Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lonicera bournei
Burn doqquzdonu (lat. Lonicera bournei) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Rob Bourdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. == Həyatı == Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. == Fəaliyyəti == “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Borden adası
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Borden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur. Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. == Coğrafiya == Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. == Əhalisi == Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
Entoni Burden
Entoni Burden (ing. Anthony Michael Bourdain; tam adı: Entoni Maykl Burden; d. 25 iyun, 1956, Nyu-York, ABŞ – ö. 8 iyun 2018, Kayzersberq-Vinobl, Yuxarı Reyn, Fransa) — ABŞ aşpazı, yazarı və televiziya personası.
Samuel Bourne
Samuel Bourne, (30 oktyabr 1834[…] – 24 aprel 1912, Nottinqem, Nottinqemşir[d]) İngilis sərbəst təbiət fotoqrafı. == Həyatı == Samuel Bourne 1834-cü ildə Arbor Fermasında (Mucklestone, Shropshire) köhnə bir əkinçi ailəsində anadan olub. Fairburn yaxınlığındakı bir keşişdən təhsil aldıqdan sonra Moore və Robinson bankında bir işə düzəlmişdir. Bankda işə başlayan kimi həvəskar fotoqrafiya fəaliyyətini sürətləndirdi və məqalələri ilə fotoqrafiya jurnallarına töhfələrini vermişdir.
Boulder Kolorado Universiteti
Boulder Kolorado Universiteti (ing. University of Colorado Boulder) — Amerika Birləşmiş Ştatlarıda yerləşən ali təhsil müəssisəsi.
Jül Borde
Jül Borde (fr. Jules-Jean-Baptiste-Vincent Bordet; 13 iyun 1870[…] və ya 1870 – 6 aprel 1961[…], Brüssel) – Belçikalı immunoloq və mikrobioloq. Bordetella bakteriya cinsi onun adını daşıyır. 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanmışdır. == Həyatı == Jül Borde 1870-ci ildə Belçikanın Suan şəhərində anadan olmuşdur. 1892-ci ildə Brüssel Universitetini bitirmişdir. 1894–1901-ci illərdə Parisdəki Paster İnstitutunda işləyirdi. Burada bir neçə ilini İlya Meçnikovun laboratoriyasında keçirdi. 1900-cü ildə Belçikaya qayıtdı və Paster İnstitutuna rəhbərlik etdi. 1907–1935-ci illərdə Brüssel Universitetində Bakteriologiya və Parazitologiya şöbəsinə də rəhbərlik etmişdir; 1935-ci ildən həmin üniversitetin fəxri professoru olmuşdur.
Session Border Controller
Session Border Controller (SBC; azərb. Sessiya sərhəd nəzarətçisi‎) — internet protokolu (VoIP) şəbəkələri üzərindən SIP əsaslı səsi qorumaq üçün yerləşdirilən şəbəkə elementi. SBC-lərin ilkin yerləşdirilməsi bir baxış mühitində iki xidmət təminatçısı şəbəkəsi arasındakı sərhədlərə yönəldilmişdir. Bu rol indi yaşayış və/və ya müəssisə müştərilərinə xidmət göstərmək üçün xidmət təminatçısının giriş şəbəkəsi ilə magistral şəbəkə arasında əhəmiyyətli yerləşdirmələri əhatə etmək üçün genişlənmişdir. == Adlandırma == "Sessiya" termini iki və ya daha çox tərəf arasında ünsiyyətə aid edilir. Bu, telefoniya kontekstində zəng deməkdir. Hər bir zəng zəngə nəzarət edən bir və ya bir neçə zəng siqnalı mesajı mübadiləsindən, zəng statistikası və keyfiyyəti ilə bağlı məlumatla birlikdə zəngin audio, video və ya digər məlumatlarını daşıyan bir və ya bir neçə zəng media axınından ibarətdir. Bu axınlar birlikdə seans təşkil edir. Seansların məlumat axınına təsir göstərmək sessiya sərhəd nəzarətçisinin işidir. "Sərhəd" termini şəbəkənin bir hissəsi ilə digəri arasındakı sərhəd nöqtəsinə aid edilir.