Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dante Aliqyeri
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası – 14 sentyabr 1321, Ravenna, Papa dövləti) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Dante Aligyeri

Bağyeri (Marağa)
Bağyeri (fars. باغ يري‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (9 ailə).