Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astaraçay
Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhədində çay. Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir. Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80-85%-i keçir. Suvarmada istifadə edilir.