Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azarkeş
Azarkeş — İdman, futbol həvəskarı.
Azarkeş (dəqiqləşdirmə)
Azarkeş aşağıdakı mənalara gələ bilər: Azarkeş — İdman, futbol həvəskarı. Azarkeş (film, 2008) — Azərbaycan filmi.
Azarkeş (film, 2008)
Azarkeş tammetrajlı bədii televiziya filmi rejissor Cavid Təvəkkül tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İctimai televiziyada istehsal edilmişdir. Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir. Əsas rolları Əjdər Həmidov, Səidə Quliyeva və Kəmalə Hüseynova ifa edirlər. == Məzmun == Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir.
Sector 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. == Yaranma tarixi == Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. == Fəaliyyəti == Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. == Mükafatları == "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan klubu.
Sektor 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. == Yaranma tarixi == Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. == Fəaliyyəti == Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. == Mükafatları == "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan klubu.
Azarkeşlər
Azarkeş — İdman, futbol həvəskarı.
Əzabkeş
Əzabkeş (q.yun. μάρτυς, μάρτῠρος — şahid, lat. martyr — şəhid; rus. му́ченик) — dini və ya dünyəvi baxışları inkar etdiyinə, təbliğ etdiyinə və ya ondan imtina etdiyinə görə təqib olunan, yaxud öldürülən şəxs. Əzabkeşlərin əksəriyyəti davamçıları tərəfindən hörmətlə qarşılanır və ya hətta müqəddəs hesab olunur, qəhrəmanlıq və möhkəmlik simvoluna çevrilmişlər. Onlar dinlər tarixində mühüm rol oynayır. == İstinadlar == == Xarici keçidlər == Fox's Book of Martyrs – 16th century classic book, accounts of martyrdoms "Martyrdom from the perspective of sociology". Encyclopedia of Politics and Religion.
Əzabkeş Yustin
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. == Bioqrafiyası == 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
Dmitri Azarev
Dmitri İvanoviç Azarev (rus. Дмитрий Иванович Аза́рьев; 5 (18) aprel 1906, Moskva – 1988) — SSRİ elektrik mühəndisi, texnika elmləri doktoru (1965). == Fəaliyyəti == Elektrik enerji sistemlərinin dayanıqlığına dair əsərlər yazmışdır. SSRİ-nin vahid elektrik enerjisi sistemi üçün dəyişən cərəyanın avtomatlaşdırılmış hesablama modelləri işlənib hazırlanmışdır. Onun rəhbərliyi altında gərginliyin tənzimlənməsi üçün SSRİ-də ilk tiristor-kompensator yaradılmış və istifadəyə verilmişdir. == Mükafatlar == "Lenin" mükafatı (1962), SSRİ Dövlət mükafatına (1947, 1951) layiq görülmüşdür. == Əsərləri == Математическое моделирование электрических систем [Текст]. - Москва ; Ленинград : Госэнергоиздат, 1962. - 207 с. : ил.; 26 см.
26 qot əzabkeş
26 qot əzabkeş — IV əsrdə Atanarixin antixristian repressiyaları zamanı ölən 26 qot xristian. V əsr kilsə tarixçisi Sozomenə görə, Athanarix Vinqurikə qot torpaqlarında xristian inancını məhv etməyi əmr etmişdir. O zamanlar qot ərazisi olan Krımda Vinqurik təntənəli surətdə xristianlar üçün kilsə kimi xidmət edən çadırın önündə bir arabada büt daşımışdır. O, bütə baş əyənləri azad etmiş, qalanları isə çadıra salıb diri-diri yandırmışdır. Ümumilikdə, Sozomenin məlumatına görə, hadisə nəticəsində 308 nəfər ölmüşdür. Onlardan yalnız 21-nin adı məlumdur. Pravoslav Kilsəsində 26 qot şəhidinin anım günü 26 martda qeyd olunur. Bu, qot təqvimdə 29 oktyabra təyin edilir. Pravoslavlıqda 26 qot əzabkeşi ilə yanaşı, Duklidalı Qaafa və Aqafon ilə birlikdə ehtiramla yad edilir.Atanarixin hakimiyyəti zamanı xristianların təqib edilməsi göstərir ki, xristianlar hələ 370-ci illərdə tervinqlər arasında azlıq təşkil edirdilər, lakin onlar qot mədəniyyəti üçün təhlükə sayılacaq qədər çoxalmışdılar. Odur ki, Atanarix xüsusi olaraq xristian qotları təqib etmiş və əcnəbiləri buraxmışdır.
Mazares
Mazares (qədim yunanca: Μαζάρης) — II Kirin babası, Midiya hökmdarı Astiaqı devirərək hakimiyyəti ələ keçirdikdən sonra, onun tərəfinə keçmiş Midiya sərkərdəsi. == Mazares Herodotun "Tarix" əsərində == Herodotun qeydlərində Mazaresin II Kirə xidmət edən Midiya sərkərdəsi olması və Kiçik Asiyada üsyanı yatırarkən öldürülməsi göstərilir. II Kirin e.ə. 539-cu ildə Lidiyanı fəth etməsindən sonra lidiyalılar rəsmən Paktias adlandırıldı və lidiyalılara, Kirin dövlət xəzinəsindən bəxşiş paylanılmaqla, onlardan və İoniya yunanlarından düzəldilmiş xüsusi ordu yaradıldı. Tabaluz Kirin Lidiyann paytaxtı Sard şəhərindəki satrapına qarşı üsyan etmiş, şah qvardiyasının da daxil olduğu fars ordusunu mühasirəyə almışdı. Üsyan haqqında eşidən Kir, lidiyalıları cəzalandırmaq və Sard şəhərini yandıraraq yerlə-yeksan etmək üçün planlar hazırlamağa başladı. Məğlub olduqdan sonra II Kirin məhkəmə hakimlərindən biri təyin edilən keçmiş Lidiya kralı Kroesus isə heç bir zərər çəkmədən onun keçmiş krallığının ərazisindən əl çəkməyə razı salmaq üçün yalvarırdı. Herodot qeyd edir ki, Kroesusun tövsiyəsi ilə Lidiya əhalisi tərkisilah edildi və insanların rahatlıq ümidlərini alt-üst edən ticarət haqqında sərt qanunları qəbul etdi.Bunları etdikdən sonra Kroesus qeyd etdi ki, "insanlar artıq həddən artıq zəiflədilib və onlardan çəkinmək üçün heç bir əsas yoxdur." İnsanlara qalib olduğunu göstərmək fikrində olan II Kir Kroesusun istəyinə qarşı çıxaraq, öz sərkərdəsi Mazaresi üsyanı yatırmaq və Paktiası cəzalandıraraq imperiyanın tərkibinə qaytarmaq üçün oraya göndərdi. Lakin Mazaresin rəhbərlik etdiyi ordu Sard şəhərinə yaxınlaşdıqda, paktiaslılar şəhəri tərk etdilər. Mazares onları təqib edərək İoniya yunanlarını məğlub etdi, Priena və Maqneziya şəhər dövlətlərini tutdu, üsyan rəhbərini ələ keçirərək cəzalandırılması üçün II Kirin yanına göndərdi.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Gyasi Zardes
Gyasi Zardes - Amerika Birləşmiş Şatatlarını peşəkar futbolçusu. Hazırda Columbus Crew SC-da oynayır. ABŞ millisinin üzvüdür. Zardes 1991-ci il, Sentyabrın 2-də Kaliforniyada doğulmuşdur. Futbola 2009-cu ildə başlamışdır.
Quercus afares
Quercus afares (lat. Quercus afares) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Qabriel Qarsiya Markes
Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya Markes (isp. Gabriel José de la Concordia «Gabo» García Márquez; 6 mart 1927[…], Arakataka[d], Maqdalena departamenti – 17 aprel 2014[…], Mexiko) — Kolumbiyalı romançı, jurnalist, ssenarist, qısa-hekayə yazıçısı, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı (1972) və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1982). == Həyatı == Kolumbiya yazıçısı Qabriel Xose Qarsia Markes Karib dənizi sahilindəki Arakataka şəhərində doğulmuşdu. Ailədəki on altı uşaqdan ən böyüyü idi. Yerli poçt şöbəsində teleqrafçı işləyən atası maddi çətinliklərlə üzləşdiyindən Qabriel ana babasının və nənəsinin himayəsində böyümüşdü. Xüsusən nənəsinin danışdığı nağıl, əfsanə və əsatirlər gələcəkdə yazıçının işinə yaramış, bir çox əsərləri üçün əla xammala çevrilmişdi. İstefaya çıxmış polkovnik olan babası da vətəndaş müharibəsi və gənclik həyatı haqqındakı maraqlı xatirələri ilə nəvəsinin bədii təxəyyülünün formaşalaşmasında mühüm rol oynamışdı. Gənc Markes 1947-ci ildə Boqot unversitetinin hüquq fakültəsində oxumağa başlamışdı. Sonra Kartagena universitetinə dəyişilmişdi. Lakin nəticədə yenə də diplom ala bilməmişdi.
İvan Duke Markes
İvan Duke Markes (isp. Iván Duque Márquez; 1 avqust 1976, Boqota) — Kolumbiyanın hazırkı Prezidenti vəzifəsini icra edən kolumbiyalı siyasətçi və vəkil. 1.7 milyona yaxın venesuelalı miqranta ölkəsində müvəqqəti oturum statusu verməsi dünya liderləri tərifindən alqışla qarşılandı. COVID-19 pandemiyası dövründə pisləşən tendensiya vəzifədə olduğu ilk ildə yoxsulluq və iqtisadi bərabərsizliyi artdı. Dukenin MQO ilə sülh danışıqlarını davam etdirməməsi müxalifət partiyaları və ictimaiyyət tərəfindən tənqid edildi. Yaranan 2020 Boqota etirazlarına və davam edən ölkə miqyaslı etiraz aksiyalarına polisin verdiyi cavab təxminən 60 şəxsin ölümü və 2.100 şəxsin yaralanması ilə yekunlaşdı. == Həyatı == Duke Kolumbiyanın paytaxtı Boqota şəhərində zəngin siyasətçi ailəsində anadan olub. Dukenin Andres və Mariya Paula adlı iki qardaşı var.Duke Roçester Kollecinə yazıldı və 2000-ci ildə Boqotada Serxio Arboleda Universitetindən hüquq məzunu oldu. Amerika Universitetində beynəlxalq iqtisadi hüquq ixtisası üzrə lisenziya və Corctaun Universitetində dövlət siyasəti idarəetmə üzrə magistr dərəcəsini alıb.Peşə fəaliyyətinə 1999-cu ildə And İnkişaf Korporasiyasında məsləhətçi kimi başlamış və daha sonra Andres Pastrana hökuməti dövründə Kolumbiya Maliyyə və Dövlət Kredit Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. Daha sonra, gələcək prezident və Maliyyə Naziri Xuan Manuel Santos tərəfindən 2001–2013-cü illərdə Kolumbiya İnter-Amerika İnkişaf Bankında nümayəndələrindən biri olaraq təyin edildi.