Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtoritet
Avtoritet — cəmiyyət həyatının gedişi prosesində ayrı-ayrı şəxslər, qruplar, yaxud təşkilatların nüfuzunun qazanılması və itirilməsidir.
Kriminal avtoritet
Kriminal avtoritet, həmçinin cinayət bossu, don və ya xaç atası — cinayət təşkilatına rəhbərlik edən şəxs. == Təsviri == Tipik olaraq, kriminal avtoritet təşkilatın digər üzvləri üzərində tam nəzarətə malikdir. Hiyləgərlik, strateji düşüncə və şəxsi cəsarət, mətanət və amansızlıq səbəbindən ondan qorxulur və ona hörmət edilir. Bu, kriminal avtoritetlərə müvəffəqiyyətlə təşkilata rəhbərlik etməyə və cinayət fəaliyyətində uğurlu olmağa imkan verir. == Keçmiş SSRİ == SSRİ və postsovet məkanında dünya kriminal təcrübəsində analoqu olmayan özünəməxsus kriminal aləm iyerarxiyasını formalaşdırılmışdır. Onun əsasını "qanuni oğru" ("oğrular" və ya "qanunçular") düşüncəsi təşkil edir. "Qanuni oğrular" institutu 1930-cu illərdə formalaşmış və ciddi məcəllənin (oğru qanunu), habelə müstəsna məxfiliyin mövcudluğu ilə səciyyələnirdi. Bir çox digər cinayətkar icmalardan fərqli olaraq, qanuni oğruların aydın özəyi və rəhbərliyi, daimi fəaliyyət göstərən filialları yoxdur. Onlar "oğru" ənənələrinin sərt çərçivəsi ilə birləşən iştirakçıların formal olaraq tam bərabərliyi əsasında fəaliyyət göstərirlər. Bu icmanın rəhbər orqanı təşkilati qərarlar, o cümlədən cinayət dünyasına yazılı müraciətlər şəklində qəbul edən "sxodka"dır.
Avtoritar
Avtoritarizm, avtoritarlıq — latın dilində təşəbbüsçü, müəllif, bani, yaradıcı və s. mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir. Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq). Avtoritar rejimdə tək bir şəxsin (tiranın, fürerin, despotun) heç bir hüquqla məhdudlaşmayan hakimiyyəti hökm sürür. Avtoritarizm şəraitində qanun-qayda yox səviyyəsində olur, vətəndaşların, ictimai təşkilatların, bütövlükdə xalqın hüquq və azadlıqları məhdudlaşdırılır. == Həmçinin bax == İnternet senzurası == Xarici keçidlər == Not The End Of History? Democracy vs Authoritarianism Debated Growth of Authoritarianism in America Are we entering the age of the autocrat?
Avtoritar kapitalizm
Avtoritar kapitalizm, yaxud qeyri-liberal kapitalizm — kapitalist bazar iqtisadiyyatının avtoritar hökumətlə birgə mövcud olduğu iqtisadi sistem. Dövlətin ticari fəaliyyəti öz öhdəliyinə götürdüyü dövlət kapitalizmi ilə üst-üstə düşən avtoritar kapitalizmə özəl mülkiyyət və bazar ilə yanaşı fikir ayrılıqlarının və söz azadlığının məhdudlaşdırılması, habelə seçkilərin olmaması, yaxud hegemon partiya sistemi ilə keçirilən seçkilər aiddir.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.