum və ölüm tarixləri, portret, ətraflı tərcümeyi-halı və əsas nailiyyətləri daxil olmaqla şəxs haqqında əsas məlumatlar var. Tərcümeyi-hal olan səhifələrdə demək olar ki, heç bir qrafik yoxdur.Riyaziyyatın tarixinə dair məlumatlar müxtəlif mədəniyyətlərdə riyaziyyatın tarixini və riyaziyyatın müxtəlif sahələrinin tarixini özündə cəmləşdirən ayrıca indeksdə (Tarix Mövzuları İndeksi) yerləşdirilir. 2003-cü ildə Babildə, Misirdə, Yunanıstanda, Hindistanda, Ərəb dünyasında, Amerikada, Şotlandiyada riyaziyyat tarixinə, həmçinin İnk və Mayya riyaziyyatına dair bölmələr təqdim edilmişdir. Riyaziyyatın müxtəlif sahələri arasında cəbr, analiz, həndəsə və topologiya, ədədlər və ədədlər nəzəriyyəsi, riyazi fizika, riyazi astronomiya, riyazi təhsil və onların alt bölmələrini təqdim edilmişdir. Bundan əlavə, riyaziyyat tarixinə dair esse elmi tədqiqatlarla bağlı siyasi məsələlər və konfliktləri araşdırır.
Aktuar mənfəət və zərər