Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alaqaya (Həştrud)
Alaqaya (fars. الاقيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (116 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 28 km cənub-qərbdədir.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. == Yaylaqlar == Sarıbaba yurdu, Turşluqaya yurdu, Xırmanlar yurdu, Yal yurdu, Vəlilər yalının yurdu, Çubuqlu yurd, Keçidüz dağının yurdu, Atağlu yurdu, Nazirli yurdu, Məşədi İslamın yurdu, Xırmandaş yurdu, Mərdandüşən yurd.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Alaqaya (dəqiqləşdirmə)
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alaqanqal
Alaqanqal (lat. Silybum) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.İkillik ot bitkisi olub, latın dilində "Silybum" adlanır. Yazda alaqanqalın cavan yarpaqları və saplaqları yağ və sirkə ilə qarışdırılaraq salat kimi istifadə olunur. Toxumlarında 30%-ə qədər yağlılıq olduğundan Azərbaycan mətbəxində geniş istifadə olunur. Toxumları buğda ilə birlikdə qovrulub Novruz bayramında qovurğa və qovud (əzilib toz halına salınmış) kimi istifadə olunur. Cavan halda bitki mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında Adi alaqanqal növü geniş yayılmışdır. == Növləri == Silybum eburneum Coss. & Durieu Silybum marianum (L.) Gaertn.
Adi alaqanqal
Adi alaqanqal (lat. Silybum marianum) — alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır. Yarpaqları yaşıl, xarici və orta hissəsi bizşəkilli tikanlardan ibarətdir.