Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yansızlıq
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Aydınlıq (qəzet)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Alman andızı
Inula germanica (lat. Inula germanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, 30-50 (80) sm hündürlükdə, gövdəsi düz, tinli-şırımlı, tüklü, yuxarısı sıx budaqlı, horizontal sürünən kökümsovlu bitkidir. Yarpaqları oturaq, ürəkvariuzunsov və ya uzunsov-lansetvari, kənarları bütöv, bəzən xırda diş-dişli, altdan daha sıx tüklüdür. Səbətləri çoxsaylı, 5-6 (10) mm enində, uzunsov və ya yarımkürəvari, sıx qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı tüklü, xarici yarpaqları üçkünc-yumurtavari, ucubizdir. Dilcikləri əlvan sarı, çox dardır. Toxumcaları tünd mixəyi, təqribən 1,5 mm uzunluqda, çılpaq, xırda şırımlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur- Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Kolluqlarda, məşə kənarlarında və talalarında, bağlarda bitir.
Britaniya andızı
Britaniya andızı (lat. Inula britannica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kaspi andızı
Xəzər andızı
Xəzər andızı (lat. Inula caspica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30–50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15–22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir.
Yapon andızı
Yapon andızı (lat. Inula japonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Şərq andızı
Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir.
Aydınlıq (qəzet, Azərbaycan)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Aydınlıq Türkiyə Partiyası
Aydınlıq Türkiyə Partiyası (türk. Aydınlık Türkiye Partisi), ATP — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Oktay Öztürk partiyanın başındadır. Partiya Oktay Öztürk tərəfindən 27 noyabr 1998 tarixində qurulub. Partiyanın ideologiyası milliyyətçilik və idealizmdir.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...