şərti
şərti-statik
OBASTAN VİKİ
Patogen
Patogen (yun. παθογένεια ← πάθος "əzab" + γενετική "yaradan") — istənilən mikroorqanizm (göbələklər, viruslar, bakteriyalar və d.), həm də başqa canlı varlıqda xəstəlik törədən, patoloji xarakter daşıya bilən zülal — priondur. Daha ümumi halda, patogen hər hansı bir orqanizm sisteminə zərər verə bilən və ya hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək hər hansı bir ekoloji amil kimi başa düşülür. Patogen mikroorqanizmlər öz sahibinə münasibətdə parazitlik edən mikroorqanizmlərdir (xüsusilə heyvanlarda bakteriyalar, bitkilərdə göbələklər). "Patogen" termini 1880-ci illərdə istifadəyə verilmişdir. Ümumiyyətlə, bu termin virus, bakteriya, protozoy, prion, viroid və ya göbələk kimi yoluxucu mikroorqanizm və ya agenti təsvir etmək üçün istifadə olunur. Bəzi qurdlar və həşərat sürfələri kimi kiçik heyvanlar da xəstəliyə səbəb ola bilər. Bununla belə, bu canlılara bir qayda olaraq, patogen deyil, parazit deyilir. Mikroskopik orqanizmlərin, o cümlədən mikroskopik patogen orqanizmlərin elmi tədqiqi ilə mikrobiologiya məşğul olur. Bu patogenləri cəlb edə bilən xəstəliklərin öyrənilməsiylə isə patologiya məşğul olur.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.