Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayba Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Aybasanlı
Aşağı Aybasanlı
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.
Aşağı Aybasanlı
Aşağı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Hacılı camaatı – Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləçməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi.
Yuxarı Aybasanlı
Yuxarı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Aybasanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Aybasanlı oykonimi Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bəzi mənbələrdə Ayıbasan kimi də verilir. Oykonim ayı (heyvan adı), basan (yenən, qalib gələn, məğlub edən) və -lı (şək.) komponentlərindən düzəlib. 1980-ci ilə qədər Ermənistanda Ayıbasan adlı kənd olmuşdur. Sonralar bu kəndi ermənilər Marqahovit adlandırmışlar. Yəqin ki, Ayıbasanlı kəndində məskunlaşmış əhali Ermənistandan köçüb gəlmişdir. Ayıbasan "ayını məğlub edən" və ya "ayının çox olduğu yer" deməkdir. Ayıbasanlı isə "Ayıbasan kəndindən gələnlər" mənasına uyğundur.
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
ABBA
ABBA —1970–1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvarteti. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir. İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb. 2008-ci ildə isə "The Albums" komplekti buraxılıb. Bu buraxılışa ABBA-nın 8 studiya albomu və 1 hədiyyə diski daxildir. ABBA 1972–1982-ci ilərdə fəaliiyət göstərmiş və ifaçılarının adlarının ilk hərflərinə görə adlandırılmış İsveç musiqi kvartetidi. ABBA dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biridir. Qrupun musiqi yazıları bütün dünya üzrə 350 milyon nüsxədən çox satılmışdı.
AEBA
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı.FilmlərAyna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
AYB
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. == Tarixi == Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Aya
Aya (Türk mifologiyası)
Acmella alba var. alba
Acmella alba (lat. Acmella alba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella alba var. alba Ceratocephalus salivaria (Murray) Kuntze Spilanthes alba L'Hér. Spilanthes albus L'Hér.
Eclipta alba var. alba
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Ecliptica alba var. alba
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Verbesina alba subsp. alba
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Abba Lerner
Abba Ptaxiya Lerner (ing. Abba Lerner,İngiltərədən ABŞ-yə mühacirət etməzdən əvvəl — Abram (Aba) Psaxiya Lerner, ing. Abraham (Abba) Psachia Lerner; 28 oktyabr 1903[…], Bessarabiya quberniyası[d] – 27 oktyabr 1982[…], Tallahassi[d]) — amerikalı iqtisadçı, Lerner əmsalı, Marşall-Lerner şərtləri, Lerner-Samuelson teoreminin yaradıcısı. == Bioqrafiyası == 28 oktyabr 1903-cü ildə Bessarabiya vilayətinin Novoselitsa şəhərində papaqçı Moişe (Morris) İsaak Lerner və Sofiya (Sura Abovna) Buxmanın (1867-?) ailəsində anadan olmuşdur. Üç yaşında valideynləri ilə birlikdə İngiltərəyə mühacirət etdi (1906). Londonda İst End-dəki Betnal Qrində böyüdü; Ümumilikdə ailənin 8 övladı var idi, onlardan ən böyüyü Abba idi və valideynlərinin mühacirətindən əvvəl doğulmuş yeganə uşaq idi. On altı yaşından papaq fabrikində maşinist işləmiş, gecə məktəbində, sonra ravvinlər akademiyasında oxumuş və özü də yəhudi məktəbində dərs demişdir. 1932-ci ildə London İqtisadiyyat Məktəbində bakalavr, 1943-cü ildə isə iqtisad elmləri doktoru dərəcəsi alıb. Müəllimlik fəaliyyətinə 1936–1937-ci illərdə LSE-də dosent kimi başlamışdır. 1933-cü ildə Lernerin köməyi ilə İqtisadi Tədqiqatların İcmalı jurnalı təsis edildi[en], o, 1937-ci ilə qədər redaktorlarından biri olub.
Abya-Paluoya
Abya-Paluoya (est. Abja-Paluoja) — Estoniyanın cənubunda, Vilyandimaa bölgəsində şəhər. 1950–1962-ci illərdə Abya rayonunun mərkəzi idi.
Abya mühafazası
Abya mühafazası — == Ərazisi == Abya mühafazasının ərazisi 21 939 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Aechmea alba
Aechmea alba (lat. Aechmea alba) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Agrostis alba
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Alpinia alba
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Artemisia alba
Artemisia alba (lat. Artemisia alba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Atriplex alba
Atriplex rosea (lat. Atriplex rosea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex alba Scop. Atriplex albicans Besser Atriplex arenicola Hauman Atriplex arenicola var. albescens Hauman Atriplex argentea Schrad. ex Moq. Atriplex axillaris Ten. Atriplex besseriana Schult. Atriplex foliolosa Link Atriplex foliosa Guss. Ex Nyman Atriplex graeci Tineo Atriplex monoica Weigel Atriplex monoica Moench Atriplex polysperma Ten.
Ayla Alqan
Ayla Alqan (türk. Ayla Algan; 29 oktyabr 1937, İstanbul) — Türkiyə kino və teatr aktrisası, müğənnisi. == Həyatı == Ayla Alqan İstanbulda anadan olmuşdur. O, uşaqlığını Fransada keçirmişdir. O, Fransada Sion İstanbul liseyində və Versal liseyində təhsil almışdır. Alqan bundan sonra ABŞ-yə köçmüş və orada Nyu-York Aktyorlar studiyasına aktrisa kimi qoşulmuşdur. O, ardınca sonra Türkiyədə Dil və Mədəniyyət Mərkəzinə daxil olmuş, teatr aktrisası və təlimatçı kimi fəaliyyət göstərmişdir. Alqan kino və teatrdan sonra müğənnilik karyerasına başlamışdır.
Ayla Erduran
Ayla Erduran - (22 sentyabr 1934, İstanbul) - Türk skripkaçı. == Haqqında == Karl Bergerin tələbəsi olan Ayla Erduran 10 yaşındaykən ilk konsertini səsləndirdi. 1946-cı ildən 1951-ci ilə qədər Paris Beynəlxalq Konservatoriyasında Benedetti və Benvenutidən təhsil almağa başladı. Məzun olduqdan sonra da 1995-ci ilə qədər ABŞ-də qaldı. Bu müddətdə İvan Qalamian və Zino Francescatti ilə birlikdə oxudu. 1957-ci ildən 1958-ci ilə qədər o, Moskva Konservatoriyasında David Oystraxın nəzarəti altında təhsil aldı. Erduran 1973-cü ildən 1990-cı ilə qədər İsveçrədə skripka müəllimliyi etdi. O, 1971-ci ildə dövlət sənətçisi adını aldı. O, həmçinin Ankarada Sevda Cenap Və Musiqi Fondundan (SCVMF) qızıl medal almışdır. Bir tərəfdən konsertlərlə karyerasını davam etdirərkən, digər tərəfdən 1973-cü ildən 1990-cı illərə qədər İsveçrədəki Conservatoire Populaire'də və Lozan Konservatoriyasında ustalıq sinifində müəllimlik edib.
Ayla Fişer
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976, Maskat) — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir. Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır. == Həyatı == Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur. 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür. == Filmoqrafiya == == Kitabları == Fisher, Isla; Reid, Elspeth.
Abbas-Abad briqi
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub. == Tarixi == Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi. "Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi). Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı. 1837-ci ildə briq Həştərxanda söküldü. == Komandirləri == "Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur: 1827–1828 — Y. D. Mandrika 1829–1830 — A. P. Doroxov 1832 — A. T. Aleksandrovskiy 1834 — iyul 1836 — V. T. Alenikov с июля 1836 — S. S. Palitsin == Ədəbiyyat == Чернышёв А. А. Российский парусный флот.