avstriyalı

is. Autrichien m ; Autrichienne f

Avstriya
avto
OBASTAN VİKİ
Avstriyalı Anna
Avstriyalı Anna bu mənaları ifadə edə bilər:
Avstriyalı Elizabet
Avstriyalı Elizabet (d. 9 iyul 1526 - ö. 15 iyun 1545) — Polşa kraliçası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ən böyük övladıdır. 1543-cü ildə özü kimi Habsburq ailəsinə mənsub olan Polşa kralı və Reç Pospolita başhersoqu II Sigismund Avqustla evləndirildi. Buna baxmayaraq evlilik çox qısa davam etdi. Çünki Elizabet xəstə idi və epileptik tutmalar nəticəsində 2 il sonra 18 yaşında ikən vəfat etdi. == Mənbə == Duczmal, Małgorzata (2012). Jogailaičiai (in Lithuanian). Translated by Birutė Mikalonienė; Vyturys Jarutis.
Avstriyalı Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Avstriyalı Xuana
Avstriyalı Yuanna (24 iyun 1535, Madrid – 7 sentyabr 1573, Eskorial) — Müqəddəs Roma imperatoru V Karlın ən kiçik qızı, Portuqaliya kralı I Sebastiyanın anası. 1554–1558-ci illərdə öncə atasının, daha sonra isə qardaşı II Filippin İspaniya naibi olaraq xidmət etmişdir. == Həyatı == Avstriyalı Yuanna 1535-ci ildə Madriddə dünyaya gəldi. Hər iki valideyni də vahid İspaniyanın bünövrəsini qoyan Kastilyalı İzabella və Araqonlu Ferdinandın nəvələri idi. Belə ki, atası V Karl Kastilyalı Yuannanın oğlu, anası İzabella isə onun bacısı Mariyanın Portuqaliya kralı I Manueldən doğulan qızı idi. Bu səbəblə hələ uşaq yaşlarında ikən Avstriya və Burqundiya hersoqinası, eləcə də Kastiliya və Araqon infantası elan edilmişdir. Hələ 4 yaşında ikən anası Portuqaliyalı İzabella vəfat etdi və azyaşlı Yuanna anasının nədimələrindən Donna Eleonora de Maskarennasın himayəsində böyüdü. 16 yaşı tamam olan Yuanna 1552-ci ildə Portuqaliya kralı olan dayısı III Conun yeganə oğlu Con Manuellə evləndirildi. Özündən 2 yaş kiçik olan vəliəhdlə olan nikahı 11 yanvar 1552-ci ildə Toroda vəkalətən bağlandı. Madriddən yola çıxan Yuanna həmin ilin noyabrında Portuqaliya sarayına gəlib çatdı.
Avstriyalı Yekaterina
Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi. == Həyatı == === İlk illəri === Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı. === Evliliyi — Portuqaliya kraliçası === Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi. Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı.
Avstriyalı Eleonora
Avstriyalı Eleonora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Eleonora olaraq da anılır. == Həyatı == === İlk illəri === Eleonora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Eleonora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Eleonora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Avstriyalı Anna (hersoqina)
Avstriyalı Anna (d. 7 iyul 1528 — ö. 16 oktyabr 1590) — Bavariya hersoqinası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci qızıdır. 1546-cı ildə Bavariya hersoqu V Albertlə evləndirildi. == Mənbə == Sutter Fichtner, Paula (April 1976). "Dynastic Marriage in Sixteenth-Century Habsburg Diplomacy and Statecraft: An Interdisciplinary Approach". The American Historical Review. Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage.
Avstriyalı Anna (imperatriça)
Avstriyalı Anna (alm. Anna von Österreich‎) (4 oktyabr 1585, İnsbruk – 14 dekabr 1618, Vyana, Avstriya hersoqluğu) — Müqəddəs Roma imperatoru Matveyin xanımı. Portuqaliyalı Eleonoradan sonra tacqoyma mərasimi keçirilən ilk imperatriça. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 99–116. ISBN 978-3-205-20085-7 Korotin, Ilse (2016). Lexikon österreichischer Frauen.
Avstriyalı Barbara (hersoqina)
Avstriyalı Barbara (ing. Archduchess Barbara of Austria) (30 aprel 1539, İnsbruk – 19 sentyabr 1572 və ya 1597, Ferrara) — Ferrara hersoqu Alfonso d'Estin xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Tasso, Torquato (1824). "Opere di Torquato Tasso" (in Italian). Milan: Societa tipografica de classici italiani. pp. 526, 546 Duchhardt H. (2007). Jahrbuch für Europäische Geschichte (in German). Vol.
Avstriyalı Katalina Mikaela
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Avstriyalı Mariya Antoniya
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Avstriyalı İoanna (hersoqina)
Avstriyalı Yuanna (ing. Archduchess Joanna of Austria) (alm. Johanna von Österreich‎) (24 yanvar 1547, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 aprel 1578, Florensiya) — Böyük Toskana hersoqu Françesko Mediçinin ilk xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen.
VII Avstriyalı Albrext
VII Albert (alm. Albrecht VII‎) (15 noyabr 1559[…], Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 13 iyul 1621[…], Brüssel) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. 1598-ci ildə Habsburq Niderlandiyasının naibi təyin edildi və 23 boyunca bölgəni xanımı İzabella Klara ilə birlikdə idarə etdilər. 1619-cu ilin martında qardaşının vəfatıyla Avstriya hersoqu olsa da, 6 ay sonra əmisi oğlu Ferdinandın lehinə taxtdan imtina etdi. Duerloo, Luc; Wingens, Marc (2002). Scherpenheuvel: Het Jeruzalem van de Lage Landen. Davidsfonds. ISBN 90-5826-182-4 Thomas, Werner; Duerloo, Luc, eds. (1998).
Avstriyalı Anna (dəqiqləşdirmə)
Avstriyalı Anna bu mənaları ifadə edə bilər:
Avstriyalı Eleonora (hersoqina)
Avstriyalı Eleonora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Avstriyalı Klaudiya Felitsita
Avstriyalı Klaudiya Felitsita (30 may 1653, İnsbruk – 8 aprel 1676, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun ikinci xanımı. Atası Avstriya hersoqu Ferdinand Karl, anası isə onun xanımı Anna Mediçidir. 2 övladı olsa da, hər ikisi də 1 yaşı olmadan vəfat etdi. == Mənbə == Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Koldau, Linda Maria (2005). Frauen-Musik-Kultur: ein Handbuch zum deutschen Sprachgebiet der Frühen Neuzeit. London: Böhlau. ISBN 978-3-41-224505-4 Korotin, Ilse (2016).
Avstriyalı İosif Frans
İosif Frans Leopold Anton İqnati Mariya fon Habsburq-Lotaringiyalı (alm. Joseph Franz Leopold Anton Ignatius Maria von Habsburg-Lothringen‎; 28 mart 1895, Brno, Sisleytaniya – 25 sentyabr 1957) — Avstriya ershersoqu, Macarıstan şahzadəsi. Habsburq-Lotaringiyalı evinin nümayəndəsi. Macarıstanın sonuncu palatini olan atası kimi ershersoq Avstriyalı İosif 1919–1920-ci illərdə Macarıstan taxt-tacı üçün mümkün namizəd hesab olunurdu.
Avstriyalı Elizabeta
Avstriyalı Elizabeta (ing. Elisabeth of Austria; fr. Élisabeth d'Autriche) (5 iyul 1554, Vyana – 22 yanvar 1592[…], Vyana) — Fransa kralı IX Karlın xanımı, Fransa kraliçası. O, eyni zamanda Müqəddəs Roma imperatoru II Maksimilyanın və xanımı Avstriyalı Mariyanın qızıdır. == Mənbə == Hamann, Brigitte, Elisabeth, [in:] Die Habsburger: Ein biographisches Lexikon, Wirtschaftsverlag Ueberreuter; Auflage: 2, 1988, p. 87. ISBN 978-3800032471 Treffer, Gerd, Elisabeth von Österreich, [In:] Die Französischen Königinnen, Pustet, Regensburg (1996), p. 260. ISBN 978–3791715308 Wurzbach, Constantin von, Habsburg, Elisabeth von Oesterreich (Königin von Frankreich). Nr.
Avstriyalı Elyanora
Avstriyalı Ketrin
Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi. == Həyatı == === İlk illəri === Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı. === Evliliyi — Portuqaliya kraliçası === Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi. Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı.
Avstriyalı Mariya
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı. İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi. == Həyatı == === İlk illəri === Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu. === Evliliyi === 15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar.
Avstriyalı Marqarita
Avstriyalı Marqarita (ing. Margaret of Austria; 10 yanvar 1480[…] – 1 dekabr 1530[…]) — Müqəddəs Roma imperatoru Maksimilyanın yeganə qızı. Habsburq Niderlandiyasının ilk qadın naibəsi. Müqəddəs Roma imperatoru Maksimilyan və xanımı Burqonlu Mariyanın qızı olan Marqarita hələ 2 yaşında ikən anası vəfat etdi. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın oğlu və varisi Conla evləndirildi. == Mənbə == Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan. ISBN 0-312-21341-7 Tremayne, Eleanor E. (1918). The First Governess of the Netherlands, Margaret of Austria.
Avstriyalı Yuanna
Avstriyalı Yuanna (24 iyun 1535, Madrid – 7 sentyabr 1573, Eskorial) — Müqəddəs Roma imperatoru V Karlın ən kiçik qızı, Portuqaliya kralı I Sebastiyanın anası. 1554–1558-ci illərdə öncə atasının, daha sonra isə qardaşı II Filippin İspaniya naibi olaraq xidmət etmişdir. == Həyatı == Avstriyalı Yuanna 1535-ci ildə Madriddə dünyaya gəldi. Hər iki valideyni də vahid İspaniyanın bünövrəsini qoyan Kastilyalı İzabella və Araqonlu Ferdinandın nəvələri idi. Belə ki, atası V Karl Kastilyalı Yuannanın oğlu, anası İzabella isə onun bacısı Mariyanın Portuqaliya kralı I Manueldən doğulan qızı idi. Bu səbəblə hələ uşaq yaşlarında ikən Avstriya və Burqundiya hersoqinası, eləcə də Kastiliya və Araqon infantası elan edilmişdir. Hələ 4 yaşında ikən anası Portuqaliyalı İzabella vəfat etdi və azyaşlı Yuanna anasının nədimələrindən Donna Eleonora de Maskarennasın himayəsində böyüdü. 16 yaşı tamam olan Yuanna 1552-ci ildə Portuqaliya kralı olan dayısı III Conun yeganə oğlu Con Manuellə evləndirildi. Özündən 2 yaş kiçik olan vəliəhdlə olan nikahı 11 yanvar 1552-ci ildə Toroda vəkalətən bağlandı. Madriddən yola çıxan Yuanna həmin ilin noyabrında Portuqaliya sarayına gəlib çatdı.
Avstriyalı İzabella
Avstriyalı İzabella (alm. Isabella von Österreich‎) (18 iyul 1501, Brüssel – 19 yanvar 1526[…], Gent) — Danimarka, Norveç və İsveç kraliçası. Kastiliya kraliçası Yuannanın qızı olaraq Brüsseldə dünyaya gəldi və 1514-cü ildə Danimarka və Norveç kralı II Xristian ilə evləndirildi. == Həyatı == === İlk illəri === İzabella 18 iyul 1501-ci ildə Kastilyalı Yuanna və Kastilyalı Filipin ikinci qızı olaraq Brüsseldə dünyaya gəldi. Anası Yuanna katolik monarxlar - Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra İzabella bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Ailə şəcərəsi və varisi olduğu taxt-tac səbəbilə İzabella üçün uşaq yaşlarından evlilik planları qurulurdu. Danimarka kralı ilk öncə böyük bacısı Eleonora ilə evlənmək istədi. Ancaq Eleonora valideynlərinin ən böyük övladı idi və bu səbəblə daha böyük bir siyasi fiqurla evləndirilməli idi.
Avstriyalı Elyanora (hersoqina)
Avstriyalı Anna (Fransa kraliçası)
Avstriyalı Anna (isp. Ana de Austria; fr. Anne d'Autriche) (d. 22 sentyabr 1601 – ö. 20 yanvar 1666) — Fransa kralı XIII Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı III Filipin və Avstriyalı Marqaritanın qızı olaraq İspaniya infantası idi. == Həyatı == 1615-ci ilin oktyabr ayında Bidasoa şəhərciyində Fransa ilə İspaniyanın sərhəddindən təntənəli nümayiş keçdi. Zərli araba qatarı. Yük daşıyan karvan və mühafizə ordusu yalnız bir şəxsi – 14 yaşlı utancaq qızcığazı müşayət edirdi. Ispan şahzadəsi Anna-Mariyanı Parisə, gənc kral XIII Lüdovikə (XIII Louis) ərə verməyə aparırdılar.
Avstriyalı Anna (İspaniya kraliçası)
Avstriyalı Anna (isp. Ana de Austria) (1 noyabr 1549 – 26 oktyabr 1580, Badaxos[d], Estremadura) — Müqəddəs Roma imperatoru II Maksimilyan və əmisi qızı olan xanımı Avstriyalı Mariyanın qızı. 1570-ci ildə İspaniya kralı olan dayısı II Filipplə evləndi və İspaniya kraliçası oldu. Bundan başqa ərinin 1580-ci ildə Portuqaliya taxtına keçməsiylə Portuqaliya kraliçası ünvanını da aldı. Ancaq çox keçmədən səhhəti pozuldu və 26 oktyabr 1580-ci ildə ürək tutması səbəbiylə vəfat etdi. == Mənbə == J. Brouwer, Montigny, Representative of the Netherlands by Philip II (Amsterdam z.j. [1941]). R. Rodríguez Raso, Maximiliano de Austria, gobernador de Carlos V en España: cartas al emperador (Madrid 1963). Fernando González-Doria, Las Reinas de España (Madrid 1986). A. W. Lovett, Early Habsburg Spain, 1517-1598 (Oxford 1986).
Avstriyalı Marianna (İspaniya kraliçası)
Avstriyalı Mariya Anna (isp. Mariana de Austria) (24 dekabr 1634, Vyana – 16 may 1696[…], Madrid) — İspaniya kralının xanımı. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə İspaniya kralı III Filippin qızı Mariya Annadır. 15 yaşında ikən dayısı olan IV Filipplə evləndi və İspaniya kraliçası oldu. Ərinin vəfatından sonra taxta çıxarılan 3 yaşlı oğlu II Karlosa kral naibəsi olaraq xidmət etdi. Sonrakı illərdə isə oğlunun əqli zəifliyi səbəbilə ölümünədək dövlət idarəsində söz sahibi oldu. Oğlunun rəsmi bir varisi olmaması, qohumluq əlaqələri olan digər Avropa monarx ailələrinin ölkəyə müdaxiləsi ilə nəticələndi. == Mənbə == Barton, Simon (2009). A History of Spain. Palgrave.
Avstriyalı Mariya Anna Yozefina
Avstriyalı Yekaterina (Polşa kraliçası)
Avstriyalı Ketrin (pol. Katarzyna Habsburżanka) (15 sentyabr 1533, İnsbruk – 28 fevral 1572, Lins, Ens[d]) — Polşa kralı və Reç Pospolita başhersoqu II Sigismund Avqustun xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Duczmal, Małgorzata (2012). Jogailaičiai (in Lithuanian). Translated by Birutė Mikalonienė; Vyturys Jarutis. Vilnius: Mokslo ir enciklopedijų leidybos centras. ISBN 978-5-420-01703-6 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Avstriyalı Eleonora (Polşa kraliçası)
Avstriyalı Eleonora (alm. Eleonore von Österreich‎; pol. Eleonora Habsburżanka) (21 may 1653, Regensburq – 17 dekabr 1697, Vyana) — Avstriya hersoqinası. İlk evliliyi Polşa kralı və Reç Pospolita başhersoqu I Mixail ilə, ikinci evliliyi isə Lotaringiya hersoqu V Çarlzla baş tutdu. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə onun son xanımı Eleonora Qonzaqadır. == Mənbə == "Gonzaga, Maria (1609–1660)". Women in World History: A Biographical Encyclopedia. Gale Research. 2002 Lipp, Charles T. (2011). Noble Strategies in an Early Modern Small State: The Mahuet of Lorraine.
Avstriyalı Mariya Anna Yozefa
Avstriyalı Mariya Anna Jozefina (alm. Maria Anna Josepha von Österreich‎) (20 dekabr 1654, Regensburq – 4 aprel 1689 və ya 14 aprel 1689, Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın və xanımı Eleonora Qonzaqanın qızıdır. 1678-ci ildə Pfals kürfürstü olan İohan Vilhelmlə evləndirildi. Ancaq ölümündən bir il sonra əri Pfals kürfürstü olmuşdur. == Mənbə == Cartwright, Julia Mary (1913). Christina of Denmark, Duchess of Milan and Lorraine, 1522–1590. New York: E. P. Dutton. pp. 536–539 Ferdinand C. Böheim, Wendelin Boeheim: Chronicle of Wiener-Neustadt, vol. 2, Prandel & Ewald, 1863, p.
Avstriyalı Mariya Henretta (Belçika kraliçası)
Avstriyalı Mariya Henretta (fr. Marie-Henriette d'Autriche; 23 avqust 1836, Buda – 19 sentyabr 1902, Spa (şəhər), Valloniya[d]) — Müqəddəs Roma imperatoru II Leopoldun nəvəsi, II Belçika kraliçası. Ömrünün son 7 ilini Spa şəhərində keçirdiyi üçün, Spa kraliçası olaraq anılmışdır. == Həyatı == 23 avqust 1836-cı ildə Buda şəhərində dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru II Leopoldun oğullarından Avstriyalı İosif, anası isə onun üçüncü xanımı Vürttemberqli Mariya Doroteyadır. 22 avqust 1853-cü ildə Belçika kralı I Leopoldun böyük oğlu və varisi Şahzadə Leopoldla evləndirildi. Məqsəd isə yeni yaradılan Belçika krallığının bölgədəki nüfuzunu gücləndirmək və katolik Habsburq sülaləsindən bir qız alaraq ölkədəki katolik-prostestant tarazlığını qorumaq idi. Ancaq cütlük bir-birini heç vaxt sevmədi. Avstriya taxt-tacındakı bütün haqlarından imtina etdikdən sonra Mariya Henretta 8 avqust 1853-cü ildə Vyanada evlilik sazişini imzaladı və öncə 10 avqustda Şönbrunn sarayında, ardından 22 avqustda Brüsseldəki kral iqamətgahında keçirilən mərasimlə cütlük evləndi. Mərasimin ardından cütlük Belçika əyalətlərini dolaşdı və Birləşmiş Krallığa səyahət etdi.

Digər lüğətlərdə