AVTORİTÉT

[ alm. ]
1. Nüfuz, etibar, səlahiyyət. Avtoritet qazanmaq. Avtoritetdən düşmək.
2. Nüfuzlu adam. Kimya sahəsində böyük avtoritet.
– Qəbiristanda qulyabanı olmaz, xortdandır, – deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar kimi böyük avtoritetlə (z.) izahat verdi. B.Talıblı.
[Cahangiri] ancaq Atayev kimi böyük bir avtoritet öz yerində oturda bilərdi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AVTORİTET nüfuz — etibar — səlahiyyət
  • AVTORİTET avtoritet bax nüfuz
AVTOREFERÁT
AVTORİTETLİ
OBASTAN VİKİ
Avtoritet
Avtoritet — cəmiyyət həyatının gedişi prosesində ayrı-ayrı şəxslər, qruplar, yaxud təşkilatların nüfuzunun qazanılması və itirilməsidir.
Kriminal avtoritet
Kriminal avtoritet, həmçinin cinayət bossu, don və ya xaç atası — cinayət təşkilatına rəhbərlik edən şəxs. == Təsviri == Tipik olaraq, kriminal avtoritet təşkilatın digər üzvləri üzərində tam nəzarətə malikdir. Hiyləgərlik, strateji düşüncə və şəxsi cəsarət, mətanət və amansızlıq səbəbindən ondan qorxulur və ona hörmət edilir. Bu, kriminal avtoritetlərə müvəffəqiyyətlə təşkilata rəhbərlik etməyə və cinayət fəaliyyətində uğurlu olmağa imkan verir. == Keçmiş SSRİ == SSRİ və postsovet məkanında dünya kriminal təcrübəsində analoqu olmayan özünəməxsus kriminal aləm iyerarxiyasını formalaşdırılmışdır. Onun əsasını "qanuni oğru" ("oğrular" və ya "qanunçular") düşüncəsi təşkil edir. "Qanuni oğrular" institutu 1930-cu illərdə formalaşmış və ciddi məcəllənin (oğru qanunu), habelə müstəsna məxfiliyin mövcudluğu ilə səciyyələnirdi. Bir çox digər cinayətkar icmalardan fərqli olaraq, qanuni oğruların aydın özəyi və rəhbərliyi, daimi fəaliyyət göstərən filialları yoxdur. Onlar "oğru" ənənələrinin sərt çərçivəsi ilə birləşən iştirakçıların formal olaraq tam bərabərliyi əsasında fəaliyyət göstərirlər. Bu icmanın rəhbər orqanı təşkilati qərarlar, o cümlədən cinayət dünyasına yazılı müraciətlər şəklində qəbul edən "sxodka"dır.

Digər lüğətlərdə