Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Angiologiya
Angiologiya (yun. ἀγγεῖον — damar + λόγος — elm) — anatomiyanın bir şöbəsi olub, qan və limfa damarlarının quruluşunu öyrənir. Angiologiya eyni zamanda damarların funksiyasını, onların xəstəlik və patologiyalarını, diaqnostik metodlarını, müalicə və profilaktikasını öyrənir. Angiologiyanın əsası 17-ci əsrdə böyük və kiçik qan dövranı, limfa sistemi təsvir edildikdən sonra qoyulmuşdur. Müasir angiologiyanın vəzifələri damarların elastikliyini, bu və ya digər orqana birləşdirilmiş damarların əvəzetmə qabiliyyətini aydınlaşdırmaqdır. Angiologiyanın tədqiqat obyektləri damar borucuqları, onların divarı, qan və limfa cərəyanı, damarların paylanması, onların quruluşu və anastomozlarıdır. Angiologiyanın tədqiqində funksional və klinik istiqamət mövcuddur. Damarlar yarılma, inyeksiya, rentgenoloji, korroziya, işıqlandırma yolu ilə müayinə olunur. Klinik angiologiya daxili xəstəliklər elminin bir sahəsidir. O, qan və limfa damarları xəstəliklərinin etiologiyasını, patogenezini, simptomatologiyasını, gedişini öyrənir, onların diaqnostika, müalicə və profilaktika üsullarını işləyib hazırlayır.
Aksiologiya
Aksiologiya (yun. ἀξία — dəyər) – mədəniyyətin və fəlsəfənin bir istiqaməti olaraq insani dəyərləri öyrənən elmdir. Bəşər tarixində bir çox alimləri bizi əhatə edən "faydalı" və "zərərli" olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün dövrlərdə və şəraitdə nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır.
Andrologiya
Andrologiya (yun. ανδρικός — kişi + q.yun. λόγος — öyrənmə) — tibbin kişiləri, kişi anatomiyasını və fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsi metodlarını öyrənən tibb sahəsi. Avropada andrologiya elmin və təcrübənin ayrı sahəsi kimi dəyərləndirilir. Bu sahənin əsas elmi istiqamətləri aşağıda sadalanmışdır.
Angelologiya
Angelologiya (q.yun. ἄγγελος («angelos») – elçi + q.yun. λόγος («loqos») – elm) — mələklər və mələk rütbələrini öyrənən paraelm. Mələklər kultu yəhudi, xristian və islam monoteizmində assimilyasiya edilmiş ruhlara inanmaqdan ibarət idi. Mələk iyerarxiyası Saxta Dionisi Areopagitin "İlahi adlar" traktatında qurulmuşdur. Bu təsnifatın nüfuzu o qədər böyük idi ki, Bizans imperiyasının bürokratiyasının siyasi strukturu həmin səmavi quruluşu təkrarlayırdı. IV əsrdə yaşamış İlahiyyatçı Qriqori fərqli bir təsnifat təklif etmişdir. Xristian angelologiyasında "triad" strukturu neopifaqor və neoplaton numerologiyasının təsiri altında formalaşmışdır. Orta əsr cəngavər mədəniyyətində mələklərin iyerarxiyası 9 ən şanlı cəngavərlərin təsnifatına çevrilmişdir. Onlar: üç xristian – Artur, Böyük Karl, Bulyonlu Qotfrid; üç bütpərəst – Hektor, Makedoniyalı İsgəndər, Yuli Sezar; üç yəhudi – Yoşua, Davud, İuda Makkavey.
Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Alqologiya
Alqologiya — yosunları tədqiq edən elm sahəsi, botanikanın bölməsi. Yosunların istifadəsi haqqında ilk qeyd erkən Çin ədəbiyyatında verilir. Qədim yunanlar və romalılar yosunları tədqiq etmiş, qədim çinlilər isə hətta müəyyən növlərindən qida kimi istifadə etmişdir, lakin yosunların elmi tədqiqi XVIII əsrin axırlarında başlamışdır. Teofrast (e.ə. 372–287) və Aristotel (e.ə. 384–322) onları "kol" və "ot bitkiləri" kimi qruplaşdırmasından bəri bitkilərin təsnifatı bir çox dəyişikliklərə məruz qalmışdır. Alqologiya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.