Aktuator
Aktuator — avtomatik idarəetmə sistemlərinin funksional elementi; obyektə daxil olan enerji və ya maddə axınını dəyişdirməyə imkan verən mexanizm. Aktuatorun işləməsi üçün o idarəetmə siqnalı və enerji mənbəyi ilə təmin olunmalıdır. İdarəetmə siqnalı nisbətən aşağı enerjiyə malik olur. Enerji əldə etmək üçün, adətən, elektrik cərəyanından, hidravlik və ya pnevmatik təzyiqdən istifadə edilir. Aktuator idarəetmə siqnalını qəbul etdikdə, mənbənin enerjisini mexaniki enerjiyə çevirərək cavab verir.
Aktuator idarəetmə sisteminin mütəhərrik mexanizmi olub, tələb olunan əməliyyatı və ya tapşırığı yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. İdarəetmə sistemi kimi sadə idarəetmə sistemi (sabit mexaniki və ya elektron sistem ), proqram əsaslı idarəetmə (məsələn, printer sürücüsü, robotik idarəetmə sistemi), insan idarəetməsi və ya hər hansı digər giriş ola bilər.
== Tarix ==
Pnevmatik və hidravlik aktuasiya sistemlərinin tarixi təqribən İkinci Dünya Müharibəsi (1938) dövrünə gedib çıxır. Aktuator ilk dəfə mühərrik və əyləc sistemləri haqqındakı biliklərindən istifadə edərək, avtomobildə əyləclərin minimal aşınma və köhnəlmə ilə maksimal gücün tətbiq olunmasını təmin etmək üçün yeni həll yolunu tapan Xhiter Anckeleman tərəfindən yaradılmışdır.
== Aktuatorların növləri ==
=== Yumşaq aktuator ===
Mexaniki hərəkət, istilik və elektrik kimi stimulyatorlara cavab olaraq öz formasını dəyişən aktuatorlara yumşaq aktuatorlar deyilir.