Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bavariyalı Qizela
Bavariyalı Qizela (mac. Bajor Gizella) və ya Müqəddəs Qizela (mac. Boldog Gizella; 980 və ya 985 – 7 may 1065 və ya 1033) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) olunmuşdur. == Həyatı == Qizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur. 1038-ci ildə kral I Stefanın vəfat edir.
Bavariyalı İzabel
Bavariyalı İzabel (28 aprel 1370, Münxen – 24 sentyabr 1435, Paris) — 1385–1422-ci illərdə hakimiyyətdə olmuş Fransa kraliçası. Fransa kralı VI Karlın arvadı. Vittelsbax sülaləsində Bavariya-İnqolştad hersoqu III Stefan və Milanlı Taddea Viskontin yeganə qızı olaraq anadan olmuşdur. İzabel, 15 və ya 16 yaşında olarkən gənc kral VI Karlla evlənmək üçün Fransaya göndərildi, cütlük ilk görüşlərindən üç gün sonra evləndilər.
Bavariyalı Anna Mariya
Bavariyalı Anna Mariya (21 mart 1551 - 29 aprel 1608) — Avstriya hersoqinası. Bavariyalı Anna Mariya (8 dekabr 1574 - 8 mart 1616) — Avstriya hersoqu II Ferdinandın xanımı, Avstriya hersoqinası. Bavariyalı Mariya Anna Viktoriya (28 noyabr 1660 - 20 aprel 1690) — Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası.
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münxen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Bavariyalı Anna Mariya (1551-1608)
Bavariyalı Anna Mariya (alm. Maria Anna von Bayern‎) (21 mart 1551, Münxen – 29 aprel 1608, Qras) — Avstriya hersoqinası. Atası Bavariya hersoqu V Albert, anası isə Müqəddəs Roma imperatoru I Ferdinandın qızı Avstriyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais] (in French). Vol. 4. Société des sciences, lettres et arts d'Agen. p.
Bavariyalı Anna Mariya (1574-1616)
Bavariyalı Anna Mariya (alm. Maria Anna von Bayern‎) (18 dekabr 1574, Münxen – 8 mart 1616, Qras) — Avstriya hersoqu II Ferdinandın (sonradan Müqəddəs Roma imperatoru) xanımı, Avstriya hersoqinası. Atası Bavariya hersoqu V Uilyam, anası isə Danimarka kralı II Xristianın nəvəsi Renatadır. == Mənbə == Constantin von Wurzbach: Habsburg, Maria Anna von Bayern in: Biographisches Lexikon des Kaiserthums Oesterreich, vol 7, ed L. C. Zamarski, Vienna 1861, p. 23 Richard Reifenscheid: Die Habsburger in Lebensbildern.
Avstriyalı Anna
Avstriyalı Anna bu mənaları ifadə edə bilər:
Avstriyalı Elizabet
Avstriyalı Elizabet (d. 9 iyul 1526 - ö. 15 iyun 1545) — Polşa kraliçası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ən böyük övladıdır. 1543-cü ildə özü kimi Habsburq ailəsinə mənsub olan Polşa kralı və Reç Pospolita başhersoqu II Sigismund Avqustla evləndirildi. Buna baxmayaraq evlilik çox qısa davam etdi. Çünki Elizabet xəstə idi və epileptik tutmalar nəticəsində 2 il sonra 18 yaşında ikən vəfat etdi. == Mənbə == Duczmal, Małgorzata (2012). Jogailaičiai (in Lithuanian). Translated by Birutė Mikalonienė; Vyturys Jarutis.
Avstriyalı Elizabeta
Avstriyalı Elizabeta (ing. Elisabeth of Austria; fr. Élisabeth d'Autriche) (5 iyul 1554, Vyana – 22 yanvar 1592[…], Vyana) — Fransa kralı IX Karlın xanımı, Fransa kraliçası. O, eyni zamanda Müqəddəs Roma imperatoru II Maksimilyanın və xanımı Avstriyalı Mariyanın qızıdır. == Mənbə == Hamann, Brigitte, Elisabeth, [in:] Die Habsburger: Ein biographisches Lexikon, Wirtschaftsverlag Ueberreuter; Auflage: 2, 1988, p. 87. ISBN 978-3800032471 Treffer, Gerd, Elisabeth von Österreich, [In:] Die Französischen Königinnen, Pustet, Regensburg (1996), p. 260. ISBN 978–3791715308 Wurzbach, Constantin von, Habsburg, Elisabeth von Oesterreich (Königin von Frankreich). Nr.
Avstriyalı Elyanora
Avstriyalı Elyanora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Elyanora olaraq da anılır. == Həyatı == === İlk illəri === Elyanora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Elyanora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Elyanora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Avstriyalı Ketrin
Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi. == Həyatı == === İlk illəri === Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı. === Evliliyi — Portuqaliya kraliçası === Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi. Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı.
Avstriyalı Mariya
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı. İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi. == Həyatı == === İlk illəri === Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu. === Evliliyi === 15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar.
Avstriyalı Marqarita
Avstriyalı Marqarita (ing. Margaret of Austria) (d. 10 yanvar 1480 — ö. 1 dekabr 1530) — Müqəddəs Roma imperatoru Maksimilyanın yeganə qızı. Habsburq Niderlandiyasının ilk qadın naibəsi. Müqəddəs Roma imperatoru Maksimilyan və xanımı Burqonlu Mariyanın qızı olan Marqarita hələ 2 yaşında ikən anası vəfat etdi. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın oğlu və varisi Conla evləndirildi. == Mənbə == Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan.
Avstriyalı Yuanna
Avstriyalı Yuanna (24 iyun 1535, Madrid – 7 sentyabr 1573, Eskorial) — Müqəddəs Roma imperatoru V Karlın ən kiçik qızı, Portuqaliya kralı I Sebastiyanın anası. 1554–1558-ci illərdə öncə atasının, daha sonra isə qardaşı II Filippin İspaniya naibi olaraq xidmət etmişdir. == Həyatı == Avstriyalı Yuanna 1535-ci ildə Madriddə dünyaya gəldi. Hər iki valideyni də vahid İspaniyanın bünövrəsini qoyan Kastilyalı İzabella və Araqonlu Ferdinandın nəvələri idi. Belə ki, atası V Karl Kastilyalı Yuannanın oğlu, anası İzabella isə onun bacısı Mariyanın Portuqaliya kralı I Manueldən doğulan qızı idi. Bu səbəblə hələ uşaq yaşlarında ikən Avstriya və Burqundiya hersoqinası, eləcə də Kastiliya və Araqon infantası elan edilmişdir. Hələ 4 yaşında ikən anası Portuqaliyalı İzabella vəfat etdi və azyaşlı Yuanna anasının nədimələrindən Donna Elyanora de Maskarennasın himayəsində böyüdü. 16 yaşı tamam olan Yuanna 1552-ci ildə Portuqaliya kralı olan dayısı III Conun yeganə oğlu Con Manuellə evləndirildi. Özündən 2 yaş kiçik olan vəliəhdlə olan nikahı 11 yanvar 1552-ci ildə Toroda vəkalətən bağlandı. Madriddən yola çıxan Yuanna həmin ilin noyabrında Portuqaliya sarayına gəlib çatdı.
Avstriyalı İzabella
Avstriyalı İzabella (alm. Isabella von Österreich‎) (18 iyul 1501, Brüssel – 19 yanvar 1526[…], Gent) — Danimarka, Norveç və İsveç kraliçası. Kastiliya kraliçası Yuannanın qızı olaraq Brüsseldə dünyaya gəldi və 1514-cü ildə Danimarka və Norveç kralı II Xristian ilə evləndirildi. == Həyatı == === İlk illəri === İzabella 18 iyul 1501-ci ildə Kastilyalı Yuanna və Kastilyalı Filipin ikinci qızı olaraq Brüsseldə dünyaya gəldi. Anası Yuanna katolik monarxlar - Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra İzabella bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Ailə şəcərəsi və varisi olduğu taxt-tac səbəbilə İzabella üçün uşaq yaşlarından evlilik planları qurulurdu. Danimarka kralı ilk öncə böyük bacısı Elyanora ilə evlənmək istədi. Ancaq Elyanora valideynlərinin ən böyük övladı idi və bu səbəblə daha böyük bir siyasi fiqurla evləndirilməli idi.
Avstriyalı Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Avstriyalı Xuana
Avstriyalı Yuanna (24 iyun 1535, Madrid – 7 sentyabr 1573, Eskorial) — Müqəddəs Roma imperatoru V Karlın ən kiçik qızı, Portuqaliya kralı I Sebastiyanın anası. 1554–1558-ci illərdə öncə atasının, daha sonra isə qardaşı II Filippin İspaniya naibi olaraq xidmət etmişdir. == Həyatı == Avstriyalı Yuanna 1535-ci ildə Madriddə dünyaya gəldi. Hər iki valideyni də vahid İspaniyanın bünövrəsini qoyan Kastilyalı İzabella və Araqonlu Ferdinandın nəvələri idi. Belə ki, atası V Karl Kastilyalı Yuannanın oğlu, anası İzabella isə onun bacısı Mariyanın Portuqaliya kralı I Manueldən doğulan qızı idi. Bu səbəblə hələ uşaq yaşlarında ikən Avstriya və Burqundiya hersoqinası, eləcə də Kastiliya və Araqon infantası elan edilmişdir. Hələ 4 yaşında ikən anası Portuqaliyalı İzabella vəfat etdi və azyaşlı Yuanna anasının nədimələrindən Donna Elyanora de Maskarennasın himayəsində böyüdü. 16 yaşı tamam olan Yuanna 1552-ci ildə Portuqaliya kralı olan dayısı III Conun yeganə oğlu Con Manuellə evləndirildi. Özündən 2 yaş kiçik olan vəliəhdlə olan nikahı 11 yanvar 1552-ci ildə Toroda vəkalətən bağlandı. Madriddən yola çıxan Yuanna həmin ilin noyabrında Portuqaliya sarayına gəlib çatdı.
Avstriyalı Yekaterina
Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi. == Həyatı == === İlk illəri === Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı. === Evliliyi — Portuqaliya kraliçası === Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi. Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı.
Avstriyalı Anna (hersoqina)
{ Avstriyalı Anna (d. 7 iyul 1528 — ö. 16 oktyabr 1590) — Bavariya hersoqinası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci qızıdır. 1546-cı ildə Bavariya hersoqu V Albertlə evləndirildi. == Mənbə == Sutter Fichtner, Paula (April 1976). "Dynastic Marriage in Sixteenth-Century Habsburg Diplomacy and Statecraft: An Interdisciplinary Approach". The American Historical Review. Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage.
Avstriyalı Anna (imperatriça)
Avstriyalı Anna (alm. Anna von Österreich‎) (4 oktyabr 1585, İnsbruk – 14 dekabr 1618, Vyana, Avstriya hersoqluğu) — Müqəddəs Roma imperatoru Matveyin xanımı. Portuqaliyalı Elyanoradan sonra tacqoyma mərasimi keçirilən ilk imperatriça. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 99–116. ISBN 978-3-205-20085-7 Korotin, Ilse (2016). Lexikon österreichischer Frauen.
Avstriyalı Mariya (hersoqina)
Avstriyalı Mariya (ing. Archduchess Maria of Austria) (15 may 1531, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 dekabr 1581) — Yulix-Klevez-Berq hersoqu Uilyamın ikinci xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen. p.
Avstriyalı Mariya Amaliya
Avstriyalı Mariya Amaliya (alm. Maria Amalia von Österreich‎) (22 oktyabr 1701, Vyana – 11 dekabr 1756) — Müqəddəs Roma imperatoru VII Karlın xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Brünsvikli Vilhelmina Amaliyadır. == Mənbə == Andrea Rueth: Maria Amalia. In: Jürgen Wurst, Alexander Langheiter (Hrsg.): Monachia. Städtische Galerie im Lenbachhaus, München 2005, ISBN 3-88645-156-9 Alois Schmid: Maria Amalia, Erzherzogin von Österreich. In: Neue Deutsche Biographie (NDB). Vol. 16, Duncker & Humblot, Berlin 1990, ISBN 3-428-00197-4 Bettina Braun; Katrin Keller; Matthias Schnettger (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit.
Avstriyalı Mariya Antonia
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Avstriyalı Mariya Kristina
Avstriyalı Mariya Kristina (isp. María de las Mercedes de Orleans y Borbón) (21 iyul 1858[…] – 6 fevral 1929[…], Madrid) — İspaniya kralının xanımı. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Christina of Spain" . Encyclopædia Britannica. Vol. 6 (11th ed.). Cambridge University Press. p.
Avstriyalı Mariya Leopoldino
Avstriyalı Mariya Leopoldino (28 noyabr 1632, İnsbruk – 7 avqust 1649[…], Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın ikinci xanımı. Atası Avstriya hersoqu V Leopold, anası isə onun xanımı Klaudye Mediçidir. Yeganə övladı olan Karl Jozefin doğumunda vəfat etdi. Övladı isə cəmi 15 yaşında ikən bilinməyən bir səbəblə vəfat etdi. == Mənbə == Bettina Braun, Katrin Keller, Matthias Schnettger: Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit, Böhlau ed., Vienna 2016 ISBN 978-3-20-520085-7 Richard Reifenscheid: Die Habsburger. Von Rudolf I. bis Karl I.; Verlag Styria Graz/Wien/Köln 1982, ISBN 3-85001-484-3 Acton, Harold: The Last Medici, Macmillan, London, 1980, ISBN 0-333-29315-0 Akkerman, Nadine (2011). The Correspondence of Elizabeth Stuart, Queen of Bohemia. Oxford University Press. ISBN 978-0199551088 Barthold, Friedrich Wilhelm (1843). Geschichte des großen deutschen Krieges vom Tode Gustav Adolfs.
Avstriyalı Mariya Tereza
Avstriyalı Mariya Tereza (isp. María Teresa de Austria; fr. Marie-Thérèse d'Autriche) (d. 10 sentyabr 1638 – ö. 30 iyul 1683) — Fransa kralı XIV Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı IV Filipin qızı olaraq İspaniya infantası idi. Mariya Tereza Fransa ilə İspaniya arasındakı müharibənin sonlanması üçün 1660-cı ildə bibisi oğlu olan Fransa kralı XIV Lüdoviklə evləndirildi. Qatı dindarlığı ilə fərqlənən Mariya Tereza Fransanın siyasi həyatından uzaq qaldı. == Mənbə == Wolf 1968, p. 328 Chisholm, Hugh, ed.
Avstriyalı Marqarita Tereza
Avstriyalı Marqarita Tereza (isp. Margarita Teresa de Austria) (12 iyul 1651[…], Madrid – 12 mart 1673, Vyana) – Müqəddəs Roma imperatoru I Leopoldun xanımı. Atası İspaniya kralı IV Filipp, anası isə Müqəddəs Roma imperatoru III Ferdinandın qızı Mariya Annadır. Məşhur ispan rəssamı Dieqo Velaskesin Las Meninas portretinin baş fiqurudur. == Mənbə == Ingrao, Charles W., The Habsburg Monarchy, 1618–1815 (New Approaches to European History) [Paperback], # Paperback: 288 pages, Cambridge University Press; 2 edition (October 2, 2000), in English, ISBN 0-521-78505-7 Kann, Robert A., A History of the Habsburg Empire, 1526–1918, Paperback, 661 pages, University of California Press, edition (November 26, 1980), in English ISBN 0-520-04206-9 ISBN 978–0520042063 Magosci, Paul Robert, ´´Historical Atlas of Central Europe (History of East Central Europe, Vol.
Avstriyalı Yuanna (hersoqina)
Avstriyalı Yuanna (ing. Archduchess Joanna of Austria) (alm. Johanna von Österreich‎) (24 yanvar 1547, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 aprel 1578, Florensiya) — Böyük Toskana hersoqu Françesko Mediçinin ilk xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen.