Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağçiçək
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Ömer Ayçiçek
Ömer Ayçiçek (2 oktyabr 1995, Türkiyə) — Türkiyəli xizək yürüşçüsü. Ömer Ayçiçek Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ömer Ayçiçek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Ayçiçek 3:57.91 saniyəlik nəticəsi ilə 80 atlet arasında 77-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Acıçiçək
Acıçiçək (lat. Gentiana) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin mülayim zonalarında 400-ədək növü var. Qafqazda 28, o cümlədən Azərbaycanda 14 növü bitir. Tək-tək yerləşən çiçəkləri 4–5 (6–8) üzvlüdür. Meyvəsi biryuvalı, çoxtoxumlu qutucuqdur. Toxumları xırdadır. Acıçiçəyin bəzi növlərinin kök və kökümsovundan xalq təbabətində malyariyaya qarşı, həmçinin iştahaartıran, həzmi yaxşılaşdıran, ödqovucu dərman kimi istifadə edilir. Dekorativ bitkidir. Gövdə və yarpaqlarında C vitamini var.
Göyçiçək
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Acıçiçək (fəsilə)
Acıçiçəkkimilər (lat. Gentianaceae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Yarpaqları qarşılıqlı, sadə, bütövkənarlı, çiçəkləri iri və parlaq olur, meyvəsi qozadır. Bu fəsiləyə aid bitkilərə demək olar ki, bütün qitələrdə rast gəlinir. 70-dən artıq cinsi və 1000-ə qədər növü var. Hamısının tərkibində acı qlükozid olur. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə aid 23 növ bitir. Bunlardan acıçiçək və isitməotu daha çox əhəmiyyətlidir. Bəzi növlərindən dərman bitkisi kimi, bəzilərindən isə gülçülükdə istifadə edilir.
Aralanmış acıçiçək
Aralanmış acıçiçək (lat. Gentiana squarrosa) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Azçiçәk şirәli
Orobus hirsutus L. = Lathyrus laxiflorus (Desf.) O. Kuntze Hündürlüyü (10) 15-30 (40) sm, gövdəsi nazik, tinli, düz və ya yuxarı qalxan, bəzən qismən çoxsaylı, yumşaq qısa tüklü, nazik, sürünən, şaxəli kökümsovu olan çoxillik ot bitkisidir. Yalançı zoğları iridir, saplaqdan uzundur, yumurtaşəıkilli və ya yumurtaşəkilli-neştərvaridir, sivriləşmişdir, üçkünc qulaqlıdır. == Yarpaq == Yarpaqlar bir cüt yarpaqcıqlardan ibarətdir; yarpaqcıqlar düzgün elliptik, qaidə və uc hissəsinə doğru daralmış, sivridir, adətən qısa sivri uculudur, 5-7 ədəd qövsşəkilli damarı vardır, uzunluğu 20–40 mm, eni 7-15 (20) mmdir. == Çiçək == Çiçək oxu 2-5 ədəd çiçəkli olub, yarpaqlara bərabər və ya ondan uzundur. Tac bənövşəyi-göyümtül rəngdədir, uzunluğu 15–20 mm-dir. == Meyvə == Paxlalar xətlidir, uzunluğu 2,5-3 sm-dir, uzun tüklüdür. == Çiçəkləməsi == (Aprel) May-İyun == Meyvə verməsi == İyun-İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. Aşağı və orta dağ qurşağında. (1700 m d.s.y.) == Yaşayış mühiti == Meşələrdə və kolluqlarda rast gəlinir.
Dilimlikasacıq acıçiçək
Gövdəciksiz acıçiçək
Gövdəciksiz acıçiçək (lat. Gentiana acaulis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Künclü acıçiçək
Kələkötür acıçiçək
Kələkötür acıçiçək (lat. Gentiana scabra) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sarı acıçiçək
Sarı acıçiçək (lat. Gentiana lutea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sərilən acıçiçək
Sərilən acıçiçək (lat. Gentiana decumbens) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Xallı acıçiçək
Xallı acıçiçək (lat. Gentiana punctata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Çarpazyarpaq acıçiçək
Çarpazyarpaq acıçiçək (lat. Gentiana cruciata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Üçgüllü acıçiçək
Üçgüllü acıçiçək (lat. Gentiana triflora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
İriyarpaq acıçiçək
İriyarpaq acıçiçək (lat. Gentiana macrophylla) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Qara xaççiçək birəciyi
== Quruluşu == Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar. == Yayılması == Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır. == Qışlaması == Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar. == Qidalanması == Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir. == Nəsilvermə == əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir.
Banu Çiçək
Banu Çiçək — "Kitabi-Dədə Qorqud" dastanında işlənən antroponimlərdən biridir. Mürəkkəb quruluşlu Banuçiçək antroponimin birinci hissəsi fars mənşəli «Xanım» anlamlı banı tituludur. Semantikasında gözəllik ifadə edən, çoxəsrlik tarixə malik olan, bu gündə qadın adı kimi işlənən «çiçək» adının qədim tarixi vardır. Dastandakı «Banuçiçək» antroponiminin yaranmasında «xanım», «padşah arvadı» mənasında olan Banı titulu ilə «çiçək» apelyativi uyğun təşkil edir. Banu Çiçək. Mürəkkəb quruluşlu “Banuçiçək” antroponimin 1-ci hissəsi fars mənşəli “xanım” anlamlı banı//banu tituldur. Müasir ədəbi dilimizdə titul kimi arxaikləşsə də, antroponimlər sistemində qadın adı kimi ayrılıqda, həm də mürəkkəb quruluşlu antroponomlərin tərkibində işlənməkdədir. “Orxon-Yenisey” abidələrində “çeçek” şəklində işlənən apelyativ gözəllik məzmunlu olduğuna görə qədim türk ad sistemində antroponim yaradıcılığına cəlb edilmişdir. Semantikasında gözəlliyi, qəşəngliyi bildirən, əsrlərin süzgəcindən keçib gələn, çoxəsrlik tarixə malik, bu gün də türk antroponimləri sistemində qadın adları kimi işlənən “çiçək” adının tarixi qədimdir. Macar alimi Pyotr Qolden yazır ki, 732-ci ildə Xəzər xaqanı öz qızını Bizans imperatoru Konstantinə ərə verir.
Cəmil Çiçək
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri. == Həyatı və fəaliyyəti == 1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var. == Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi == 2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. == Dində == "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Təbii çiçək
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Çiçək (Salmas)
Çiçək (fars. چيچك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Etimologiyası == Çiçək adı Türkcə bir kəlmədir Çiçək vəya kiçik gül anlamına gəlir. == Tarix == Dilman dəprəmindən öncə kəndin qurulduğu məkan indi Kənd yeri adlanan məntəqədə yer alırdı və əhalinin dediyinə görə Üst Çiçək və Aşağı Çiçəkəyə bölünürdü. Kəndin bir neçə tarixi yeri vardır o cümlədən: Kafir təpə, Üç qardaşlar qəbiri, Girdəsərə, Gicələn, Daşlar. Və birdə Kəndin mərkəzində olan Şehid Təpəsi (Murad Şehidi Təpəsi və ya Şeyid Böyrü) qəbristanlığıdır. Güney Azərbaycanı Ruslar və Ermənilərin işğalından qurtarmaq üçün köməyinə gələn Osmanlı ordusundan şəhidlərin məzarlığıdır (823 şəhid Avacıq döyüşü). Bu məzarlıq məscid həyətini böyütmək nədəniylə böyük bir xisarət alıbdır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (147 ailə). Kənd əhalisini əsasən şiə və qismən sünni-şafi (Kürəsünni) Azərbaycan Türkləri təşkil edir.