Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqroiqlim ehtiyatları
Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir === İsti ehtiyatları === Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır. Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.
Azərbaycanda aqroiqlim rayonlaşdırma
== Aqroiqlim rayonlaşdırma == Kənd təsərrüfatı məhsulunun istehsalı nöqteyi-nəzərincə fiziki-coğrafi rayonlaşmasının qarşısında duran əsas məqsəd ərazinin müxtəlif sahələrini biri-birindən ayıran təbii fərqləri araşdırıb çıxarmaq və həmin təbii ehtiyatlardan mümkün qədər səmərəli istifadə etməkdən ibarətdir. Bu işdə iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını ərazinin aqroiqlim rayonlaşdırma məsələsi həll edir. Buna görə də aqroiqlim rayonlaşdırma fiziki-coğrafi rayonlaşmanın bir hissəsi olmaqla onu tamamlayır. Aqroiqlim rayonlaşdırma fiziki-coğrafi kompleksin ən mühüm hərəkətverici olan iqlim amilinin xarakter xüsusiyyəti haqqında ilk məlumatlar verir və onun rolunu qəti müəyyən edir. O, bu və ya digər kənd təsərrüfatı obyektinin iqlim şəraitinə uyğunlaşan tələbini əsaslandırır. Yuxarıdakı təhlildən məlum olur ki, aqroiqlim rayonlaşdırılması-ixtisaslaşdırılmış iqlim rayonlaşdırılması deməkdir. Onun məqsədi isə xüsusi üsul və təhlillə müəyyən edilən şəraitini bu və ya digər bitki və heyvan aləmi üçün nə dərəcədə əlverişli olmasını göstərir. Müəyyən ərazinin aqroiqlim rayonlaşdırma məsələsi iqlim rayonlaşdırılması ilə sıxı əlaqıdardır və onun mühüm göstəriciləri əsasında həll edilir. MDB dövlətlərində müxtəlif kənd təsərrüfatı bitkilərinin iqlimə olan tələbatına görə düzgün yerləşdirilməsində F.F.Davitayanın, P.İ.Koloskovun, Q.T.Seliyaninovun, S.Z.Sapojnikovanın, D.Şaşkonun və s. müəlliflərin bu sahədə tədqiqatlarını xüsusilə qeyd etmək lazımdır.