Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtomen (Korinf çarı)
Avtomen (q.yun. Αὐτομένης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Telestin davamçısıdır.Antik müəllif Pavsani bildirir ki, on iki il hakimiyyətdə olmuş Korinf çarı Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur. Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi, sadəcə bir il hakimiyyətdə olmuş Avtomendən sonra dəyişdiyini bildirirlər.
Antigen
Antigenlər (yunan dilindən “anti” - əks + “genes” – doğan) - orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir. == Xassələri == Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlər antitelllərlə və hüceyrə ilə öz molekullarının bir-birinə toxunan müəyyən bir hissəsi vasitəsilə qarşılıqlı təsirə məruz qalırlar. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. == Həyatı == Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Avtoqəza
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb olur Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896 günü baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.