Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmməd Əmin Azadvətən
Məmməd Əmin Azadvətən — Azərbaycanın Demokrat Firqəsi Urmiyə vilayəti komitəsinin sədri, fadilərin başçısı, Milli Məclis üzvü. == Həyatı == Məmməd Əmin Azadvətən Urmiyənin Nazlıçay mahalındandır. O gənc ikən ictimai mübarizə meydanlarına qədəm qoymuş Rza xanın milətin mənafeinə zidd siyasətini və məqsədini əhali içərisində açıqlamiş, ifşa etmişdir. 1933-cü ildə Urmiyə qoşunu başçısı tərəfindən tutulub bir muddət Urmiyədə həbsdə saxlanıldıqdan sonra ömürluk olaraq Zəncana sürgün olunmuşdur. Zəncan nəzmiyə idarəsi və fərmandarlığı Azadvətən-in siyasi fəaliyətinin qarşısını almaq, onu göz altında saxlamaq məqsədilə, zəncan bələdiyə idarəsində süpürgəçilərin başçısıvəzifəsinə işə qəbul etmişdir zəncanda 8 il süpürgəndə qaldığı zaman iş yoldaşlarından və sürgündə olanlardan əlavə bir çoxlarının hörmət və mühəbbətini qazanmış onları öz mütərəqqi fikirlərinə cəlb edəbilmişdir. 1940-cı ilin payızında o siyasi fəaliyət nəticəsində yenidən həbsə alınmışdır. 4 ay zəncan nəzmiyəsində saxlanıldıqdan sonra Tehran-ın Qəsri Qacar zindanına göndərilmişdir. 1941-ci ildə Rza xan diktatorluğunun yıxılması ilə Azadvətən də azad olub Zancana qayıdır. 1943-cü ilini son vaxtlarında Azadvətən öz doğma şəhəri Urmuya gedərək firqənin yaradılmasında və möhkəmləndirlməsində fəal iştirak edir, Urmiyə şəhərinin firqə başçısı seçilir. 1945-ci ildə A. D. F-nin (Azərbaycan Demokrat Fiqəsi) təşkilindən sonra Urmiyə komitəsində fəaliyətine davam etdirərək, firqənin şuarlarını məramnamə və məqsədine kəndlilərə izah etməkdə var gücünü sərf edir.