Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqrometeorologiya
Aqrometeorologiya — meteoroloji amillərin bitkiyə və kənd təsərrüfatı heyvanlarına təsirini, bu amillərin kənd təsərrüfatına vurduğu zərərin qarşısını almaq metodlarını tədqiq edən elm. == İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsi == Belə qiymətləndirmə üçün bitkinin istiliyə, rütubətə və digər iqlim amillərinə olan təlabatının kəmiyyət göstəricilərini hesablamaq və onları ərazinin iqlim ehtiyatları ilə müqayisə edərək müxtəlif rayonlarda ayrı-ayrı mədəni bitkilər üçün iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını müəyyənləşdirməkdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin metodikası hələ XIX əsrdə A.İ.Voyeykov, P.İ.Brounov tərəfindən işlənmiş və Q.T.Selyaninov, P.İ.Koloskov, F.F.Davitaya, Dj.Assi və digər xarici alimlər tərəfindən inkişaf etdirilmişdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsində aşağıdakılar təhlil edilir: vegetasiya dövrünün və onun ayrı- ayrı hissələrinin termik və qismən işıq şəraiti; həmin dövrlərdə yağıntı və torpağın rütubətlənmə şəraiti; havanın və torpağın minimal temperaturu, qar örtüyünün hündürlüyü ilə xarakterizə olunan payızlıq və çoxillik bitkilərin qışlama şəraiti; kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələr.Bununla yanaşı bitkilərin iqlimə olan təlabatını bilmək lazımdır: havanın və torpağın optimal və böhran temperaturlarını; tam vegetasiya üçün tələb olunan temperatur cəmi; məhsuldarlığı təmin edən rütubət miqdarı və s. Bu iqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin I prinsipial xüsusiyyətidir. Belə qiymətləndirmənin II prinsipial xüsusiyyəti əsas iqlim amillərinin və kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələrin təkrarlanması barədə məlumatlardır.Bu isə bitkilərin inkişafının və məhsuldrlığının iqlim amilləri ilə (istilik,rütubət) təminatını hesablamağa imkan verir.
Makrometeorologiya üsulu
Makrometeorologiya üsulu vasitəsilə atmosferin ümumi sirkulyasiyasının xarakterinin uzunmüddətli dəyişməsinin və bununla əlaqədar olaraq müxtəlif coğrafi rayonlarda havanın proqnozunu hazırlamaq mümkündür. Sinoptik meteorologiyada olduğu kimi, makrometeorologiyada da bir çox hallarda sinoptik üsuldan istifadə edilir. Makrometeorologiya üsulunu sinoptik üsuldan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Bunlara öyrənilən proseslərin zaman və məkana görə müxtəlif miqyasda dəyişməsini aid etmək olar. Məsələn, qısamüddətli proqnoz ucun ilkin yanaşmada baxılan nisbətən böyük olmayan rayonun cari və bir-iki gün əvvəlki sinoptik və yüksəklik xəritələrinin təhlili ilə kifayətlənmək olursa, uzunmüddətli proqnozlar ucun bunlar azdır. Burada bir necə günü, həftəni, hətta bir necə ayı əhatə edən proseslərin təhlili lazımdır.