Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Büreydə ibn əl-Hüseyb
Büreydə ibn əl-Hüseyb (v. 680-ci illər, Xorasan[d], ərəb. بريدة بن الخصيب الأسلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Büreydə ibn Hüseyb Bəni Əsləm qəbiləsindən idi. Onun Peyğəmbərlə tanışlığının tarixi Məhəmmədin və digər müsəlmanların Məkkədən Mədinəyə hicrət dövrünə təsadüf edir. Məhəmməd Məkkədən çıxmağa müvəffəq olan gecə Qureyşlülər onu təqib edir, bu da nəticəsiz qalır. Məkkə yaxınlığında yaşayan bütün qəbilələrə, Məhəmmədi diri və ya ölü onlara çatdıra bilən hər kəsə yüz dəvə verməyə vəd edilir. Bu mükafat müqabilində onu tapıb Qureyşə təslim etmək istəyənlər arasında Büreydə də var idi. Bir gün Büreydə və adamları Məhəmməd peyğəmbəri Əbu Bəkrlə birlikdə görür. Görüşdən sonra onlarla söhbətə başlayır, Büreydə və qövmü İslamı qəbul edir.
Hanna Van Büren
Hanna Van Büren (ing. Hannah Hoes Van Buren; 8 mart 1783[…] – 5 fevral 1819[…], Albani) — ABŞ siyasətçisi, 8-ci Prezidenti Martin Van Burenin həyat yoldaşı.
Martin Van Buren
Martin Van Buren (ing. Martin Van Buren; 5 dekabr 1782, Kinderhuk, Nyu-York, ABŞ - 24 iyul 1862, Kinderhuk, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti (1837-1841), 8-ci vitse-prezidenti (1833-1837) və 10-cu Dövlət katibi (1829-1831). Tomas Ceffersonla yanaşı hər üç vəzifəni tutmuş yeganə şəxsdir. Amerikanın Britaniyadan müstəqillik qazanmasından sonra doğulmuş ilk ABŞ prezidentidir. == Erkən həyatı == Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York yaxınlığındakı Kinderhuk şəhərində anadan olmuşdur. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiklərini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi.Martin ailənin 5 uşağından üçüncüsü idi. İbtidai təhsilini latın dili tədris olunan məktəbdə almış, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlamışdır. O, dövrün tanınmış vəkillərindən biri olan Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyətə başlamışdır. 1803-cü ildə məhkəmədə işləməyə başlayarkən Martin Van Buren artıq yerli siyasətdə Ceksonun tərəfdarı kimi tanınırdı.
Sen-Jan-de-Burne
Sen-Jan-de-Burne (fr. Saint-Jean-de-Bournay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38399. Kommunanın 2012-ci il üçün əhalisi 4473 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 511 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.