AYQIZ
AYLAN
OBASTAN VİKİ
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Ayla Alqan
Ayla Alqan (türk. Ayla Algan; 25 oktyabr 1936, İstanbul – 4 yanvar 2024, İstanbul) — Türkiyə kino və teatr aktrisası, müğənnisi. == Həyatı == Ayla Alqan İstanbulda dünyaya gəlib. O, uşaqlığını Fransada keçirmişdir. O, Fransada Sion İstanbul liseyində və Versal liseyində təhsil almışdır. Alqan bundan sonra ABŞ-yə köçmüş və orada Nyu-York Aktyorlar studiyasına aktrisa kimi qoşulmuşdur. O, ardınca sonra Türkiyədə Dil və Mədəniyyət Mərkəzinə daxil olmuş, teatr aktrisası və təlimatçı kimi fəaliyyət göstərmişdir. Alqan kino və teatrdan sonra müğənnilik karyerasına başlamışdır.
Ayla Erduran
Ayla Erduran (22 sentyabr 1934, İstanbul) — Türk skripkaçı. == Haqqında == Karl Bergerin tələbəsi olan Ayla Erduran 10 yaşındaykən ilk konsertini səsləndirdi. 1946-cı ildən 1951-ci ilə qədər Paris Beynəlxalq Konservatoriyasında Benedetti və Benvenutidən təhsil almağa başladı. Məzun olduqdan sonra da 1995-ci ilə qədər ABŞ-də qaldı. Bu müddətdə İvan Qalamian və Zino Francescatti ilə birlikdə oxudu. 1957-ci ildən 1958-ci ilə qədər o, Moskva Konservatoriyasında David Oystraxın nəzarəti altında təhsil aldı. Erduran 1973-cü ildən 1990-cı ilə qədər İsveçrədə skripka müəllimliyi etdi. O, 1971-ci ildə dövlət sənətçisi adını aldı. O, həmçinin Ankarada Sevda Cenap Və Musiqi Fondundan (SCVMF) qızıl medal almışdır. Bir tərəfdən konsertlərlə karyerasını davam etdirərkən, digər tərəfdən 1973-cü ildən 1990-cı illərə qədər İsveçrədəki Conservatoire Populaire'də və Lozan Konservatoriyasında ustalıq sinfində müəllimlik edib.
Ayla Fişer
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976, Maskat) — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir. Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır. == Həyatı == Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur. 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür. == Filmoqrafiya == Alovlu Rod (2007) == Kitabları == Fisher, Isla; Reid, Elspeth.
Ayla Çəlik
Ayla Çəlik (29 oktyabr 1973, İstanbul) — Türkiyəli müğənni və söz yazarı.
Ayla (film, 2017)
Ayla (türk. Ayla) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film. 1950-ci ildə başlamış Koreya müharibəsi gedişində yaşanmış real hadisə əsasında 2016-cı ildə filmin çəkilişlərinə başlanılmışdır. Filmin çəkilişləri Türkiyədə və Cənubi Koreyada aparılmışdır. Filmin musiqiləri Fahir Atakoğlu tərəfindən bəstələnmişdir. 4 mart 2018-ci il tarixində keçiriləcək 90-cı Oskar mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına filmin namizədliyi irəli sürülsə də, lakin sonda qısa siyahıya düşə bilməmişdir. == Məzmun == 1950-ci ildə Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Cənubi Koreyanın paytaxtı Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi. Birləşmiş Millətlər Təşkilatının yardım məqsədilə çağırışına Türkiyə Cənubi Koreyaya bir briqadasını göndərmişdir. Filmdə hadisələr Türk Briqadasının baş giziri Süleymanın gecə vaxtı baş vermiş döyüşlərindən birində ata və anası öldürülmüş kiçik bir qızı tapması ilə başlayır.
Ayla Akat Ata
Ayla Akat Ata (16 fevral 1976, Diyarbəkir) — Türkiyə siyasətçisi və hüquqşünası. O, Sülh və Demokratiya Partiyasından Batman vilayətini təmsil edərək Türkiyə Böyük Millət Məclisinin XXIII və XXIV çağırış deputatı olmuşdur. == Həyatı == Dəclə Universitetinin Hüquq fakültəsini bitirmişdir. İnsan Haqları Dərnəyi, Cəmiyyət və Hüquq Araşdırmalar Vəqfi, Göç-Der və Diyarbakır Qadınlar Platformasının üzvü olmuşdur. O, 2007-ci il seçkilərində müstəqil namizəd kimi Batmandan millət vəkili seçilmişdir. Daha sonra parlamentdəki Demokratik Cəmiyyət Partiyası qrupuna daxil olmuşdur. O, 2009-cu ildə partiya buraxıldıqdan sonra Sülh və Demokratiya Partiyasına üzv olmuşdur. 4 fevral 2010-cu ildə Bengi Yıldız ilə birlikdə Türkiyə Böyük Millət Məclisində partiyanın qrup sədr müavini təyin edilmişdir. 2011-ci ildə yenidən müstəqil Batman millət vəkili seçilən Ata parlamentdəki BDP qrupuna daxil edilmişdir. 2013-cü ildə partiyanın qərarı ilə partiyaya çevrilən Xalqların Demokratik Partiyasında üzvlüyünü davam etdirmişdir.
Aylacophora
Aylacophora (lat. Aylacophora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Aylan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Aylan Kürdinin ölümü

Aylant
Aylant (lat. Ailanthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinə aid bitki cinsi.
Aylanu
Aylanu - türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir başqasının yerinə öz canını vermə, "Öz Yerinə Öz" anlayışı. Aylanı da deyilir. Bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir. Ən gözəl və ən mükəmməl nümunəsi Dəli Domrul əhvalatında iştirak edir. İnsanın nə qədər fədakarlıq və ərdəm sahibi olduğunun bir ilahi qüdrət tərəfindən ölçülməlidir. İnsanın lazım olduğunda ailəsi və bu səbəbdən vətəni uğrunda canından imtina edib keçə bilməyəcəyik sınanır. == Etimologiya == (Ay / Ağ) kökündən törəmişdir. Köçmək, dəyişmək mənalarını ehtiva edər. Aylanmak sözü gəzmək, hərəkət etmək, sürmək kimi tərkibə malikdir. Monqolcada Ayl sözcüyü qohumluq bağını ifadə edər.
Aylar Diyanati Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. == Həyatı == Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
Aylar Lay

Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
İzmayıl Aylarov
İzmayıl Aylarov (22 avqust 1924 – 14 dekabr 2018) — Osetin sovet şairi və nasir, publisist. 22 avqust 1924-cü ildə Kadisar (indiki Cənubi Osetiya/Gürcüstan) kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi illərində üç il kolxozda mühasib işləmiş, Mamison aşırımında yolun təmizlənməsində iştirak etmişdir. 1945-1949-cu illərdə Kadisarda ibtidai məktəbdə müəllim işləmişdir. 1953-cü ilə qədər Şimali Osetiya Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsində təhsil alır. Sonra Şimali Osetiyadakı məktəblərdə çalışır, osetin dili və ədəbiyyatını tədris edir. İzmayıl Aylarov 2018-ci ildə dünyasını dəyişir. Uşaqlar və böyüklər üçün şeirlər toplusunun, hekayə və romanların müəllifidir. Aylarovun ilk şeirləri rayon qəzetində dərc olunur. Şair ilk toplusunu ("Qakk-qakk, kuıdzı qakk", 1965) uşaqlara həsr etmişdir.
Aylabun qırğını
Aylacophora deserticola
Aylacophora deserticola (lat. Aylacophora deserticola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin aylacophora cinsinə aid bitki növü.
Aylar
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Aylar Həqqi
Aylar Həqqi ― 2022-ci il İran etirazlarında Təbrizdə baş tutmuş aksiyada İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş tələbə. Hökumət rəsmiləri və mediası onun öldürülməsini inkar edərək hündürlükdən yıxıldığını iddia ediblər. Əvvəlcə ailəsinə Ayların intihar etdiyini söyləmələri üçün təzyiq göstəriblər. Ailəsi bunu qəbul etmədikdən sonra isə atası təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təzyiq vasitəsi kimi ailəsinə 2 gün ərzində onun nəşini verməyiblər və onun doğulduğu Məlikkəndə dəfninə icazə verməyiblər. Aylar Həqqinin dəfni və 40 mərasimi vətəndaşların iştirakı ilə Vadi rəhmət qəbiristanlığında baş tutub. İştirakçılar hökumət əleyhinə "Biz hamımız Aylarıq, mübarizə davam edir", "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan yatmayıb, Aylar qanı batmayıb" kimi şüarlar səsləndiriblər. Hər iki mərasim təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb. Onlarla insan döyülüb və həbs olunub. Aylar Həqqi öldürüldükdən sonra Şərqi Azərbaycan ostanında etirazlar şiddətlənib.