Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asterusiya
Asterusiya (yun. Αστερούσια Όρη) və ya Kofinas (yun. Κόφινας) — Yunanıstanın Krit adasında alçaq dağ silsiləsi. Dağ silsiləsi adanın cənubunda, Mesara düzənliyindən cənubda yerləşir. Silsilə bir başa Liviya dənizi sahillərinə çıxır. Silsilə Matala kəndindən şərqdə, İraklion inzibati vahidinin ərazisindədir. Asterusiya dağlarının ən yüksək zirvəsi Kofinasdır. Kofinasın dəniz səviyyəsindən hündürlüyü 1231 metrdir. Dağlar bir çox dərələrlə parçalanmışdır. Bunlardan ən böyüyünü adı Asterusiyadır.