Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqreqasiya
AQREQASİYA (yun. aggrego – birləşdirirəm) — müxtəlif və eyni canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar (həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) aqreqasiyadan yem əldə etmək, yırtıcılardan və əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün istifadə edirlər == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384. Q.Ş.Məmmədov, M.Y.Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı, “Elm”, 2003, s. 5 – 37.
Arreqasiya
Arreqasiya – siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması.
Abroqasiya
Abroqasiya (от lat. abrogatio «ləğv»), həmçinin abolisiya (от lat. abolitio «ləğv») — köhnəlmiş qanunun ləğvi. Bunun nəticəsində keçmiş qanunun əvəzinə yeni qanun elan edilir. Əslində abroqasiya köhnə qanunun tamamilə yenisi ilə əvəz edilməsi deməkdir. Köhnə qanunun qismən ləğvi deroqasiya, köhnə qanuna zəruri dəyişikliklərin edilməsi obroqasiya, köhnə qanunun əlavə edilməsi isə subroqasiya adlanır. "Abroqasiya" termini Roma hüququndan götürülmüşdür.
Seqreqasiya
Seqreqasiya (lat. segregatio — ayrılma) — əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasəti. О dini və irqi diskriminasiyanın bir forması kimi qəbul edilir. De-yure və de-fakto seqreqasiyaları vardır. De yure seqreqasiyaları orta əsrlərdə və yeni zamanda alman və anqlisakson ölkələrində, həmçinin Böyük Britaniya və Almaniya müstəmləkələrində, ABŞ-də, CAR, İrlandiya, Baltikyanı ölkələrdə geniş yayılmışdı. XX əsrin ortalarından insan hüquqları uğrunda hərakat genişləndikdən sonra o ləğv edildi. Ancaq seqredasiyanın de yure mövcud olduğu ölkələrdə hələ də məişət səviyyəsində dil, din və irqə görə qalmaqdadır və yeni formalar alır. Məsələn, ABŞ-də təhsil sahəsində seqreqasiya hələ də qalmaqdadır. Həmçinin, yeni fenomenlər: hiperseqreqasiya, reseqreqasiya və s. yaranmaqdadır.
Aqressiya
Aqressiya (lat. aggredi - "hücum etmək" deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; == Uşaqlarda aqressiyanın səbəbləri == 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir. 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir. Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır) === Orqanik səbəblər === Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. Uşağın müşahidə etdiyi aqressiv nümunə :Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
Aqresiya