Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağusəmən
Ağusəmən — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Aqusəm (Aqussam (1917) və Aqusən (1933)) Cəlilabad rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cur izah etmək olar: Türk dillərində ağı/aqu (acı, zəhər) və sam (isti külək) sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; Türk dillərində aqus/ağuj (ağız sudu, yeni bala vermış heyvanın ilk sudu) və sən/san (sağım) sözlərindəndüzəlib, "yeni bala vermış heyvanların saxlandığı, sağıldığı yer" deməkdir. Toponimiyada Aqusəm kənd adını Aqusəm çayının adı ilə də bağlayırlar. Bu baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuş forması kimi qəbul olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 563 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.